Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq

Tarix:4-11-2021, 09:41
Baxış Sayı:91

Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq


Azərbaycan bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun – Ulu Öndər Heydər Əliyev öz çıxışında dəfələrlə bu sözləri söyləmişdi.

Bəli, Azərbaycan bayrağına xalqımızın böyük hörməti, böyük məhəbbəti var. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza böyük ehtiram göstərir və bunu özünə müqəddəs borc bilir. Azərbaycan bayrağı bizim hər birimizin milli qürurudur.

Üç gözəl rənglərdən ibarət olan bayrağımızın hər rənginin öz dərin mənası var. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəngin mənası müasir cəmiyyət qurmaq, demokratiyanı, müasirləşməni inkişaf etdirmək, yaşıl rəng isə bizim islam sivilizasiyasına, islam dininə mənsubluğumuzu ifadə edir.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Dövlət bayrağımızın Xəzərin sahilində Dövlət Bayraq Meydanının yaradılması Prezident İlham Əliyevin dövlət atributlarına yüksək ehtiramının nümunəsidir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır”.

Neçə illər idi ki, Azərbaycan xalqının müqəddəs bir arzusu var idi. Xalqımız arzu edirdi ki, Azərbaycan bayrağı tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Qarabağda dalğalansın.

Bu gün xalqımız bu arzusuna çatıb. 44 gün ərzində Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 il əsarətdə qalan torpaqlarımızı namərd düşmənin işğalından azad etdi. Artıq üçrəngli müqəddəs bayrağımız o müqəddəs tarixi torpaqlarımızda qürurla dalğalanır.

Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Bakıda hökumətin iclasında qəbul edilib. Onu da qeyd edim ki, Azərbaycan Bayrağı ilk dəfə 1918-ci ilin dekabr ayının 7-də Şərqdə və Türk-İslam dünyaqsında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin açılışı zamanı Parlament binasının üzərində qaldırılmışdı. Lakin bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

17 noyabr 1990-cı ildə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ümumilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikası Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Bu gün biz işğaldan azad olunmuş torpaqlarımızda müzəffər xalqımızı salamlayan, qarşısında baş əydiyimiz müqəddəs bayrağımızla fəxr edir, qürur duyuruq.

Bayrağımız həmişə uca olsun.

Şəhla Ağbulud

Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
30 illik münaqişəni Azərbaycan özü həll etdi
30 illik münaqişəni Azərbaycan özü həll etdi
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Qubadlı dağları yenidən gülüstana dönür
Qubadlı dağları yenidən gülüstana dönür
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır