Absheron Media
Haqqımızda Bizimlə əlaqə

CƏNUBİ QAFQAZDA YENİ BEYNƏLXALQ İQTİSADİ ƏMƏKDAŞLIĞA BAŞLANDI.

Tarix:25-05-2021, 11:23

CƏNUBİ QAFQAZDA YENİ BEYNƏLXALQ İQTİSADİ  ƏMƏKDAŞLIĞA BAŞLANDI.


Cənubi Qafqaz regionunda artıq kəskin dəyişiklər baş verib. Burada artıq Regional inkişaf və əməkdaşlıq əsas və mühüm məsələlərdən biridir.
Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticəsində bölgələrdə yeni inkişaf başlayıb.
Respublikanın ərazi bütövlüyü 30 ildən sonra nəhayət ki, 44 günlük müharibə yolu ilə bərpa edildi. Ədalət zəfər çaldı. Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı. Ermənistanın işğalçılığına son qoyuldu. Ermənistanın işğalına son qoyulmaqla Cənubi Qafqazda yeni Beynəlxalq iqtisadi əməkdaşlığa başlandı.

10 noyabr 2020-ci il tarixli birgə Bəyanata əsasən kommunikasiyaların və yeni daşınmalar dəhlizinin açılması ilə bağlı artıq iş başlanıb və artıq bu işlərin görülməsi üçün texnika və maliyyə də ayrılıb.
Respublika Prezidenti İlham Əliyev: “Biz indi gələcəyə baxmalıyıq, 30 illik işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, biz, sözün əsil mənasında Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq bunun üçün texniki və maliyyə resursları ayrılıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq.”

Ermənistan dövləti 30 il ərzində işğalçılıq və vandalizmlə məşğul olub. Yalnız başqa torpaqlara sahib durmaq, zəbt etdikləri əraziləri talan etmək, dağıtmaqla məşğul olarkən Dünyada gedən proseslərdən, bir çox sərfəli layihələrdən geridə qalıb. Ağır siyasi böhranla üzləşib. Ermənistan əhalisi işğal dövründə acınacaqlı vəziyyətdə yaşayıb.

Ali Baş Komandan İlham Əliyev: “ Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər.”
Azərbaycanda isə azad olunmuş ərazilərdə artıq quruculuq-bərpa işləri aparılır. Ərazilərin cinayətkar ermənilər tərəfindən olduqca sıx minalandığına görə ərazilər minalardan təmizlənir. Ona görə də quruculuq işləri üçün bu çətinlik yaradır.
Minalardan ərazilərimizi təmizləyərkən və yaxud həmin əraziyə gedən onlarla insan minaya düşərək həyatını itirib, ömürlük şikəst olub. Müharibənin qanunlarına əsasən isə minalayan tərəf müharibə bitdikdən sonra minalanmış ərazilərin xəritəsini təqdim etməlidir. Ermənilər isə uzun illərdən bəri etdikləri cinayətləri hələ də davam etdirərək bu xəritəni Azərbaycan tərəfə verməyərək müharibədən sonra da insan həyatına son qoyurlar.
Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistanla yaxın qonşu ölkələrdən biridir. Odur ki, onların Azərbaycana və Azərbaycan əhalisinə qarşı etdikləri qanlı cinayət unudulmasa da, onlarla yaxınlıq, qonşuluq etmək olduqca ağır olsa da biz qonşu kimi yaşamağa məhkumuq.
Prezidentimiz də vurğulayıb ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşmasına açıqdır.

Prezident İlham Əliyev: “Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu asan deyil. Burada emosiyalar var. Xüsusən də Azərbaycan xalqı azad edilmiş torpaqlara səfər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilirsiniz, hansı hisslər keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.”
Ərazilərimiz 90 faizi ermənilər tərəfindən tamamilə dağıdılıb, yerlə yeksan edilib. Torpaqlarımızı işğal etdikdən sonra erməni vandalları şəhər və kəndlərimizdə evləri talan edib əşyaları, mal-qaranı aparıblar. Evlərin damlarını, hətta daşlarını belə söküb daşıyıblar. Tarixi abidələrimizi dağıdıb, bəzilərini isə mənimsəməyə, Azərbaycanın tarixi irsini silməyə çalışıblar. 60-dan artıq məscidlərimizi dağıdıblar.

Artıq işğaldan azad edilmiş ərazilərdə yeni işlər görülür. Bir neçə ay əvvəl Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı oldu. Bu ərazilərə investorlar cəlb edilməyə başlanıldı. Qarabağ ərazisində artıq 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. Hal-hazırda İranla Azərbaycan sərhəddində 240 meqavat gücündə elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.
Ümumi gücü 440-480 meqavat gücündə 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Şirkətləri ilə 2 investisiya razılaşması imzalanıb.
Artıq Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyə ilə xəttlər çəkilib enerji ixrac edilir.
Azad olunan ərazilərimizin yenidənqurma işlərində Çin şirkətlərinin də fəal iştirak etməsi nəzərdə tutulur. Çin şirkəti artıq Azərbaycan enerji sektoruna sərmayə qoyub.

Azərbaycanda Xəzər dənizində müasir liman inşa edilib. Bu liman Türkiyə və Gürcüstanla əlaqələrimizi daha da gücləndirəcək.

Azərbaycan bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir.

Azərbaycan hərbi qüvvələrini və hərbi texnikasını getdikcə artırır və genişləndirir. Odur ki, bir sıra ölkələrlə, o cümlədən yüksək hərbi avadanlıqlara sahib olan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edir və bu sahədə ABŞ-a çıxış əldə etmək niyyətindədir.

Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığın vacib hissəsi isə enerji təhlükəsizliyidir. Amerika Birləşmiş Ştatları hökuməti hər zaman ABŞ şirkətlərinin sərmayə qoyuluşında Azərbaycanı dəstəkləyib. Azərbaycanın bu ölkə ilə gələcəkdə əməkdaşılığı genişləndirməyi nəzərdə tutulur.
İsraildə böyük yəhudi-azərbaycanlı icması var, azərbaycanda isə çoxsaylı yəhudi icması fəaliyyət göstərir. Odur ki, pandemiyadan əvvəl Azərbaycanla İsrail arasında gündəlik uçuşlar həyata keçirilirdi. Azərbaycanda yəhudi icması, İsraildə isə azərbaycan icması iki ölkə arasında hərtərəfli dostluq və əməkdaşlıq sahəsində böyük rol oynayırlar. İsrail ilə Azərbaycan arasında Müdafiə sənayesi uzun illərdir ki, davam edir.Son vaxtlar isə iki dövlət arasında ticarət və turizmin inkişafına da geniş yer verilir.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir