Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə

Tarix:21-10-2021, 22:01

Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə


Bu gün reallıq hisslərini itirməyən və mövcud vəziyyəti düzgün dəyəndirən region dövlətləri II Qarabağ müharibəsindən sonrakı dövr üçün addımlar atır. Azərbaycan da bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti həm bölgəyə, həm də dünyanın digər ölkələrinə nümayiş elətdirir. O baxımdan deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bunu dünyanın güclü ölkələrinin nümayiş elətdirdiyi mövqelərindən də görmək olart. Belə ki, artıq dünyaca məşhur və nüfuzlu şirkətlər Qarabağın bərpasında iştirak edir, öz layihələrini icra edir və müəyyən sərmayələr yatırırlar. Sözsüz ki, onlar münaqişənin bitdiyinə əmin olduqları üçün vəsait xərcləməyə başlayıblar.

Hazırda deyə bilərik ki, postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Çünki rəsmi İrəvan Bakıya başqa seçim yeri qoymamışdı. Ona görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini hərbi yolla həyata təmin etməyə məcbur oldu. Münaqişənin bitməsini rəsmləşdirən də imzalanmış bəyanatdır. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, bu Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.Yəni rəsmi İrəvan və onların hərbi rəhbərliyi gördü ki, müharibə davam edəcəyi təqdir də Ermənistan daha çox canlı qüvvə və texnika etirəcək. Bu itkilərin qarşısını almaq üçün ermənilər kapiltulyasiya aktına imza atmağlı üstün tutdu.
Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı. Bütün bu kimi addımların hamızı özü özlüyündə münaqişənin başa çatdığını dünya ictimaiyyətinə bir daha nümayiş elətdirir. Bu reallığı digər dövlətlərin də anlaylışla qarşılaması artıq şərtdir. Hər kəs regionun yeni reallığını qəbul etməli və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Rəsmi Bakının da müharibədən sonrakı addımları da hümanizmə söykənir. Azərbaycan həyata keçirdiyi siyasətlə qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazır olduğunu nümayiş etdiri. Hətta bunu açıq tekslə də bəyan edir. Yəni münaqişə bitibsə, deməli münasibətlər də normallaşmalıdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də öz çıxışlarında bu məsələlərə eyham vuraraq Ermənistan rəhbərliyinin bu tarixi şansı əldən verməyəcəyinə ümidvar olduğunu söyləyib. Göründüyü kimi Azərbaycan Ermənistana qarşılıqlı hörmət əsasında müzakirə aparmaq və regionda münasibətləri daha da yaxşılaşdırmaq üçün “dairəvi masaya” dəvət edir.
“Dairəvi masaya” isə qarşılıqlı ehtiramın, sərhədlərə hörmətlə yanaşmanı təlqin edir

Bu gün Azərbaycanın qarşısında duran ən ümdə məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Çünki işğöal müddətində ermənilər torpaqlarımızı bacardıqca çox minalarla çirkləndirib. Onun nəticəsidir ki, müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Ermənilərin bu mövqeyi onların müharibə cinayətlərini davam etdirməsindən xəbər verir.
Ermənilər 30 illik işğal müddətində bütün infrastrukturu tamamilə dağıdıblar. Yaşayış binaları və tarixi abidələr yerlə yeksan edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. Bunlar ermənilərin vurduğu ziyanlarıbn tıəkcıə bir hissəsidir, yəni aysberqin görünən hissəsi.
Ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən narkotik tranziti üçün geniş istifadə ediblər. Təqribən 30 il müddətində rəsmi İrəvan dövlət səviyyəsində narkotrafik üçün şərait yaradıb və nəinki şəriat yaradıb, bu trafikdən birbaşa özləri də yararlanıb. Çünki işğal müddətində Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdı. İşğala son qoyulmaqla İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna da son qoyulub. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

Seymur Qasımbəyli

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib