Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır

Tarix:19-10-2021, 16:21

Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır

Rusiya sülhməramlıları azərbaycanlılar və ermənilər yaşayan təmas xəttində yerləşdirilib. Bu müddət ərzində onların təmas xəttində apardıqları iş qənaətbəxş sayılsa da hal-hazırda bir çox qanun pozuntularına yol verilir. Belə ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə Azərbaycan dövlətinin icazəsi olmadan turist adı altında əcnəbilər daxil olur. Doğrudur, son vaxtlar buraya gələn xarici turistlərin sayı xeyli azalıb, lakin yenə də bu fakt var.
Rusiya sülhməramlılarının yol verdiyi bu qanun pozuntuları Azərbaycan dövləti tərəfində Rusiya Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb. Bu məsələ üzərində işlənilməkdədir ki, belə qanun pozuntularına nəhayət birdəfəlik son qoyulsun.
Qarabağ Azərbaycan torpağıdır, bu torpağa, bu əraziyə ayaq basan hər bir kəs üçün Azərbaycan tərəfdən icazə alınmalıdır. Azərbaycan tərəfi mütləq gələn əcnəbilər haqqında məlumatlandırılmalıdır. Bundan başğa digər qanun pozuntuları var ki, bu barədə də Rusiyanın səlahiyyətli orqanlarına xəbər verilib. Bu nöqsanlar da tədricən aradan qaldırılmaqdadır.
Erməni işğalından azad edilən torpaqlarımızda artıq quruculuq-bərpa işləri gedir. Ərazilərimizin əsas infrastruktur layihələrinə sərmayə qoyulur. Azad olunmuş ərazilərimizdə cari ilin sonuna qədər enerji təchizatı sona çatmalıdır. Bu yerlərdə ən əsas avtomobil yolları, dəmir yolları çəkilir.
Çox əhəmiyyətli və sevindirici haldır ki, Füzulidə hava limanı inşa edilib, istifadəyə verildi. Bu hava limanı artıq ilk təyyarələrini qəbul edib.
Erməni vandallarının darmadağın etdiyi ərazilərdə daha iki hava limanı inşa edilməkdədir.
Ərazilərimizdə genişmiqyaslı quruculuq, abadlıq işləri gedir. Geniş infrastruktur layihələr həyata keçirilir. Binalar, evlər, məktəblər, xəstəxanalar tikilir. Yeni iş yerləri açılır. Bir sıra işğaldan azad edilmiş rayonlarımızda artıq bu işlər başa çatmaq üzrədir.
Demək olar ki, bütün bu ərazilərin baş planı hazırdı.
Azərbaycan Böyük qayıdışla bağlı layihələrdə iştirak etmək üçün yalnız dost ölkələri dəvət edir. İtaliya da Azərbaycanı dəstəkləyən dost ölkələrdən biridir. Odur ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində İtaliya şirkətləri də yaxından iştirak edir. İtaliya şirkətləri Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə qoymağa başlayıb. İtaliyanın Azərbaycanda gördükləri işlər qənaətbəxş hesab olunur. Odur ki, işğaldan azad olunmuş ərazilərdə çalışmaq üçün İtaliya şirkətlərinin sayının artırılması nəzərdə tutulur.
2020-ci ilin sonunda Azərbaycan artıq Avropaya qaz nəql etməyə başladı. Dekabr ayının 31-dən İtaliya artıq Azərbaycan qazını qəbul etməyə başladı. İtaliyaya 8 milyard kubmetrdən artıq qaz göndəriləcək. Azərbaycan hal-hazırda mövcud olan yataqlardan əvvəlkindən daha çox qaz nəql etməyə qadirdir. Eyni zamanda Azərbaycanın yeni qaz yataqları da kəşf edilib və yenilənən enerji mənbələrinə Azərbaycan höküməti də çox böyük sərmayə qoyur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Taliban hökümətinin tanınması ilə bağlı qərarı ilk növbədə Əfqanıstanın qonşuları verməlidirlər. Azərbaycan hazırda hər hansı bir addımın atılması mərhələsində deyil. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Ölkəmiz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmayıb. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyatlarda iştirakla məhdudlaşıb. Azərbaycan hərbçiləri Kaqbul hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada partlayış baş verəndən bir gün əvvəl tərk ediblər. Yəni Azərbaycan öz missiyasını sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra etmişdi. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı bir xarici hökmranlıqdan azaddır və praktik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşır”.
Ermənistanın bəzi şəhərlərinə yol Azərbaycanın ərazisindən keçir. Bu yollarla Qarabağa qeyri qanuni olaraq bir sıra mallar daşınır. Bu onlar tərəfindən olduqca səhv yoldur. Lakin sülhməramlılar da buna göz yumur.
Qarabağda həmçinin İran biznesmenləri də Azərbaycan hökümətindən icazə almadan fəaliyyaət göstərir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə çalması bəzi ölkələr üçün gözlənilməz oldu. Odur ki, Azərbaycana qarşı çirkin qarayaxma planı hazırlanır. Lakin bunun heç bir əsası yoxdur. Azərbaycan öz torpaqlarındadır.
Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir