Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ölkəmiz hərtərəfli inkişaf edir

Tarix:26-07-2021, 15:31

Ölkəmiz hərtərəfli inkişaf edir


30 il düşmən tapdağı altında qalan əzəli-əbədi yurd yerlərimiz Cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun şücaəti ilə cəmi 44 günlük müharibə ərzində geri qaytarıldı.

Müzəffər xalqımız artıq müqəddəs torpaqlarımıza ayaq basır. Erməni vandalları tərəfindən bu 30 ildə doğma şəhər və kəndlərimiz, tarixi abidələrimiz, müqəddəs yerlərimiz uçurdulub, dağıdılıb.
Artıq bu yerlərdə yollar çəkilir, evlər, obyektlər, xəstəxanalar, məktəb binaları tikilir və başqa infrastruktur layihələr yerinə yetirilir. Geri qaytarılmış torpaqlarımızda bərpa işləri olduqca sürətlə gedir.
Ölkəmiz hərtərəfli inkişaf edir.

Regionlarda da infrastruktur layihələr yüksək səviyyədə həyata keçirilir.

2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son illər respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, idman mərkəzlərinin və digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır.

Respublika Prezidenti İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir. Cənab Prezidentin indiyədək regionlara yüzlərlə səfəri olmuşdur.

Hər ay demək olar ki, ölkənin müxtəlif regionlarında yeni-yeni sosial-iqtisadi müəssisələr açılır, yol-nəqliyyat infrastrukturu yenidən qurularaq istifadəyə verilir. Bununla yanaşı regionlarda yeni müəssisələrin təməlqoyma mərasimləri də keçirilir ki, burada Dövlət Başçısı da iştirak edir.

Respublikamız dünyada idman sahəsində demək olar ki, liderlik statusu əldə edib.

Azərbaycanda gənclərin idmana meyli məqsədli bir şəkildə gücləndirilir. İdman ölkəmizin demək olar ki, içtimai həyatının mühüm hissəsidir. Qəbul edilən proqramlar, qərarlar, tikilib istifadəyə verilən idman qurğuları, Olimpiya Kompleksləri, idman infrastrukturunun yenilənməsi də bundan irəli gəlir.

Prezidentimiz Azərbaycanda idmana çox önəm verir. Hazırda respublikamızda 48 İdman Kompleksi fəaliyyət göstərir. Cənab İlham Əliyev şəxsən özü İdman Komplekslərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Regionlarda Olimpiya İdman Kompleksləri və digər idman qurğularının istifadəyə verilməsindən başqa, hər idman növünün inkişafı naminə məqsədyönlü işlər görülüb.

Respublika Prezidenti Cənab İlham Əliyev iyul ayının 22-də respublikamızın qərb bölgəsinə səfər edib. Prezident səfər çərçivəsində Daşkəsən, Naftalan, Göranboy və Gəncədə olub. Bu rayonlarda bir çox layihələr icra edilib. Sosial obyektlər tikilib, yeni iş yerləri yaradılıb, xəstəxanalar tikilib, yollar çəkilib, kənd və qəsəbələrə içməli su çəkilib. Bu işlər bu gün də həmin rayonlarda, eləcə də digər regionlarda yüksək templə davam etdirilir.

Cənab İlham Əliyev 1977-ci ildə istifadəyə verilmiş və sonralar erməni quldurları tərəfindən dəfələrlə atəşə tutularaq 1997-ci ildən fəaliyyətini dayandırmış Naftalan şəhər hava limanına baxıb. Bir çox görülən işlərlə yaxından tanış olub. Sonra Prezident Naftalanda fəaliyyət göstərən sanatoriyalarla maraqlanıb.

Azərbaycanın sərvətlərindən olan möcüzəvi Naftalan əsrlərdən bəri insanların marağına səbəb olub. Sovet İttifaqı hakimiyyəti vaxtında naftalan müalicəsindən yararlanmaq üçün buraya hər il 50-60 min turist gələrdi. Sonralar bir çox səbəblərdən turistlərin gəlişi azlıb.

2005-ci ildən bəri burada yeni sanatoriyalar, sanatoriyalara əlavə korpuslar tikilib istifadəyə verilib. Bu da artıq 2300-dən çox yer təşkil edir. Naftalanda artıq 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir. Proses yenə də davam edir.

Naftalan təbii sərvətinə, havasına, suyuna görə ölkədə turizm mərkəzlərindən birinə çevrilə bilər. Respublika Prezidenti qeyd edib ki, Naftalanda yeni istirahət zonaları, mehmanxana və sanatoriyalar açılmalıdır. Buraya turistləri cəlb etmək gərəkdir. Bu Azərbaycan üçün çox sərfəli olar, yüksək gəlir gətirər. Bu sahəyə Azərbaycanda çox böyük investisiyalar qoyulub. Naftalan gələcəkdə bir turizm məkanı olacaq.

Turistlərin Azərbaycana gəlməsi Respublikamız üçün yüksək gəlir gətirməsindən əlavə siyasi cəhətdən də vacibdir. Buraya gələn turistlər həm də Azərbaycanla bağlı, xalqımızla bağlı həqiqətləri öyrənəcəklər. Tarixi yerlərimizi ziyarət edəcək, Suqovuşana, Gəncəyə və başqa rayonlara səfər edəcək, tarixi ilə yaxından tanış olacaqlar.

Azərbaycanda qeyri-neft sənayesinə olduqca yüksək önəm verilir. Odur ki, son illər qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artması nəzərdə tutulur. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu artım olduqca əhəmiyyətli hesab edilir. Bunlar hamısı Respublikamızda görülmüş işlərin nəticəsidir. Respublikamızda kənd təsərrüfatında da artım ötən illərin nəticəsindən artıqdır. Ötən il pandemiya ilə əlaqədar bu artım 3 faiz, 3,5 faiz təşkil edirdi.

Dövlət başçısı cənab İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatına daim dövlət dəstəyi olub və olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sahəsi də xüsusi gəlir mənbəyidir. Bu sektor artıq qeyri-neft sektorunda aparıcı sahəyə çevrilib. Bu sahədə Daşkəsən qızıl yatağının istifadəyə verilməsi də çox önəmli bir hadisədir. Eyni zamanda Daşkəsəndə dəmir filiz yataqları ilə bağlı da yeni planlar, layihələr həyata keçirilməkdədir. Bu sahə də olduqca böyük gəlir gətirən sahə olacaqdır. Bu sahədə ixrac imkanları da yaranacaq.

Uzun illər işğal altında olan torpaqlarımızda erməni qəsbkarları tərəfindən dağıdıcı işlər görülməklə yanaşı, eyni zamanda Azərbaycanın qızıl və digər mədənləri Ermənistanın rəhbərliyi ilə xarici şirkətlər tərəfindən istifadə edilərək daşınıb aparılıb. Bu onlar tərəfindən törədilən cinayət sayılır. Odur ki, həmin şirkətlər qanunsuz yolla istismar etdikləri yataqlar üçün Azərbaycana təzminat ödəməlidirlər.

Zəngilan və Kəlbəcər qızıl yataqlarında təhlil aparmaq üçün beynəlxalq məsləhətçilər dəvət olunub. Azərbaycan dövlətinə vurulmuş ziyan hesablanır və bu ziyan qanunsuz istismarçılar tərəfindən ödənilməlidir.

Səfər zamanı qeyd edilib ki, 2021-ci ilin sonuna dək işğaldan azad edilmiş ərazilərdə, Qarabağda, həm də Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaq.Yeni ötürücü xəttlər çəkiləcək.Su elktrik stansiyaları bərpa ediləcək.

Bildiyimiz kimi, Azərbaycanın möhtəşəm qələbəsindən sonra ermənilər torpaqlarımızı tərk edərkən meşələri, evləri, bir sıra vacib obyektləri yandırıb, dağıdıblar. Laçın və Kəlbəcər rayonlarını tərk etmək üçün onlara verilən vaxtdan özlərinə uygun istifadə edərək, həm də həmin rayonlarda yerləşən 12 su elektrik stansiyasını yandırıb, dağıdıblar.

Eyni zamanda burada xarici şirkətlərin vəsaiti hesabına 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün razılıq əldə edilib.

İşğal altında olan ərazilərimizdə 8 ay ərzində yol infrastrukturu ilə bağlı xeyli işlər görülüb.

“Zəfər yolu” demək olar ki, artıq hazır olmaq üzrədir. Sentyabr ayında bu yola asfalt döşənməsi başa çatacaq. “Zəfər yolu” çox çətin yerlərdən salınıb. Bu yol meşələrdən, dağlardan keçir. Bu qədər ağır iş cəmi bir neçə aya – müharibədən sonra sürətlə yerinə yetirilib. Bununla bərabər çox önəmli yollardan sayılan Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Fizuli-Cəbrayıl, Fizuli-Hadrut yollarında da hazırda qızğın işlər gedir. Eyni zamanda Kəlbəcərə rahat çatmaq üçün Göygöl aşırımı üzrə yol çəkilir. Burada əvvəllər yalnız piyada üçün cığır olub. O cığırdan isə qışda istifadə etmək mümkün olmayıb. İndi burada rahat istifadə etmək üçün asfalt yollar, tunellər çəkilir.

Bu yollar strateji cəhətdən çox önəmlidir. Hərbi əhəmiyyətli yollar da inşa edilir. Hərbi əhəmiyyətli yollardan olan Laçın- Kəlbəcər yolunun uzunluğu isə 700 kilometrə qədərdir.

Qələbəmizdən 9 aya yaxın vaxt keçdiyinə baxmayaraq hələ də işğal vaxtı qaçqın və köçkün düşmüş həmvətənlərimiz öz dədə-baba yurdlarına dönə bilmirlər.

Ermənilər torpaqlarımızdan çıxan zaman ərazilərimizə çoxsaylı minalar basdırıblar. Öz mənəviyyatsızlıqlarını bir daha sübuta yetirərək mina xəritələrini Azərbaycana vermirlər. Bu da daha bir cinayətdir ki, dinc insanlar müharibədən sonra da minaya düşərək həyatlarını itirirlər. Bu günə kimi isə 150-yə yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya sağlamlığını itiriblər..

Respublika prezidenti cənab İlham Əliyev öz müsahibəsində demişdi: ermənistanın məyusluğu davam edəcək. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar.

Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib