Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır

Tarix:27-09-2021, 08:12
Baxış Sayı:61

Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır


2019-cu il bütün dünya üçün olduqca ağır il kimi tarixə düşdü. Ölüm qorxulu COVİD-19 virusu dünyamıza meydan oxudu. Koronavirus pandemiyası görülən bütün qabablayıcı tədbirlərə baxmayaraq dünya əhalisi üçün çox ciddi çətinliklər yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyev COVİD-19 təhlükəsi yaranan ilk gündən öz xalqının qeydinə qalaraq, ciddi tədbirlər görməyə başladı. Qısa müddət ərzində xəstəxana fondumuz xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırıldı.

Həkimlərin fədakarlığı, yüksək səviyyədə fəaliyyəti nəticəsində respublikamızda bu xəstəlikdən ölənlərin sayı bir sıra başqa dövlətlərlə müqayisədə aşağı səviyyədədir. Əlliyə yaxın xəstəxana yalnız COVİD-19 virusuna yoluxmuş xəstələrə xidmət etməyə başladı. Yeni modul tipli xəstəxanalar istifadəyə verildi.

Qısa müddət ərzində insanlarda COVİD-19 xəstəliyinə görə testlərin götürülməsi üçün respublikamızda laboratoriyaların sayı 5 dəfədən çox artırıldı və artırılmaqdadır. Bu da az müddət ərzində çox sayda insanlardan testlərin götürülməsinə imkan yaradır. Testlərin vaxtında götürülərək xəstəliyin tez bir zamanda təyin edilməsi, koronavirus xəstəliyinə yoluxan insanları tezliklə aşkar edib müalicə olunmasına kömək edəcək.

Virusa yoluxan xəstələrin çox olduğundan respublikamızda həkim çatışmamazlığı yaranmışdı, buna görə də Azərbaycana bu xəstələrin tezliklə müalicə alması üçün bir sıra xarici ölkələrdən həkim briqadaları dəvət olunmuşdu. Türkiyədən, Kubadan, İtaliyadan, Rusiyadan, Çindən gələn həkim briqadaları bizim yerli həkimlərlə təcrübələrini bölüşərək çiyin-çiyinə çalışmağa başladılar. Ölkəmizə eyni zamanda onlarla tibbi yardım maşınları gətirilib ki, bu da virusa yoluxan insanlara olduğu yerdə operativ xidmət göstərir və lazım gəldikdə onları bu xəstələr üçün ayrılmış xəstəxanalara tezliklə çatdırılmasını təmin edir.
Bu virusun qismən də olsa aradan qaldırılmasına görə və vətəndaşlarımızın sağlamlığı üçün respublikamızda COVİD-19-la geniş mübarizə işləri ardıcıl olaraq, durmadan həyata keçirilir. Məktəblər, içtimai-iaşə obyektləri, idarə və təşkilatlar, içtimai nəqliyyat, yollar, səkilər, parklar və s. yerlər mütəmadi olaraq xüsusi məhlulla yuyulur, dezinfeksiya edilir. Ölkəmizə davamlı olaraq vaksin gətirilir. Bir çox ölkələrdə bu vaksinlər ödənişli vurulsa da, respublikamızda vaksinləşmə tamamilə pulsuzdur.

COVİD-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün də 2,7 milyarda yaxın ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.
Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan çox ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə 4 ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib.
Azərbaycan bir çox zəngin ölkələrin lazımı miqdardan artıq vaksin almasını pisləyib. Prezidentimiz qeyd edib ki, zəngin ölkələr lazım olduğundan artiq vaksin alması digər ölkələrə əngəl törədir. Odur ki, respublikamız bir neçə iqtisadi cəhətdən zəif olan ölkələrə pulsuz olaraq vaksin göndərmişdi.

Beynəlxalq hesablamalara görə, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizdən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə iki faizdən azdır.
Azərbaycan 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırılıb.

2019-cu ilin oktybr ayında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında Ümumdünya Qoşulmama Hərəkatına Hərəkatın 120 nəfər üzvünün yekdil qərarı ilə üç il ərzində Hərəkata sədrliyi Cənab Prezidentimiz İlham Əliyev öz üzərinə götürmüşdü. Sonra bu vaxt üzvlər tərəfindən 2023-cü ilin sonunadək uzadılmışdır.
BMT-nin insan hüquqları şurasında Qoşulmama Hərəkatının sədri qismində də Prezidentimiz İlham Əliyev bir sıra önəmli təşəbbüslər irəli sürüb. O cümlədən Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib. Eyni zamanda pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair BMT-nin COVİD-19-dan sonra qlobal bərpa üzrə Yüksək səviyyəli Panelin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülüb.

Azərbaycan hökuməti eyni zamanda Ermənistan ordusu tərəfindən 30 illik işğal dövründə dağıdılmış şəhər və kəndlərimizi minalardan təmizləyir, quruculuq işləri aparır.

30 il ərzində erməni vandalları Azərbaycanın və azərbaycanlıların izini bu torpaqlardan silməyə çalışıblar. Onlar bu müddən ərzində tarixi və mədəni abidələrimizi dağıtmış, bəzilərini isə dəyişdirərək özününküləşdirməyə çalışmışdır. Erməni quldur və oğruları hətta qəbristanlıqları belə dağıdıb talan etmişlər. Qəbirləri qazaraq ölülərin qızıl dişlərini də çıxartmışlar. Baş daşlarından isə mərhumların adlarını silib, təmizləyib aparıb satmışlar. İşğal altında saxladıqları torpaqlarda erməni quldurları, imansızları dinimizi belə təhqir edərək mövcud olan 67 məsciddən 65-ni dağıtmış, qalan ikisində isə inək, donuz saxlamışlar. Bu bütün dünya müsəlmanlarına qarşı hörmətsizlik və ədəbsizlikdir.

Ermənilər eyni zamanda ekologiyamıza da zərər vurublar. Belə ki, 60 hektar təbii meşələrimizi məhv edib, kəsib oğurlayıblar. Hətta ermənilərə işğaldan azad edilmiş Azərbaycan torpaqlarını tərk etmək üçün vaxt verildikdə, onlar bu vaxtdan da xaincəsinə istifadə edərək, meşələri kəsib oğurlayıb, 30 ilə yaxın bir vaxtda yaşadıqları azərbaycanlı evlərini də dağıdıb, yandırıb sonra çıxıblar.

İşğal dövründə su ehtiyatlarımızdan belə bizə qarşı stifadə etməkdən çəkinməyiblər.

2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir”, adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdi. Lakin Ermənistan buna əhəmiyyət verməmişdi. Əksinə Sərsəng su anbarını qış mövsümündə açaraq, cəbhəboyu ərazidə yaşayanları çətinliklə üzləşdirərək daşğınlar törədir, yayda isə bağlayırdılar ki, sakinlər əkin sahələrini sulaya bilməsinlər. Hətta bəzi xarici şirkətlər də Ermənistanın bu cinayətlərində yaxından iştirak edirdilər.

30 illik işğal ərzində Ermənistan hökuməti bizim təbii yerüstü və yeraltı sərvətlərimizi, demək olar ki, talan etmişlər. Bu talanda təəsüf ki, bir sıra xarici şirkətlərin də əli olub.

Ermənistan dövləti və həmin xarici şirkətlər işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər. Bu cinayətdə, bu talanda iştirak edən xarici şirkətlər də artıq müəyyən olunub və onlara qarşı hüquqi tədbilər başlanıb.

2020-ci ilin 10 noyabr tarixində, Kapitulyasiya aktının imzalndığı gündən ermənilər ərazilərimizi tərk edərkən torpaqlarımızı minalayıblar. Onu da qeyd edim ki, Azərbaycan dünyada ərazisi ən çox minalanan ölkələrdən biri hesab olunur. Odur ki, işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri ləng gedir. Doğma yurd-yuvasına qayıtmaq arzusu ilə yaşayan qaçqın və köçkünlərin gözü yolda qalıb. Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini doğru-düzgün vermədikləri üçün qaçqınların öz dədə-baba yurdlarına qayıtmaları ləngiyir.

Ermənistan tərəfi Kapitulasiya aktını imzaladıqdan indiyə qədər ikisi jurnalist olmaqla 30 Azərbaycan vətəndaşı minaya düşərək həlak olmuşdu,130 nəfər isə ağır yaralanaraq şikəst qalmışdur.
Əsrlərdən bəri olduğu kimi erməni cəlladları Azərbaycana və azərbaycanlılara qarşı birinci və ikinci Qarabağ savaşı vaxtı da görünməmiş cinayətlər, vəhşiliklər törətmişlər. Birinci Qarabağ savaşında Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşmüşdü. Ermənistan isə indiyədək onların barəsində Azərbaycan tərəfinə heç bir məlumat verməyib. Lakin etibarlı mənbələrdən alınan məlumatlara görə onların hamısı işgəncəyə məruz qalaraq, vəhşicəsinə öldürülmüşlər.

Kəlbəcər rayonu işğalçılardan azad olunduqdan sonra ermənilər tərəfindən öldürülən 12 nəfər mülki şəxsin qalıqları əsgərlərimiz tərəfindən Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıqda tapılıb.
Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlər törətdiyinə görə məsuliyyət daşımalıdır.

Şəhla Ağbulud

Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Qubadlı dağları yenidən gülüstana dönür
Qubadlı dağları yenidən gülüstana dönür
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır
Zəngilanlılar öz yurd-yuvalarına qayıdış yolundadır
Zəngilanlılar öz yurd-yuvalarına qayıdış yolundadır
Azərbaycan Ordusu Füzuli rayonunu erməni quldurlarından bir neçə gün ərzində təmizlədi
Azərbaycan Ordusu Füzuli rayonunu erməni quldurlarından bir neçə gün ərzində təmizlədi
Ali Baş Komandanımız xalqa verdiyi sözə layiqincə əməl edir
Ali Baş Komandanımız xalqa verdiyi sözə layiqincə əməl edir
Artıq məcburi köçkünlərin vətən, yurd həsrətinə son qoyuldu
Artıq məcburi köçkünlərin vətən, yurd həsrətinə son qoyuldu
Abşeronda şəhidlərimizin il mərasimi keçirildi
Abşeronda şəhidlərimizin il mərasimi keçirildi
Dözülməz şəraitdə yaşayan köçkünlərimiz ən yaxşı şəraitdə yaşayacaqlar
Dözülməz şəraitdə yaşayan köçkünlərimiz ən yaxşı şəraitdə yaşayacaqlar
Abşeronda 2 şəhidin il mərasimi keçirildi
Abşeronda 2 şəhidin il mərasimi keçirildi
Suqovuşanın azad edilməsindən sonra ermənilər təlaşa düşdülər
Suqovuşanın azad edilməsindən sonra ermənilər təlaşa düşdülər
Suqovuşanın azad edilməsindən sonra ermənilər təlaşa düşdülər
Suqovuşanın azad edilməsindən sonra ermənilər təlaşa düşdülər
Mina xəritələri ətrafında Avropa İttifaqının nümayəndələri arasında çoxsaylı müzakirələr gedir
Mina xəritələri ətrafında Avropa İttifaqının nümayəndələri arasında çoxsaylı müzakirələr gedir
Bugünki müzəffər Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir
Bugünki müzəffər Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir
Abşeronda şəhid Ülvi Rəhimovun il mərasimi keçirilib
Abşeronda şəhid Ülvi Rəhimovun il mərasimi keçirilib