Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi

Tarix:16-07-2021, 21:30
Baxış Sayı:527

Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi


Dünyada iştirakçı sayına görə BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatı bu il 60 illik yubileyini qeyd edir.

Qoşulmama Hərəkatı Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir.

Bitərəf dövlətlər hərəkatına üzv ölkələr başçılar səviyyəsində 15 sammit keçirib. Bu Hərəkatın üzvü olan 53 ölkə Afrikadan, 38 Asiyadan, 26 Latın Amerikası, biri isə Avropadandır.

Azərbaycan bu hərəkata 2011-ci ildə qoşularaq Qoşulmama Hərəkatının tam hüquqlu üzvü oldu. Bu qısa zaman kəsiyində ölkəmiz burada böyük nüfuz qazandı. Belə ki, 2016-cı ildə Hərəkatın yekdil qərarı ilə Azərbaycana böyük etimad göstərilərək 2019–2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik həvalə edildi. Azərbaycan sədrlik dövründə xeyli mühüm təşəbbüslər irəli sürdü və nəticələr əldə olundu. Qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq içtimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdu.

2019-cu ilin oktyabr ayının 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökümət başçılarının XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökümət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə Zirvə görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Ölkə Prezidenti Bakı Zirvə görüşündəki çıxışında vurğulamışdır ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla körpülərin yaradılmasına müvəffəq olub.

Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa ittifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə edib.

Respublika Prezidenti İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməklə davam edəcək. Hərəkat COVİD-19 dan sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.
Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVİD-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Həmin Panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyyələr hazırlaya bilər”.

Azərbaycanın pandemiya ilə mübarizə məqsədi ilə təklifləri nəzərə alınır. Ölkəmizin təşəbbüsü ilə bir neçə dəfə videokonfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi göstərdi ki, Azərbaycan digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif edib ki, BMT Baş Assambleyasının COVİD-19 ilə bağlı sessiyası keçirilsin.

Bununla bərabər COVİD – 19-la bağlı Respublikamız ehtiyacı olan 14 ölkəyə fərdi humatitar yardım göstərir və Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə isə əlavə olaraq 15 ölkəyə humanitar yardım edir. Ümumdünya Səhiyyə Təşkilatına da Respublikamız iki dəfə ianə verib. Bəli, Azərbaycan bu çətin zamanda təkcə öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir.

2016-cı ildə Azərbaycanın Təşkilata sədrliyinin dəstəklənməsi siyasi arenada da onun söz sahibliyini gücləndirdi.

Təşkilatı 2019-cu il 25-26 oktyabrda keçirilən VII Qlobal forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın işğal faktı ilə barışmayacağını və Qarabağ haqqında bütün reallığı hər kəsin diqqətinə çatdırdı.

Müharibədən əvvəl Qondarma Qurumda keçirilən seçkilərə Qoşulmama Hərəkatının üzvlərinin etirazı xarici siyasətdə atılan uğurlu addımlardan biri idi. Müharibə ərzində də Təşkilata üzv dövlətlər Azərbaycanın yanında olduqlarını göstərdilər. Buna bariz nümunə isə 2020-ci il oktyabrın 19-da BMT-də Azərbaycanın maraqlarına uyğun olmayan sənədin qəbulunun qarşısının alınması idi. Bu qətnamə qəbul olunmadı və bu Qətnamənin qəbul olunmamasında ən böyük rolu elə məhz BMT Təhlükəsizlik Şurasının qeyri və daimi üzvü olan eyni zamanda Qoşulmama Hərəkatının üzvləri olan dövlətlər oldu ki, bu müharibədədə Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatı timsalında dünyanın 120–dən çox dövləti dəstəklədi.

Şəhla Ağbulud

Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
İradə Gülməmmədova  600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
Vaqif poeziya günləri bərpa edildi
Vaqif poeziya günləri bərpa edildi
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Abşeronda  pandemiya əleyhinə aparılan  genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Ölkəmiz hərtərəfli inkişaf edir
Ölkəmiz hərtərəfli inkişaf edir
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil