Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olunub. Bir müddət öncə İ.Gülməmmədovaya peyvəndin birinci dozası vurulmuşdu. Lazımı müddət keçəndən sonra müvafiq olaraq 2-ci dozanın vurulması həyata keçirilib və peyvəndləmə başa çatıb. İ.Gülməmmədovanın səhhəti normaldır və vaksinasiyadan sonra hər hansı bir yan təsirlər müşahidə edilməmişdir.