Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”

Tarix:4-04-2021, 15:01

“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”

Bir əsrdən artıqdır ki, Ermənistan tərəfindən Azərbaycana qarşı

dəfələrlə təcavüz edilib. “Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib.

29 il əvvəl erməni qəsbkarları yenidən Azərbaycana qarşı soyqırım törətmişlər. Xocalı rayonunda yüzlərlə dinc insan qətlə yetirilmiş, 106 qadın, 63 uşaq qanına qəltan edilmişdi.

Digər rayonları da işğal edərək evləri yandırmış, dinc sakinləri öldürmüşlər.

Torpaqlarımızın 20 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilmişdi. Bir milyondan çox soydaşlarımız əsrlərlə yaşadıqları dədə-baba yurdlarından didərgin düşərək Bakı şəhərinə və Azərbaycanın digər rayonlarına üz tutublar.
Beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi
Ermənistan respublikası ərazilərimizi işğal etdiyi vaxtdan Beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək sülh yolu ilə işğal edilən torpaqların boşaldılmasını tələb etdilər.

BMT Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması üçün 4 dəfə qətnamə qəbul etdi. Lakin Ermənistan bunun heç birinə məhəl qoymadı. Əksinə, yeni ərazilər zəbt etmək istəyi ilə yaxın kəndləri atəşə tutaraq dinc sakinlərə zərər verməkdən çəkinmədilər.
Artıq Ermənistan Azərbaycanın gücünü 44 günlük müharibədə gördü. Doğma torpaqlarımız işğaldan azad edildi. Bu gün həmin ərazilərdə tikinti-abadlıq işləri gedir.Yollar çəkilir.
“Zəngəzur dəhlizi tarixi nailiyyətdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında da bu məsələyə toxunub. Dövlətimizin başçısı bildirib ki, müharibənin nəticələrindən biri də əlbətdə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat – kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu bizim növbəti tarixi uğurumuz olacaqdır”.
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq
Azərbaycanın tarixi ərazisi olan Zəngəzur mahalı da erməni işğalına məruz qalıb. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Muğri, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi.
1920-ci illərdə silahlı erməni quldurlarının törətdiyi qanlı qətllər nəticəsində bu mahalda beş yüz mindən artıq müsəlman həlak olub. Həmin illərdə Zəngilanda 115 azərbaycanlı kəndi yer üzündən silinmişdi. 4472 qadın və uşaq erməni qatilləri tərəfindən vəhşiliklə qətlə yetirilmişdi.
Prezidenr İlham Əliyev: “...Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalnması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq...”
Şuşa azad edildikdən sonra erməni xalqının dövlətinə inamı itdi
2020-ci ilin noyabr ayının 8-də Şuşa şəhəri 28 illik işğaldan azad edildi. Şuşa əməliyyatı Azərbaycanın hərb tarixində ən parlaq səhifə idi. Şuşanın geri alınmasından sonra erməni xalqının dövlətinə inamı itdi. Erməni əsğərləri silah-sürsatını qoyub qaçmağa başladı. Düşmən təslim olmağa məcbur qaldı. Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyəti etiraf etdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan arasında müqavilə imzalandı. Bu müqavilə ilə rəsmi İrəvan müğlub olduğunu etiraf etdi. Ermənistanın baş naziri onunla kapitulyasiya aktını imzaladı.
Müharibənin ilk günlərindən Azərbaycan prezidenti bəyan etmişdi ki, Ermənistan öz qoşunlarını işğal etdikləri ərazilərdən çıxaracağı vaxt müharibə dayandırılacaq. Lakin erməni tərəfi buna heç cür razı olmamışdı. Yeni torpaq iddiasında olduğunu bildirmişdi.
Noyabrın 10-da imzalanan bəyanatda Ermənistan hökuməti öz üzərinə öhdəlik götürdü ki, növbəti 20 gün ərzində itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq.
Bəyanatda önəmli qərardan biri də Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi idi. Bu Azərbaycanın tam qələbəsinin sübutu idi.
Qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi
Azərbaycan Vətən Müharibəsində möhtəşəm, tarixə yazılan bir qələbə qazandı. Bu zəfər yolunda bizi yalnız qoymayan, haqq yolumuzda bizə daim mənəvi dəstək olan ölkələr var idi. Bunlardan biri də qardaş Türkiyə idi. Vətən müharibəsinin ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu. Müharibənin ilk gününlərindən dövlətimizə və xalqımıza siyasi və mənəvi dəstək verdi.
Ermənilər hər zaman olduğu kimi öz çirkin niyyətlərindən qalmayıblar
Ermənilər hər an təxribata əl ataraq Azərbaycandan qarşılıqlı reaksiya gözlədilər ki, törətdikləri cinayətləri öz havadarlarının dəstəyi ilə Azərbaycanın üzərinə atsınlar. Lakin Ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan belə təxribatlara uymadı. Qanuni yolla, dinc əhaliyə zərər vermədən möhtəşəm zəfər qazandı. Bu bizim bir daha humanist olduğumuzu sübuta yetirdi.
Ermənilər hər zaman olduğu kimi öz çirkin niyyətlərindən qalmayıblar. İşğal etdikləri rayonlarımızı tərk etdikləri zaman əraziləri minalayıblar. Hərb qanunlarına uygun olaraq, müharibə başa çatdıqdan sonra ərazilərin minalardan təmizlənməsi üçün minalanmış əraziləri xəritəsi qarşı tərəfə təqdim olunmalıdır. Lakin ermənilər daha bir cinayət edərək xəritəni vermədiyinə görə ərazilər minalardan çətinliklə və gec təmizlənir. Bunun səbəbidir ki, mülki əhali və əsgərlərimiz minaya düşərək şəhid olur.
Doğma yerləri işğaldan azad edilən vətəndaşlar tezliklə o torpaqlara geri qayıtmaq niyyətində olsalar da, o yerləri minaları təmizləməmiş bunu hələ ki, həyata keçirmək mümkün deyildir.
Erməni vandalları bir çox kənd və qəsəbələrimizi yandıraraq yer üzündən silməyə çalışıblar
Ermənilər əzəli-əbədi torpaqlarımızı işğal edərkən tarixi, mədəni abidələrimizi, qəbristanlıqlarımızı uçurub-dağıdıblar. Bir çox kəndlərimizi yandıraraq yer üzündən siliblər.
Erməni vandallarının təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədə 1814 memarlıq, 747 arxeoloji, 64 bağ və park, monumental və xatirə abidəsi, 23 muzey, 4 dövlət rəsm qalereyası və s. dağıdılaraq yerlə yeksan edilib.
“Ağdamı xarici jurnalistlər Qafqazın Xirosiması adlandırıblar”
Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə ermənilərin şəhərlərimizi dağıtmasından da danışıb. Dövlətimizin başçısı qeyd edib ki, bir çox şəhərdə bayraq sancmağa bir salamat bina da tapılmayıb: “Ağdamı xarici jurnalistlər Qafqazın Xirosiması adlandırıblar”
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yüksək səviyyədə quruculuq işləri aparılır.
Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib