Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhid övladı arzusuna çatdı - Abşeronda

Tarix:16-07-2021, 21:40

Şəhid övladı arzusuna çatdı - Abşeronda

Bu gün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən daha bir şəhid övladı sevindirilib. RİH başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. RİH-in əməkdaşı Seymur Qasımov layihə çərçivəsində görülən işlər barəsində danışarkən məlumat verib ki, şəhid İşiyev Rəfael Əhmədağa oğlunun həyat yoldaşı Sevda İşiyeva ilə əlaqə saxlanılıb, övladı Hüseynin istəkləri öyrənilib. Qəhrəmanımızın oğlunun mobil telefon (Samsung-A52) istədiyi müəyyən edilib.

Mobil telefon Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Məmmədova və Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova tərəfindən ailəyə təqdim edilib və beləliklə də şəhid övladının arzusu yerinə yetirilib.
Şəhidin həyat yoldaşı Sevda İşiyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, gizir İşiyev Rəfail Əhmədağa oğlu 04.09.1979-cı ildə Cəlilabad şəhərində müəllim ailəsində anadan olub. 1996-cı ildə Cəlilabad şəhər 8 saylı məktəbi bitirib hərbi xidmətə yollanıb. 1998-ci ildə Murov dağda yerləşən N saylı hərbi hissədə hərbi tapşırıq yerinə yetirərkən R.İşiyev və digər 5 əsgər yoldaşı ilə birgə üstü qarla bağlı dərəyə düşərək 4 gün ac və susuz qalıb. Rəfail həyatının son dəqiqələrində tapılıb xilas olunub. Müalicə aldıqdan sonra, hərbi xidmətini bitirib evə qayıdıb. Bir neçə ildən sonra öz istəyi ilə yenidən hərbi kurslara yazlılıb. Bununla da həyatının 16 ilini hərbi xitdmətə həsr edib. İllərin təcrübəli mütəxəssisi, sürücü-mexanik olumuşdur. Öz işini çox sevən və işini peşəkarcasına bacaran insan olub. Rəfail ona verilmiş PDM(BMP)-sin xüsusi qayğıyla saxlayan şəxs idi. O, 499 nömrəli PDM-ini hər dəfə idarə etdikdə nəinki özü, hətta hərbi hissələrin şəxsi heyəti zövq ilə izləyirdi.
Rəfail peşəkarlığına görə bir neçə hərbi paradlarda iştirak etmişdir. Xüsusəndə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş paradlarda iştirakına görə medallarla təltif olunmuşdur.

R.İşiyev 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub. 2-ci Qarabağ müharibəsində mübarək qanı ilə tarix yazanlardan biri olmağı bacarıb. Cəbrayıl rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə onun idarə etdiyi 499 nömrəli BMP-sini düşmən tərəfindən vurulması nəticəsində yaralanır. Yaralanandan 2 gün sonra cəbhəyə qayıdan qəhrəmanımız öz istəyi ilə yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Fizuli istiqamətində gedən döyüşlərdə 2-ci dəfə ağır yaralanır. Hərbi hospitalda müalicə almasına baxmayaraq R.İşiyev yaralarını unudaraq yenidən döyüş meydanına qayıdır. Orada erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılır. Noyabrın 3-ündə Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə bir çox medallarla təltif olunub. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medallarınıl alıb. Prezident İlham Əliyevin sərəncamı ilə R.İşiyev “Vətən uğrunda” medalına (ölümündən sonra), “İgidliyə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalına (ölümündən sonra), “Cəbrayılın azad olunmasına görə” medalına (ölümündən sonra), “Xocavəndin azad olunmasına görə” medalına, “Şuşanın azad olunmasına görə” medalına” layiq görülüb.

Allah rəhmət eləsin.

Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda


İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib