Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ

Tarix:17-07-2021, 11:15
Baxış Sayı:113

ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ


Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti və komandanlığı, Ordumuzun səriştəsi, igid vətən oğullarımızın fədakarlığı ilə 44 günlük Vətən Müharibəsində işğalçı düşmənə qalib gəldik. Haqq yerini tutdu.

Baxmayaraq ki, 30 il ərzində erməni cinayətkarları torpaqlarımızda bir sıra böyük ehkamlar qurmuşdular, strateji hündürlükləri ələ keçirmişdilər qəlbi vətən sevgisi ilə çırpınan zabit və əsgərlərimiz öz canı, qanı bahasına əzəli-əbədi torpaqlarımızı geri qaytardılar.

Bu müqəddəs torpaq savaşında – Vətən Müharibəsində 3 minə yaxın vətən oğulları şəhid oldu. Minlərlə zabit və əsgərlərimiz şikəst oldu.

Şəhid ailələri və qazilərimiz hər an dövlətin nəzarətindədir. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında demişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirir. Belə ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və yaşayış kompleksində nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 130-dan çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur. Ümumilikdə isə qazilərimizə 7200 avtomobil verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Xocasən qəsəbəsində şəhid ailələri və Vətən Müharibəsi əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət yaşayış kompleksində 15 ədəd doqquzmərtəbəli bina inşa olunub.

Kompleksdə həmçinin 624 yerlik məktəb, 140 yerlik uşaq bağçası fəaliyyət göstərəcək. Eyni zamanda, 50 müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobillər verildi.

Xocasən yaşayış kompleksinin açılışında iştirak edən cənab İlham Əliyev şəhid ailələri və qazilərlə səmimi görüşdü.

Ali Baş Komandanımız çıxışında qeyd etdi ki, vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. “Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

Prezident İlham Əliyev öz çıxışında onu da qeyd etdi ki, biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik.

Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir. Bütün kommunikasiya qurğuları açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba yurdlarına dönəcəklər.

Ermənistan tərəfində 2-ci Qarabağ Müharibəsində bizdən iki-üç dəfə artıq, yəni 7-8 mindən artıq itki olub. Bu Ermənistan dövləti tərəfindən gizlədilsə də bəzi mənbələr bunu açıq deməkdən çəkinmir. Müharibənin gedişindən də bu aydın olur. Belə ki, Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən Müharibəsi dövründə 336 düşmən tankı ya məhv edilmiş, ya da qənimət kimi götürülmüşdü. Yüzlərlə hava hücumuna qarşı müdafiə sistemləri məhv edilmişdi. Eyni zamanda böyük sayda artilleriya qurğuları məhv edilmişdir.

Ermənistan dövləti isə nə həlak olanların ailələrinə, nə də şikəst olanlara qayğı göstərmir. Məğlubiyyətdən sonra Ermənistanda hərc-mərclik baş alıb gedir. Daxili çaxnaşmalar dayanmır. İqtisadi vəziyyət çox aşağıdır.

Azərbaycan dövlətinin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır.

Dövlət özəl sektorun inkişafı və sahibkarlıqla məşğul olanlar üçün böyük işlər görür.

Bu gün məşğulluq marafonuna artıq 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Eyni zamanda özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.

Qazilərimizin sağlamlığına qovuşmaları üçün respublikamızda yeni Reabilitasiya Mərkəzləri açılır. Bir neçəsi artıq açılıb və hərbçilər orada müalicə alırlar. Əlillər üçün protezlər sifariş edilir. 8400 müharibə iştirakçısına sosial ödənişlər verilib.

Şəhidlərimiz və qazilərimizin sayəsində xalqımız Müzəffər xalq kimi alnıaçıq yaşayacaq.

Məmləkətimiz Vətən uğrunda canından keçənləri heç vaxt unutmayacaq.
Şəhla Ağbulud

Abşeronda 27 sentyabr - Anım Günü qeyd edilib
Abşeronda 27 sentyabr - Anım Günü qeyd edilib
Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
İradə Gülməmmədova  600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
Vaqif poeziya günləri bərpa edildi
Vaqif poeziya günləri bərpa edildi
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Abşeronda  pandemiya əleyhinə aparılan  genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Ölkəmiz hərtərəfli inkişaf edir
Ölkəmiz hərtərəfli inkişaf edir
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi