Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı

Tarix:19-03-2021, 13:50

Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı

Müdrik, savadlı, xalqını böyük məhəbbətlə sevən, Moskvada yaşayıb işlədiyi dövrdə də Azərbaycan üçün böyük işlər görən, xalqın uzaqgörən siyasətçi kimi tanıdığı Heydər Əliyev 1993-cü ildə ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə gəldi. Gəldiyi vaxtdan Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoydu. Sabitlik əldə etdi. Vətəndaş müharibəsinin qarşısını aldı. Xalq ona inandı və dəstəklədi.

Dağıdıcı siyasi partiyalar bəzi xarici dövlətlərdən dəstək alaraq, dövlət çevrilişinə cəhd göstərdilər

1994-cü ildə “Əsrin müqaviləsini” imzaladıqdan sonra Azərbaycanda siyasi vəziyyət gərginləşdi. Silahlı qarşıdurmalar baş verdi. Lakin o vaxt bunun qarşısı alındı. Bir qrup silahlı birləşmələr isə öz çirkin niyyətlərindən yenə də əl çəkmədilər.
Azərbaycanın müstəqil olub, böyük, işıqlı gələcəyi olacağını hiss edib, Azərbaycanda sosial–iqtisadi inkişafın qarşısını almaq istəyən, bəzi daxili qüvvələr, ölkəmizə qarşı pis niyyətdə olan, dövlətimizi asılı vəziyyətdə saxlamaq istəyən ölkələrdən təlimat alaraq 1995-ci ildə dövlət çevrilişinə cəhd göstərdilər.
Siyasi dəstələrin digər məqsədə qulluq etməsi nəticəsində Azərbaycanın 20 faizdən artıq torpaqları işğal olundu. Respublikada gərgin anlar yaşandı. Həmin dəstələr, yəni onların xalqımıza qarşı həyata keçirə biləcəyi təhlükəli məqsədləri, qara niyyətləri Heydər Əliyevin əməli siyasəti nəticəsində aradan qaldırıldı.

Xüsusi Təyinatlı Polis dəstələri güc yolu ilə hakimiyyət çevrilişi etmək istəyirdilər

1995-ci ilin məlum hadisələrinə gətirib çıxaran Xüsusi Təyinatlı Polis dəstəsi idi. Onların fikri isə hakimiyyəti devirərək, respublikaya başçılıq etmək idi. 1995-ci ilin martın 16-dan 17-ə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki “OMON”-çular atışmaya başladılar.
Ermənistanın silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi, dinc əhaliyə qarşı zorakılıq törədərək ev-eşiyindən didərgin saldığı, soydaşlarımızı öldürüb əsir götürdüyü bir vaxtda Cavadov qardaşlarının hakimiyyəti ələ keçirmək cəhdləri nəticəsində qardaş qanı töküldü.
Bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçirmək üçün dövlətçiliyimizə qəsd edirdi. Bu vəzifə, hakimiyyət davasında qardaş qanı töküldü. Cavadov qardaşları hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək cəhdləri nəticəsində 22 hərbçi, 7 mülki şəxs,1 polis və 8 XTRD əməkdaşı həlak olmuşdu. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTRD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-nin hospitalında vəfat etmişdi.

Dövlət çevrilişinin qarşısı alındı

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət çevrilişinin qarşısı alındı. Respublikada sabitlik yarandı. Azərbaycan xalqının sabaha ümidi, inamı artdı. Ulu Öndərin xalqına,Vətəninə olan sönsuz məhəbbəti, uzaqgörənliyi nəticəsində siyasi sabitlik qorunub saxlanıldı.
Həmin dönəmdə Azərbaycan xalqının seçimi Heydər Əliyev oldu. Xalqın öz liderinə inamı, sevgisi və sahib çıxması sayəsində hakimiyyət çevrilişi baş tutmadı.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir