Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK

Tarix:11-07-2021, 09:22

İŞĞALDAN  AZAD  EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK

Müqəddəs Qurban bayramı İslam dininin mühüm bayramlarından biri hesab olunur.

Qurban kəsmə insanlar tərəfindən ta qədim zamanlardan icra olunub. Keçmişdə qədim insanlar Allahın qəzəbinə gəldiklərini düşünərək günahlardan təmizlənmək üçün bu ayini yerinə yetirirmişlər. Lakin Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsindən sonra qurban kəsmənin başqa məqsədləri yaranıb. Həmin vaxtdan qurban kəsmə bütün İslam aləmində Yaradanına itaət etmək, mərhəmətli, xeyriyyəçi olmaq, imkansızlara yardım etmək, onları yada salmaq kimi əlamətlərə yiyələnib.

Sonralar isə İbrahim Peyğəmbər Yaradanını nə qədər sevdiyini nümayiş etdirərək, Tanrının əmrinə tabe olub öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək istərkən Allah ona qoç göndərib. Bundan sonra qurban kəsmə eyni zamanda İsmayıl qurbanı da adlandırılıb.

Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır. Bildiyimiz kimi bu bayram dərin tarixə malikdir. Hər il eyni vaxtda bütün dünya müsəlmanları tərəfindən bu müqəddəs bayram bir saflıq, təmizlik, mərhəmətlilik rəmzi kimi qeyd edilir.
Azərbaycan xalqı tərəfindən də bu bayram həmişə müqəddəs sayılıb. Lakin SSRİ-nin vaxtında belə dini bayramlar yasaq olunmuşdur. Xalqımız isə bu müqəddəs bayramı gizli də olsa qoruyub saxlamışdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində Müqəddəs bayram kimi qeyd edilir.

Təsadüfi deyil ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan İslam Mədəniyyəti paytaxtı elan edilmişdi. 2017-ci ildə IV-cü İslam Həmrəyliyi Oyunları da bir İslam ölkəsinin şəhəri kimi Bakıda keçirilmişdir.
Bütün bunlar Azərbaycan xalqının öz müqəddəs İslam dininə necə yaxın olduğunun təzahürüdür.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bu dini bayram vaxtı ayrıseçkiliyə yol verilmir. Müsəlmanlar kəsdikləri qurban ətini dinindən, dilindən, məzhəbindən asılı olmayaraq bütün kasıb, imkansız ailələrə, yetim və kimsəsizlərə verirlər.

Bu bayram günü hamı Allaha şükr edir. İmkanlılar, imkanı olanlar imkansızlara kömək edə bildiyinə görə, imkansızlar isə bayram payı aldıqlarına və onlara qarşı olan mərhəmətə görə şükr edərlər. Odur ki, bu bayram həm də şükranlıq bayramıdır.
Qurban bayramında Ulu Öndərimiz həmişə xalqın arasında olar, qaçqın və köçkünlərimizlə görüşərdi. O, çıxışlarının birində xalqa müraciətlə demişdi: “İnanıram ki, bu müqəddəs bayram günlərində Tanrının bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi və xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmyerlilərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”.

Cənab Prezidentimiz İlham Əliyev də bu müqəddəs bayrama büyük dəyər verir və bayramı xalqı ilə birgə qeyd edir. İlham Əliyev Qurban bayramında xalqa müraciətində söyləmişdi ki, Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir. Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin xeyirxah əməllərin şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram bütün xeyirxah niyyətlərimiz, dua və diləklərimiz gerçəkləşəcək. Uca yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Xalqımız 30 il ərzində hər dəfə qurban kəsdikdə Allahdan işğal altında olan torpaqlarımızın azad olunmasını diləyib və arzu edib ki, müqəddəs Qurban bayramı tarixən Azərbaycana məxsus olan əzəli-əbədi yurdlarımızda qeyd olunsun.
Bu gün Azərbaycanın qəhrəman övladları öz canlarından keçərək Ali Baş Komandanımızın başçılığı ilə müqəddəs vətən torpaqlarını azad etdilər.

Xalqımız öz arzusuna çatdı. Ədalət bərqərar oldu. Bayrağımız tarixi torpaqlarımız olan Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu Qurban bayramı işğaldan azad edilmiş torpaqlarımızda Allaha şükr edilərək qurbanlar kəsiləcək.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir