Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq

Tarix:18-05-2021, 15:01

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, Müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

May ayının 10-da dahi şəxsiyyət , Ümummilli lider Heydər Əliyevin doğum günündə Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra atasının Vətəninə - Naxçıvana yola düşüb.

Pespublika Prezidenti İlham Əliyev: “Tarixi zəfərdən sonra, bu atamın birinci doğum günüdür. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam.

Babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Babam Əlirza Əliyev və nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş ediblər”.

Ali Baş Komandanımız eyni zamanda Naxçıvan şəhər qəbristanlığında Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib.

Pespublika Prezidenti İlham Əliyevin bu səfəri olduqca məhsuldar bir səfər idi. Səfər zamanı Cənab İlham Əliyev Muxtar Respublikada gedən quruculuq işləri ilə yaxından tanış olmuş, müxtəlif infrastruktur layihələrin açılışını etmişdi. Eyni zamanda Naxçıvan və ümumiyyətlə Respublikamız üçün böyük əhəmiyyət kəsb edən hərbi aerodromun və hərbi qospitalın da açılışını etmişdi.

Naxçıvanda yerləşən Əlahiddə ordunun təminat və təchizatı Azərbaycan üçün daim prioritet məsələlərdən olub. Naxçıvan ermənilərlə həmsərhəd olduğundan həmişə bu bölğə silahla təchiz olunub.

Naxçıvan əvvəllər hücum aviasıyasına malik idisə indi yeni bir aviasiya alayına malik olmaqla həm də həmin ərazidə qırıcı aviasiyanı yerləşdirə biləcək. Qırıcı aviasiya bir çox ölkələrin malik olmadığı aviasiya növüdür. Bununla Naxçıvan artıq müstəqil əməliyyatları havada və quruda istənilən müddətdə davam etdirmək imkanı əldə edir.

Azərbaycan dövlətinin ordusuna dövlət tərəfindən qayğısının bariz bir nümunəsi də Naxçıvanda böyük bir hərbi qospitalın istifadəyə verilməsidir. Qospital hərbiçilərimizin tibbi təminatında müstəsna rol oynayacaq. Bu qospital ərazi cəhətdən böyüklüyünə və çarpayı sayına görə bütün Naxçıvan əhalisinə tibbi xidmət göstərəcək qədər geniş imkana malikdir.

Ali Baş Komandan İlham Əliyev: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var, çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir.

Naxçıvan Qarnizonu Mərkəzi Qospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir. Çarpayıların sayına görə Mərkəzi xəstəxanadan da böyükdür.

Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikalardan üstündür.

Biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik.

Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbətdə, öz addımlarını buna uyğun atmalıdır.”
Cənab Prezident səfər zamanı Ordubad dəmir yol stansiyasında yaradılan şəraitlə də yaxından tanış olub. Prezidentin bu dəmir yolu stansiyası ilə maraqlanması yaxın gələcəkdə Zəngilan dəhlizinin açılmasına da bir mesajdır. Yeni nəqliyyat dəhlizinin açılması sayəsində Naxçıvan 30 illik blokadadan azad olacaq. Eyni zamanda Zəngəzur dəhlizi coğrafi baxımdan bütün türk dünyasını birləşdirəcək.
Prezident İlham Əliyev: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Bunun çox böyük bir rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılan dəmir yolu stansiyasına baxış keçirdim. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıb, talan edib. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaq”.

Ermənistan dəmir yolu anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik.

Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpaqlarımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsi ilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimizdir.”
Azərbaycan televiziyasına müsahibəsində Ali baş Komandanımız bildirib ki, dövlətimiz 10 noyabr razılaşmasına böyük əhəmiyyət verir və Azərbaycan razılaşmanın müddəalarını yerinə yetirir, çox yaxşı olardı ki, Ermənistan da həmin razılaşmaların icrasında səmimi olsun və regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsində fəal iştirak etsin. Təəssüf ki, bu gün Ermənistan tərəfi sülh və əminamanlığın ruhuna zidd olan bəyanatlar səsləndirir və xaricdəki erməni diasporu və lobbisi vasitəsi ilə Azərbaycana qarşı çirkin, qərəzli təbliğat aparır. Amma ermənilər bütün bunlarla heç nə edə bilməyəcəklər. Revanşist çağırışlar Ermənistanın özünün ziyanınadır.
Dövlətimizin rəhbəri çıxışında eyni zamanda bu mövqedə olan erməni dairələrinə dəmir yumruğun yerində olduğunu xatırladıb.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib