Absheron Media
Haqqımızda Bizimlə əlaqə

MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ

Tarix:16-06-2021, 18:55

MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ


İyun ayının 15-i xalqımız üçün müstəsna əhəmiyyət kəsb edir.

1993-cü ilin 2-ci yarısına qədər Azərbaycanda baş verən ictimai-siyasi hadisələr ölkəni uçuruma yuvarlamışdı və yeni müstəqillik qazanan respublikada dövlətçilik yox olmaq təhlükəsi ilə üz-üzə idi.

1993-cü ilin əvvəllərində Gəncədə qiyam başladı. Bu hakimiyyəti ələ keçirmək istəyən qiyamçılarla Milli hökumət arasında vəziyyəti gərginləşdirərək vətəndaş müharibəsi həddinə gətirib çatdırmışdı. Belə bir vəziyyətdə xalqın və ziyalıların təkidi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu.

Həmin dövrdə ölkəmizdə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. 15 iyun tarixində Ulu Öndərimiz Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldi. Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gündən Heydər Əliyev qarşısındakı ağır problemlərə, çətinliklərə, böyük risklərə baxmayaraq çıxılmaz bir vəziyyətə düşmüş xalqının xilaskarı kimi öz missiyasını cəsarətlə yerinə yetirməyə başladı.

Savadlı siyasətçi, böyük nüfuza malik olan Heydər Əliyev ölkədəki mövcud vəziyyəti qısa zamanda böhrandan siyasi-iqtisadi sabitliyə doğru dəyişdirə bildi.

Respublikanın hər yerində tüğyan edən ictimai-siyasi böhran Azərbaycan torpaqlarının ermənilər tərəfindən ardıcıl işğalı və əhalinin sosial rifahının çox aşağı olması idarəçilikdə saysız-hesabsız problemlər meydana gətirmişdi. Lakin Heydər Əliyevin güclü iradəsi, idarəetmə qabiliyyəti, xalqa arxalanması, hər bir vətəndaşa doğma münasibət bəsləməsi demək olar ki, bütün çətinlikləri qısa bir zaman kəsiyində aradan qaldırdı və ölkədə davamlı inkişafın təməlini qoydu.

Məhz həmin illərdə Ulu Öndərimiz tərəfindən ortaya qoyulan milli qurtuluş ideoloğiyasının təntənəsi müstəqil respublikamızın güclü demokratik dünya ölkələri ilə birgə addımlamasına bu gün də regionda və dünyada Azərbaycanın nüfuzunun artmasına xidmət göstərir.

Heydər Əliyev öz xilaskarlıq missiyasına başlayaraq demişdir ki, mən Azərbaycan Respublikasının bu ağır dövrində bu yükü öz üzərimə götürmüşəm. Götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma vətənimə,doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim.

Ulu Öndərimizin siyasəti nəticəsində ölkədə gedən qarşıdurma səngidi, Pespublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Böyük insan Heydər Əliyevin öz işinin öhdəsindən layiqincə gəlməsi sözün həqiqi mənasında Azərbaycanın mövcudluğunu, ölkənin ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.

Beləliklə bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
15 iyun tarixi 1997-ci ildən etibarən Parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olundu.

Faktiki olaraq müharibə şəraitində olan ölkədə dövlətçiliyin, onun gələcək inkişaf strategiyasının təməlini qoyan və zamanla bunu həyata keçirən Ümummilli Lider Respublikanın müstəqilliyini qorumağı və inkişafını inanılmaz bacarıqla yerinə yetirdi. Heydər Əliyev bütün bu mübarizələrdən zəfərlə çıxmaqla yanaşı həm də Milli dövlətçiliyin konsepsiyasını yaratdı. Azərbaycan qısa müddət ərzində bütün dünyada müstəqil dövlət kimi qəbul edildi və müstəqil siyasətini yeritməyə başladı.

1993-cü ilin iyun ayının 20-də Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması məqsədi ilə yerli və xarici jurnalistlər üçün brifinq keçirən Ümummilli Lider o dövrün reallıqlarını Azərbaycanın inkişafına mane olan ünsürləri, respublikaya düşmən mövqeyində dayanan siyasi dairələrin adını cəsarətlə elan etdi.

Ulu Öndərimiz siyasi hakimiyyətə qayıtdıqdan sonra idarəçiliyi sayəsində hərbi quruculuq ən mühüm amillərdən, ən mühüm istiqamətlərdən biri hesab olunub. Bu da təsadüfi deyildi, çünki ölkəyə qarşı Ermənistanın işğalçı siyasətinin davam etməsi, bunun nəticəsində ölkədə yaranmış siyasi hərc-mərclik bu istiqamətdə tale yüklü vəzifələrin həyata keçirilməsini tələbi edirdi.

Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qorunması üçün ordu quruculuğuna Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına aid diqqət ölkənin daxili və xarici düşmənlərdən etibarlı müdafiəsinin qarantına çevrildi. Həmin dövrlərdə Heydər Əliyev apardığı siyasət nəticəsində bütün dünya Qarabağda baş verən müharibədə Ermənistanın işğalçı olduğunu , ermənilərin ədalətsiz mövqeyini tam aydınlığı ilə görə bildi. Beynəlxalq təşkilatlar, hərbi diplomatik qurumlar Heydər Əliyevin təşəbbüsünə qoşularaq Qarabağda döyüş əməliyyatı planının dondurulmasına, qoşunlar arasında atəşkəs rejiminə nail olub, problemin həllini danışıqlar yolu ilə aparmaq üçün Ermənistanı işğalı dayandırmağa məcbur etdilər.

Atəşkəs rejiminin əldə olunması ölkədə hərbi siyasi islahatların və digər sahələrdə zəruri islahatların aparılmasını labüd etdi. Onun təticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində , ordumuzun dünyanın qabaqcıl ölkələrinin ördularına çevrilməsi istiqamətində zəruri addımlar həyata keçirməyə başlandı. Qısa bir müddət ərzində Azərbayca və NATO ordusu arasında hərbi təhsil sahəsində müəyyən addımlar atıldı. Bunun məntiqi nəticəsi olaraq 2004-cü ildə fərdi tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənədlə Azərbaycan öz ordusunun NATO standartlarına uyğun bir orduya çevrilməsi istiqamətində öz üzərinə zəruri öhdəliklər götürdü.

Silahlı qüvvələrə xüsusi diqqəti sayəsində Azərbaycan ordusu regionun ən güclü orduları sırasına qoşula bildi.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Ordusunu yüksək qiymətləndirir və lazımı dəyər verirdi, o deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, lakin Azərbaycan ordusunun əskəri, zabiti mənə hər bir vətəndaşdan əziz və yaxındır”.

Vahid komandanlığa tabe olan ordu yaratmaq və onu nizami formaya salmaq böyük siyasi iradə və hazırlıq tələb edirdi. Heydər Əliyev bunun öhdəsindən müvəffəqiyyətlə gəldi və bu gün haqqında fəxarətlə danışdığımız və qürur mənbəyimiz olan ordumuz onun əməyinin nəticəsidir.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir