Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil

Tarix:17-07-2021, 14:40

Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil

Azərbaycan Milli Mətbuatının banisi olan Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə ilk dəfə böyük maneələrlə qarşılaşaraq, çox çətinliklə Bakıda “Əkinçi” qəzetinin birinci nömrəsini nəşr etdirib. Həsən bəy Zərdabi bu qəzetin nəşrinə hələ 1868-ci ildən başlamaq arzusunda olub. Lakin Çar Rusiyası idarələri süründürməçilik edərək buna qəsdlə maneçilik törədib. Nəhayət 7 ildən sonra bu qəzet işıq üzü görüb. Qəzetin adının “Əkinçi” qoyulması da təsadüfi olmayıb, bu adla Çar Rusiyasının diqqəti qəzetin əsas missiyasından uzaqlaşdırılıb.

Bütün Qafqazda bu qəzetin işıq üzü görməsi əks-səda doğurub. “Əkinçi”nin 1875 – 1877-ci ilin sentyabr ayınadək cəmi 56 sayı işıq üzü görüb, lakin qəzet bu 56 sayla öz missiyasını yerinə yetirib. Qəzetin Milli mətbuatın təşəkkül tapmasında müstəsna rolu olub. Qəzet əsasən maarifçilik missiyasını yerinə yetirib. Odur ki, bu mətbu orqanı həm ziyalı, həm də sadə insanlar arasında sevilərək böyük maraqla oxunub. Həmin dövrün görkəmli ziyalıları, qələm adamları bu qəzetlə əməkdaşlıq edirək, qəzetin səhifələrində maraqlı məqalələrlə çıxış ediblər.

”Əkinçi” qəzeti Azərbaycanda ilk jurnalistika məktəbi kimi, yarandığı gündən formalaşaraq böyük bir milli içtimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verib. Lakin bu çox çəkməyib. Çar Rusiyası insanların adi bir qəzet vasitəsi ilə maariflənməsindən, xeyli içtimai-siyasi proseslərə yaxınlaşdığını görərək təşvişə düşüb. Odur ki, tezliklə qəzetin nəşrini dayandırıb.

“Əkinçi” qəzetindən sonra Azərbaycanın ziyalıları tərəfindən “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” və s. başqa anadilli nəşrlərin çapı həyata keçirilib.
1895-ci ildə isə Azərbaycan mətbuatının özülünü “Kaspi” qəzeti daha da möhkəmləndirib. 1993-cü ildən nəşrə başlayan “Şərqi Rus” qəzeti də Azərbaycanda milli oyanışa xidmət edib.
Sonralar “Həyat” qəzeti, “Füyüzat” jurnalı, “İrşad”, “Təzə həyat”, “Təkamül”, “Həqiqət”, “Açıq söz” və başqa mətbuat orqanları fəaliyyətə başlayıb.
1906-cı ildən ölkədə dini xurafatın qarşısını almaq, insanların gözünü açmaq üçün ən böyük addım olan Cəlil Məmmədquluzadənin redaktorluğu ilə bütün müsəlman dünyasına məşhur olan “Molla Nəsrəddin” jurnalı nəşr edilib. Bu jurnal sanki bir ədəbi cərəyana çevrilərək əl-əl gəzib.
“Molla Nəsrəddin “ jurnalı daha uzun ömürlü olub. Jurnal 25 il nəşr edilib.

1991-ci ildə Azərbaycanda Dövlət Müstəqilliyimiz elan edildi. Həmin vaxtlar demokratik jurnalistika fəaliyyətə başlasa da çox çətinliklərlə üzləşdi. Təsadüfi şəxslərin hakimiyyətə gəlməsi ilə mətbuatın da inkişafına maneələr törədildi. Əsil həqiqətin xalqa çatdırılmasının qarşısı alınır, jurnalistlər təqib olunur, sui-qəsdlər planlaşdırılırdı.
Həmin vaxtlar iqtidarda olan vəzifəli şəxslər – hüquq- mühafizə orqanlarının əməkdaşlarının Azərbaycan Televiziyasına silahlı basqın etməsininin də xalq açıq-aşkar şahidi olmuşdu. 1992-ci ildə hakimiyyət tərəfindən Hərbi senzura yaradıldı. Milli jurnalistika ən ağır vaxtlarını yaşamağa başladı.

Səriştəsiz hakimiyyət xalqı idarə edə bilmirdi. Xalq çıxılmaz vəziyyətə düşmüşdü.
1993-cü ildə xalqımızı düşdüyü bütün ağır vəziyyətlərdən, çətinliklərdən xilas etmək üçün xalq Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını tələb etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı jurnalistika sahəsində də böyük dəyişikliklərə səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata yüksək qiymət və dəyər verilirdi.

“Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları Kütləvi İnformasiya Vasitələridir”.

Heydər Əliyev 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına təkan verdi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyinin göstərilməsi idi.
Dövlət Başçısı İlham Əliyev öz çıxışında demişdir: “Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb.
Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50- dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu bizim böyük sərvətimizdir.

Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər”.

Şəhla Ağbulud

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib