Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Artıq məcburi köçkünlərin vətən, yurd həsrətinə son qoyuldu

Tarix:12-10-2021, 15:36

Artıq məcburi köçkünlərin vətən, yurd həsrətinə son qoyuldu

Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun adı 1923-cü ilədək Ağoğlan, 1923-1939-cu ilədək isə Dizaq olub.

Ermənilər bu əraziyə 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra İranın Qaradağ əyalətindən köçərək məskunlaşmağa başlayıblar.

10 sentyabr 1939-cu il tarixdə Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə Respublikamızın ərazi-inzibati bölgüsündə bir sıra dəyişiklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert adlandırılıb.

Ermənilər keçmiş SSRİ-nin ermənipərəst rəhbərliyinin köməyi ilə Hadrut rayonunda ermənilərin daha sıx məskunlaşmasını təşkil ediblər. 1988-ci ildən başlayaraq isə təkcə Ermənistandan deyil, eləcə də Hadrut rayonundan azərbaycanlıları sıxışdıraraq öz doğma vətənindən çıxartmağa çalışıblar.
Nəhayət Hadrut rayonu 2 oktyabr 1992-ci ildə erməni quldurları tərəfindən işğala məruz qalmışdı.

Azərbaycan xalqı bu illər ərzində bir an belə olsa işğal edilmiş torpaqlarını unutmayıb, hər an bu ərazilərimizi düşmən tapdağından azad edəcəyi günü - Ali Baş Komandanımız İlham Əliyevin əmrini gözləyib. Uzaqgörən siyasətçi olan Cənab Prezidentimiz İlham Əliyev bu illər ərzində siyasi danışıqlar aparıb, xarici, aparıcı ölkələr ilə əlaqələri möhkəmləndirib. Ermənistanı işğalçı ölkə kimi bütün dünyaya tanıtdırıb. Ordumuzu gücləndirib, ən müasir silah-sürsatla təmin edib.
Nəhayət vaxt çatdı. Ali Baş Komandanımızın əmri ilə demək olar ki, bütün Azərbaycan xalqı ayağa qalxdı.
20 sentyabr 2020-ci ildə Azərbaycan öz tarixi torpaqlarını Ermənistanının işğalından azad etmək üçün səfərbər oldu. Vətənpərvər gənclərimiz cəbhəyə könüllü yazılmaq üçün Hərbi Komissarlıqların qarşısında növbəyə durdu.

İkinci Qarabağ Müharibəsi başlandı. Azərbaycan Ordusu düşmənə nifrətlə sinəsini vətənə sipər edərək, torpaqlarımızı mənfur düşməndən təmizləyərək düşünülmüş əməliyyatlarla yalnız irəli getdi.

Vətən Müharibəsində əməliyyatlar sırasında Hadrut əməliyyatının - Hadrut rayonunu düşməndən azad edilməsinin böyük strateji əhəmiyyəti var idi. Bu rayonu yurdsuz düşməndən azad etmək olduqca çətin idi. Düşmən yüksəkliklərdə- təpələrdə, dağlarda istehkamlar qurmuşdu.

Müharibə başlayan elə ilk gündən erməni əsgəri Azərbaycanın gücünü, döyüşkənliyini görərək qorxuya düşmüşdü. İgid, qorxmaz Azərbaycan oğullarının yenilməzliyini hiss edən Ermənistan Ordusunun 10 mindən artıq əsgəri silahını atıb qaçaraq fərarilik etmişdi. Lakin Hadrutda güclü istehkamlar quran erməni quldurları bu rayonun geri alınmasının onların iyrənc arzularının sonu olacağını bildiyindən burada güclü müqavimət göstərməyə başladılar.
Ağır döyüşlər bir neçə gün davam etdi. Döyüşlər agır keçsə də Azərbaycan əsgəri qalib gəldi. Ermənistan Ordusu itki verərək buranı tərk etməyə məcbur oldu.
Hadrut əməliyyatı çox çətin əməliyyatlardan olmasına baxmayaraq Ermənistan rəhbərliyi Azərbaycan Ordusunu bu istiqamətdən gözləmirdi.
Hadrutu geri almaqla Azərbaycan öz gücünü bütün dünyaya göstərdi.

Qəhrəman Azərbaycan Ordusunun, sinəsini güllə qabağına verən mərd, vətənpərvər gənclərimizin, qanı ilə tarixi torpaqlarımızı suvaran şəhidlərimizin sayəsində Hadrut işğaldan azad edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi idi.
Ermənistan rəhbərliyi və içtimaiyyəti gördü ki, Azərbaycan üçün bütün torpaqlar doğmadır - istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlardan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq”.

Ermənistan mətbuatı isə 44 günlük müharibə ərzində yalan məlumatlar yaydığı kimi, Hadrutda da Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdiyi halda, yenə də Hadrutun Ermənistanın əlində olduğunu təkrarlayaraq öz xalqına yalan məlumat verirdi.

Bu gün bir sıra azad edilmiş ərazilərdə quruculuq işləri gedir. Hadrutda da artıq yol çəkilişinə başlanılır.

Artıq məcburi köçkünlərin vətən, yurd həsrətinə son qoyuldu. Azərbaycan qələbə çaldı. Azərbaycan Prezidenti Müzəffər Prezidentdir. Azərbaycan Ordusu Müzəffər Ordudur, Azərbaycan xalqı Müzəffər xalqdır.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib