Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vaqif poeziya günləri bərpa edildi

Tarix:2-09-2021, 14:43

Vaqif poeziya günləri bərpa edildi


“Əziz həmvətənlər, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir. Qarabağ bizimdir. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Biz Şuşaya qayıtmışıq. Biz bu Qələbəni döyüş meydanında qazandıq. Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Əziz Şuşa, sən azadsan!”.

Ali Baş Komandanımız 8 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqına verdiyi bu xoş müjdə hər kəsi qürurlandırdı.

44 günlük Vətən Müharibəsi ərzində xalqımız tarixi zəfər çaldı. Namərd düşmən əbədi, tarixi torpaqlarımızdan qovuldu. Bu Qələbənin tarixdə belə bənzəri olmamışdı. Bu şanlı Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu bənzərsiz Qələbə üçün xalqımız öz Ali Baş Komandanına, Müzəffər, şanlı Ordumuza, canını vətən uğrunda fəda edən qəhrəman vətən övladlarına minnətdardır.

Nəhayət Şuşa da, bütün Azərbaycan xalqı da öz arzusuna çatdı. Bu uzun, üzücü, ağrılı həsrətə son qoyuldu.

Əsası 1752-ci ildə Qarabağın ilk xanı olan Pənahəli xan tərəfindən qoyulan Şuşanın yaranmasının Azərbaycan xalqı gələn il 270 ilini təntənəli sürətdə qeyd edəcək.

Azərbaycanın mədəniyyət beşiyi olan, Azərbaycan xalqına Molla Pənah Vaqifi, Üzeyir Hacıbəylini, Bülbülü, Xan qızı Natəvanı və bir çox ziyalıları bəxş edən Şuşa şəhəri 30 ilə yaxın uzun bir müddətdə erməni vandalları tərəfindən nə qədər dağıntıya məruz qalsa da öz milliliyini itirməmişdi. Şuşanın hər dağı, hər daşı öz azərbaycanlılığını, qürurunu, vüqarını qoruyub saxlamışdı. Sınmamış, əyilməmiş, vəhşi düşmənə təslim olmayaraq öz Xarıbülbülünü saxlayaraq doğmalarını gözləmiş və nahəyət qovuşmuşdu.

30 avqust 2021-ci il tarixdə Azərbaycanın görkəmli şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif poeziya günləri keçirildi. Bu poeziya günlərinin keçirilməsi Azərbaycan xalqının həyatında əlamətdar bir hadisə idi ki, əsası 1982-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə nəhayət yenidən bərpa olundu.

Bəli, 1982-ci ildə yanvar ayının 14 -də qarlı, şaxtalı bir havada Ulu Öndərin təşəbbüsü ilə Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuşdu. Bu sıradan bir hadisə deyildi. Şuşa Qarabağın bir hissəsi idi. Ermənilər Şuşa şəhərinə iddia edirdilər ki, guya Şuşa tarixən erməni şəhəridir. Bunun isə heç bir tarixi əsas yox idi. Belə bir vaxtda, Sovetlər dönəmində, xanlıqların, xanların bir vaxt devrilərək tarixin qara ləkəsi adlandırıldığı bir vaxtda Qarabağ xanının vəzirinin məqbərəsinin açılması böyük bir cəsarət tələb edirdi ki, bu Qarabağın, Şuşanın Azərbaycana və azərbaycanlılara aid olduğunu sübut edirdi.
Lakin erməni vandalları torpaqlarımızı ələ keçirərkən bütün Qarabağ ərazisində, eləcə də qədim Şuşa şəhərində Azərbaycana aid olan mədəni və tarixi abidələri söküb dağıtdılar. Bu dağıntı Molla Pənah Vaqifin məqbərəsindən də yan keçmədi.

Torpaqlarımız vətənsizlərdən təmizləndikdən sonra tarixi yurd yerlərimizdə abadlıq-quruculuq işləri başlayıb. Yollar çəkilir, şəhərlər, kəndlər, qəsəbələr salınır, yaşayış binaları, obyektlər, məktəblər, otellər tikilir. Dağıdılan tarixi və mədəniyyət abidələrimiz bərpa edilir. Vətən torpaqlarımızda yenidən həyat qaynayır.

Erməni vandalları tərəfindən dağıdılmış Molla Pənah Vaqifin məqbərəsinin bərpası işlərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Məqbərə öz əvvəlki görkəmini aldı. Vaqif poeziya günləri bərpa edildi.

2021-ci ilin may ayında isə “Xarıbülbül” festivalı bərpa edilərək böyük fəxarət və ruh yüksəkliyi ilə keçirildi.

Şuşada bundan sonra da festivallar, poeziya günləri, mədəni tədbirlər keçiriləcək.

Şuşa şəhərinin bərpası 2021-ci ilin yanvar ayının 14 dən başladı. Buraya ilk dəfə yol çəkildi - Zəfər yolu. Artıq magistral yollar, tunellər də çəkilməkdədir. Şuşaya Fizulidən yüksək gərginlikli xəttlər çəkildi. Şuşa elektriklə təmin olunaraq işıqlandı. Şuşaya iki tərəfdən su xəttləri də çəkildi.

Şuşa abidələrinin artıq bərpasına başlanıb. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri artıq başa çatır. Aşağı Gövhərağa məscidinin də təmirinə başlanılır. Bu məscidlərin təmirini də Heydər Əliyev Fondu etdirir.

Natəvan bulağından artıq su gəlir. “Xarıbülbül” oteli də may-iyun aylarında işə başlayıb. İlk qonaqlarını qəbul edib.

Erməni vandalları tərəfindən güllələnərək zərər dəymiş Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstləri gətirilərək mərkəzi meydanda qoyuldu.

Üzeyir Hacıbəylinin heykəli də yenidən qoyuldu və ermənilər tərəfindən dağıdılmış evinin təmir edilməsi ilə bağlı da göstəriş verildi.

Şuşada əzəmətli “Qarabağ” oteli də təmir edilərək istifadəyə verildi. Şuşada yeni beşulduzlu otelin də inşa edilməsi üçün göstəriş verildi. Bir vaxt vəhşi, yurdsuz düşmən bu yerdə “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istəyirdi.

Şuşa şəhərində eyni zamanda yeni yaşayış kompleksinin də təməli qoyuldu.

Burada birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur. Üç, dörd və beşmərtəbəli binalar tikiləcək. Yeni iş yerləri açılacaq. Şuşalılar qrup-qrub öz doğma vətənlərini, dədə-baba yurdlarını görməyə, ziyarət etməyə gəlirlər. Artıq şuşalıların öz yurd-yuvalarına qayıdışı başlayıb.
Şuşa şuşalılara qaytarılır. Şuşa Azərbaycandır. Qarabağ Azərbaycandır.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir