Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın yaratdığı iqtisadi imkanlar...

Tarix:28-05-2021, 15:45

Azərbaycanın yaratdığı iqtisadi imkanlar...

Hər kəsə açıq və faydalı...

Azərbaycan 44 günlük müharibədə qalib gəldikdən sonra həm regionda, həm də dünyanın siyasi arenasında özünün mövqeyini möhkəmlədirərək yeni situasiyalar yaratmışdır. Yeni reallıqları dünyanın ən güclü ölkələri tərəfindən qəbul edilməklə yanaşı onların regionla bağlı iqtisadi maraqlarında rəsmi Bakının maraqlarını, istək və arzularını nəzərə almalı olduqlarını biruzə verirlər. Heç şübhəsiz ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malik olması, siyasi nüfuzunun getdikcə artması rəsmi Bakı ilə qarşılıqlı tərəfdaş olmağa can atan ölkələrin sayını artırmışdır. Açıq şəkildə deyə bilərik ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Fikrimizi əsaslandırmaq üçün 28 May – Respublika Günü münasibəti ilə ölkəmizə göndərilən təbrik məktublarını misal çəkçək kifayət edər. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış bu təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Hər bir dövlət məktubda onu maraqlandıran layihələrdən söz açmış və bu istiqamətdə ölkəmizin oynadığı mühüm rolu qeyd etmişdir.

Rəsmi Bakının regionda yaratdığı yeni iqtisadi münasibətlər dünyanın nəhəng ölkələrini rəqabətə sövq edib. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Üstəlik, bu ölkələr Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan və dəhlizlərdən bəhrələnmək üçün rəsmi Bakı ilə anlaşmağa, dil tapmağa çalışırlar.

Bakı-Vaşinqton münasibətləri – gələcək perspektivlər...

Müharibədən sonra ABŞ-ın Azərbaycnla bağlı atdığı bir sıra addımlarda rəsmi Vaşinqtonun ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətində olduğunu bir daha göstərdi. Okeanın o tayından gösdərilən məktublarda bu niyyət bir daha sezdirildi. ABŞ Prezidenti adından 28 May – Respublika Günü münasibəti ilə yazılan təbrik məktub ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisi hesab olunur. Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı münasibətilə təbrik etmiş və xoş arzularını çatdırmışdı. Analitiklər təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verildiyi qənaətindədirlər. Bir çox siyasi şərhçilər qeyd edirlər ki, ABŞ bölgənin lideri olan Azərbaycanla razılığa gəlməyə, iqtisadi və siyasi maraqlarında əməkdaşlığını daha da genişləndirməyə çalışır. Xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq üçün yeni üfüqlərin açıldığını qeyd etmək olar.

Qeyd edək ki, Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. Belə ki, ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır.

Siyasi şərhçilər hesab edirlər ki, rəsmi Bakının ABŞ-dan müəyyən gözləntilərinin olması, heç də məxfi paragraflar arasında gizlənməyib. Belə ki, Azərbaycanda hesab edirlər ki, regionda sülhün bərqərar olunmasına ABŞ öz töhfəsini verə bilər. Müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.

Artan nüfuz və ölkələrdən uzanan dost əli ...
Rəsmi Bakının regionda yaratdığı reallıqları daha dərindən anlayanlar vaxt itirmədən öz dost əllərini uzadaraq əməkdaşlıqların daha da dərinləşməsinə çalışırlar. Biz bunları 28 May – Respublika Günü münasibəti ilə dost və qardaş ölkələr tərəfindən göndərilən məktubların mətnində də görə bilərik. Məktublarda əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.

Dünyanın ən güclü ölkələrindən biri olan Çin də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrikində ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.

Cənab qonşumuz olan İrandan da alınan eyni səpkili məktub ölkələrimiz arasında münasibətlərin qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulduğunu göstərir. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.

Yeri gəlmişkən Avropadan gələn təbrik məktubları da bu mənada xüsusi əhəmiyyətə malikdir. Belə ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. İtaliya Prezidenti azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən öz təsdiqini tapdığını məktubunda ifadə edib.

Göründüyü kimi, Azərbaycanın yaratdığı yeni təhlükəsiz dəhlizlər və regionun yeni reallıqları onun imkanlarını genişləndirib. Ölkəmiz özünün siyasi nüfuzundan, hərbi gücündən istifadə edərək bölgədə sülhün təmin olunmasına çalışır. Eyni zamanda bölgənin sürətli inkişafı üçün yeni iqtisadi imkanlar yaradır. Bu məqamda xüsusi şəkildə qeyd etmək lazımdır ki, Bakının yaratdığı iqtisadi imkanlar təkcə bizim üçün deyil, üstəlik rergionun bütün dövlətləri üçün ıəlverişli və səmərəlidir. Hər kəs bu imkanlardan istifadə edə və faydalana biləcəkdir.

Seymur Qasımbəyli

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib