Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“AZƏRBAYCAN ORDUSU DÖYÜŞ MEYDANINDA SÖZÜNÜ DEDİ”

Tarix:29-06-2021, 07:18

“AZƏRBAYCAN  ORDUSU  DÖYÜŞ  MEYDANINDA SÖZÜNÜ  DEDİ”


Əvvəllər Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Odur ki, bu sahədə azərbaycanlıların anlayışı yox idi.

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin həyata keçirdiyi ən ümdə və mühüm tədbirlərdən biri də Milli Ordunun yaranması idi. Lakin ölkəmizdə Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra ordu quruculuğu dayandırıldı.

Azərbaycanlılar yalnız 1938-ci ildən başlayaraq orduya xidmətə çağırıldılar. Lakin orduda xidmət edən vətəndaşlarımız silahlı qüvvələrdə deyil, hər hansı bir tikintidə və yaxud orduya tamamilə dəxli olmayan sahələrdə işlədilirdi. Bu da olduqca düşünülmüş şəkildə edilirdi.

Yalnız II-ci Dünya müharibəsi vaxtı canlı qüvvəyə ehtiyac olduğundan SSRİ-də yaşayan bütün müsəlman xalqları kimi azərbaycanlılar da cəbhəyə çağırıldı.

1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində SSRİ Kommunist Partiyası tərəfindən, olduqca böyük maneələrin olmasına baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi lisey yaradılmışdır.

Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bu cür baxacağam”.

Respublikamız müstəqillik əldə edəndən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Liseyin məzunları Qarabağ savaşında mərdliklə vuruşub. Yüzlərlə məzun göstərdiyi şücaətə görə orden və medallarla təltif olunub, 8 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1993-cü ilin may-iyun aylarında ölkədə hərc-mərclik, vətəndaş müharibəsi və mütəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı hamılıqla Böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Həmin dövrdəki rəhbərlik bütün bu çətinlikləri aradan qaldırmaq üçün Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzaladıqdan sonra Azərbaycan Milli Ordumuzun formalaşması daha da sürətləndirildi.

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyini, inkişaf strategiyasını müəyyən etmişdir.

Azərbaycan ordusunu müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan Ümummilli liderimiz Heydər Əliyev formalaşdırmışdır.

Heydər Əliyev Azərbaycan Ordusunun böyük qüvvəyə çevrilməsini qürurla qeyd edirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika il təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu. Hər il bu tarix rəsmi Dövlət bayramı kimi qeyd olunur.

Heydər Əliyev hərbi təhsil sistemini daha da inkişaf etdirilməsi üçün 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı.

2001-ci il avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Ali Təyyarəçilik məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqları Respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdi.
Bu gün Azərbaycan Ordusu NATO standartlarına cavab verən səviyyədədir. Müasir hərb elminin tələblərinə cavab verən və vahid komandanlığa tabe olan Azərbaycan Ordusu Heydər Əliyevin başladığı və Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyəti, strategiyası artır.

Bu gün Azərbaycan NATO-nun standartlarına uyğun modern orduyla dünyada diqqət mərkəzindədir.
44 günlük Vətən Müharibəsi ərzində başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla ordumuz mənfur düşmənə heç vaxt unutmayacağı bir dərs verdi.

Azərbaycanın Müzəffər Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək 30 il işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən əsarətindən azad etdi. Ordumuz tərəfindən tarixi ərazimiz və tarixi ədalət bərpa edildi.
Azərbaycan ordusu dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Ordumuz dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi.

Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması, qələbəyə inamı düşmən üzərində qələbə çalmağa və ərazi bütövlüyümüzü bərpa etməyə səbəb oldu. Şanlı, Müzəffər Ordumuz 44 gün ərzində Cəbrayılı, Fizulini, Zəngilanı, Qubadlını, Şuşanı, Hadrutu və Qarabağın bir çox yaşayış məntəqələrini işğaldan azad etdi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə heç bir itki vermədən işğaldan azad edildi.
Ermənistan bu vəziyyətdə kapitulyasiya aktına imza atmağa məcbur oldu.

44 gün davam edən müharibə zamanı xalq bir yumruq kimi birləşərək Cənab Ali Baş Komandanımızın və şanlı ordumuzun yanında oldu.
Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu döyüş meydanında sözünü dedi”.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib