Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!

Tarix:24-03-2021, 18:18

Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!

Bu gün Azərbaycan hökümətinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri Qarabağın tez bir zamanda dirçəldilməsidir. Hökümət bu istiqamətdə əməli və çox ciddi tədbirlər görməkdədir. Prezident İlham Əliyevin də işğaldan azad edilən ərazilərə tez-tez səfərlər etməsi, görülən işlərlə şəxsən tanış olması, yeni layihələrin əsasını qoyması, həyata keçirilən işlər barəsində məlumatlar verməsi və növbəti addımları müəyyənləşdirməsi fikrimizin həqiqiliyini bir daha təsdiqləyir. Bu səfərlər nəticəsində Qarabağın erməni işğalı zamanı necə dağıldığının, yaşayış yerlərinə, tarixi-memarlıq abidələrinə, qəbiristanlıqlara, hətta dini ibadət yerlərinə düşmən tərəfindən necə divan tutulduğunu görürük. Gəldiyimiz nəticə odur ki, ermənilər işğal etdiyi ərazilərdə təkcə talançılıqla məşğul olmayıb, eyni zamanda həmin torpaqların Azərbaycanlılara məxsus olmasını göstərən bütün tarixi abidələri, hətta ən xırda tikililəri də yox etməyə çalışıblar. Bununla da öz xislətlərini, vandallıq hisslərini, qəbilə düşüncələrini ortaya qoyaraq dünyaya misli görünməmiş vəhşilik nümayiş etdiriblər. Azərbaycanlılara məxsus olan ibadət yerlərini dağıtmaqla kifayətlənməyərək eyni zamanda müqəddəs yerlərimizdə, məscidlərdə heyvan saxlayaraq bizim, ümumilikdə isə bütün müsəlman dünyasının heysiyyatı ilə oynamağa çalışıblar. Ermənilər təkcə yaşayış yerlərini deyil, eləcə də həyat üçün vacib obyektləri, su elektrik stansiyalarını, dövlət binalarını, rabitə qovşaqlarını, ümumiyyətlə qarşılarına çaxan bütün tikililəri dağıdıblar. Bu azmış kimi təbiətə qə qənim kəsiliblər. Nadir ağacları dorayaraq Azərbaycanın meşə təsərrüfatına küllü miqdarda ziyan vurublar. Bir sözlə bütün əməlləri ilə mümkün qədər çox talançılıq etməyə çalışıblar. Çünki bilirdilər ki, gec–tez Azərbaycan öz torpaqlarını geri qaytaracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı etdiyi çıxışında bu məsələyə də toxunub. Dövlətimizin başçısı bildirib ki, Şuşa şəhərinin mərkəzində yerləşən və Qarabağ xanlığının banisi olan Pənahəli xanın iqamətgahı olmuş tarixi saray da erməni vandalları tərəfindən işğal zamanı dağıdılıb. “Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb” – deyə prezident qeyd edib.

Sözün həqiqi mənasında Qarabağda qarşılaşdığımız mənzərə insanlıq hissini itirmiş toplumun törədə biləcəyi vəhşiliklərdir. Əks təqdirdə nə üçün sənə qucaq açan, evində yaşamaq üçün sənə yer verən xalqa qarşı belə vandalizm edəsən ki? Cənab Prezidentin təbilincə desək, gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan. Bu vəhşiliyi hamı, bütün dünya bilməlidir. “Beynəlxalq təşkilatlar gəlsinlər, həqiqətləri görsünlər. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.

Hesab edirəm ki, əgər ermənilərin bütün etdiklərindən sonra həmin dairələr, təşkilatlar, dövlətlər yenə Ermənistanı dəstəkləyəcəksə, deməli onlar vəhşiliyi, işğalçılığı dəstəkləyən, insan hüquqlarını ayaqlar altına atan ölkələrdir. Və onların bütün dünyaya insan hüquqlarından “dərs keçməyə” ən azı mənəvi haqları çatmır.
Azərbaycan höküməti Şuşa şəhərinin bərpası istiqamətində bütün imkanları səfərbər edəcək. Bu barədə Prezident İlham Əliyev çıxışında da danışıb. Dövlətimizin başçısının sözlərinə görə, bərpa işləri böyük zövq və tarixi memarlıq qorunmaqla həyata keçiriləcək. Prezident bildirib ki, tezliklə Vaqifin məqbərəsində bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. “Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı şəraitlə. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır” – deyə Prezident çıxışında qeyd edib.

Prezident İlham Əliyevin Şuşaya səfəri və burada etdiyi çıxışı dünyaya verdiyi siyasi mesajlar baxımından da çox əhəmiyyətlidir. Ermənilərin törətdiyi vəhşilikləri beynəlxalq aləmə çatdırmaqla onların azərbaycanlılara qarşı hansı səviyyədə vandallıq etdiyini göstərmiş oldu. Dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Prezidentin səfərləri zamanı verilən ən mühüm mesajlardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb.

Azərbaycanlılar öz torpaqlarına qayıdan kimi də bərpa işlərinə başlayıb. Şəhərləri, kənd və qəsəbələri küçə-küçə, ev-ev bərpa etməyə çalışır. Ağaclar əkir, çaylara balıqlar buraxır və sair. Bir növ Qarabağ təbiətinə yenidən can verməyə çalışır. Ermənilər isə bütün illər ərzində bunun əksini ediblər. Hətta ermənilər ərazidən çıxmaq üçün 10 gün möhlət istəyəndə də belə, öz xislətlərini gizlədə bilmədilər, dünyanın gözü qarşısında meşələrdəki ağacları doğramağa, özlərinə aid olmayan evləri yandırmağa davam etdilər.

Ali Baş Komandanın Qarabağa etdiyi səfərləri həm də Müzəffər sərkərdənin qalib səfərləridir. Yəni Azərbaycan öz ərazilərini döyüşərək, qan tökərək, igidlərinin canı bahasına işğaldan azad edib. Ona görə də hamı bilməlidir ki, bizim qələbəmizin əsas səbəblərindən biri uğurlu hərbi strategiya, uğurlu hərbi əməliyyatlardır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsini xatırlatsaq, yerinə düşər. Bu əməliyyatla Azərbaycan Ordusunun başqa istiqamətdə hücumunu gözləyən Ermənistan hərbi strateqlərinin planlarını pozduq. Ona görə də erməni tərəfi və hərbi dezinformasiyalar yaymaqda onlara kömək edən bəzi xarici KİV-lər Hadrutun azad olunmasını uzun müddət etiraf etmək istəmədilər. Hər bir vasitə ilə bu faktı gizlətməyə çalışdılar. Çünki bilirdilər ki, ard-arda məğlubiyyətə duçar olan erməni silahlı birləşmələri bədbinliyə qapılacaq. Onsuz da ruh düşkünlüyü yaşayan Ermənistan ordusunda fərarilik baş alıb gedirdi. Hadrut əməliyyatından dərhal sonra Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan tərs şillə oldu. Və bu şillə ilə ermənilər növbəti dəfə şok yaşadı desək, bəlkə də yanılmarıq. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan tərəfindən şərh edilib. Azərbaycan əsgərləri düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşıb. Şuşanı işğaldan azad etmək Azərbaycanlılar üçün şərəf məsələsi idi. Ona görə də igidlərimiz düşmənin xəyal edə bilməyəcəyi çətinliklərdən keçərək şəhərimizi əlbəyaxa döyüşlə, bıçaq və tapança ilə azad etdi. Azərbaycan igidləri Şuşada yüngül silahlarla tankların üstünə şığıyıb düşməni məhv etdi. Bunu yalnız içində vətən həsrəti, torpaq yanğısı olan igidlər edə bilərdi. Gördüyü mənzərədən qorxuya düşən düşmən isə yalnız qaçmağı bacardı.

Azərbaycan Prezidentinin Qarabağa səfəri zamanı səsləndirdiyi bəyanatlardan bir daha bəlli olur ki, ölkəmiz istənilən təxribatlara adekvat cavab vermək və bu kimi ideyaları dərhal məhv etmək iqtidarındadır. Dövlətimizin başçısı səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış bəzi hərbi əməliyyatlara aydınlıq gətirib, Dağlıq Qarabağ və Ermənistanla bağlı kəşfiyyat məlumatlarına malik olduğunu açıq şəkildə bildirib. Bu həm də o deməkdir ki, indi də bizim lazimi yerlərdən kəşfiyyat məlumatlarımız daxil olur.

Seymur Qasımbəyli

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib