Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq

Tarix:7-11-2021, 09:18

Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq

Yurdsuz, vətənsiz, quldur ermənilər siyasi havadarlarına arxalanaraq və şübhəsiz ki, onların hərtərəfli dəstəyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal edərək, 30 ilə yaxın sərvətlərindən yararlanmış, mənəvi dəyərlərimizi vandalcasına talan etmişdir.

İşğal zamanı saysız-hesabsız günahsız insanlar qətlə yetirilmişdir. Öz tarixi torpaqlarından, dədə-baba yurdlarından bir milyondan çox soydaşlarımız didərgin salınıb. Bu 30 il müddət ərzində də davamlı olaraq təxribatlar törətmişlər.

Durmadan təmas nöqtələrimizi atəşə tutan erməni quldurları yeni torpaq iddiası ilə Azərbaycanın digər ərazilərinə də hücum edir, mülki əhaliyə ziyan vurur, qətlə yetirir, təxribatlar törədirdilər.

ATƏT-in Mins Qrupu 28 il ərzində demək olar ki, fəaliyyətsiz oldu. Qəbul etdiyi qərarlar elə kağız üzərindəcə qaldı. Ən əsası da odur ki, işğalçı və işğal olunan tərəf eyni səviyyədə tutuldu. Ermənilər isə bu müddət ərzində mənimsədikləri ərazilərdə möhkəm istehkamlar qurdular. Tarixi-mədəni abidələrimizi dağıtdılar, bir çox yaşayış məntəqələrimizi yer üzündən sildilər.

Ermənilərin sonuncu təxribatı sentyabr ayının 27-də səhər saatlarında baş verdi, nəhayət bu təxribat Azərbaycanı cavab tədbirləri görməyə vadar etdi. Azərbaycan xalqı yumruq kimi Prezidentinin ətrafında birləşdi. Azərbaycanda yaşayan bütüm millətlərin nümayəndələri Azərbaycan xalqı ilə həmrəy oldular və bir nəfər kimi vətəni qorumaq üçün birləşdilər.

Yüksək səviyyədə təlimatlanmış, müharibəyə tam hazır olan Azərbaycan Ordusu əks hücuma keçdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər kəs ayağa qalxdı.

Döyüşə tam hazırlıqlı olan səriştəli Azərbaycan Ordusu hərb tarixində yenilik etdi, döyüş meydanında ən yeni silahlardan istifadə edərək düşmənin hərbi texnikasını məhv etdi. Özlərini qorxmaz, qalib, yenilməz kimi təqdim edən işğalçı, namərd, qorxaq erməni vətən eşqi ilə sinəsini sipər edən qəhrəman Azərbaycan əsgərinin qarşısında dayana bilmədi. Qorxuya düşərək pərən-pərən oldu.

Azərbaycan həm danışıqlar masası arxasında, həm də döyüş meydanında, haqlı savaşında qələbə qazandı. Haqq zəfər çaldı.

Azərbaycan nə ermənilərin, nə də heç bir ölkənin gözləmədiyi halda çox qısa bir müddətdə, az itki verərək, cəmi 44 gün ərzində öz tarixi torpaqlarını işğaldan azad etdi. Əsas yüksəkliklər erməni quldurlarında olduğu və onların bu 30 il ərzində qurduqları istehkamlara baxmayaraq Azərbaycan əsgəri çox məharətlə yüksək səviyyədə əməliyyatlar apardı. Heç kimin gözləmədiyi bir halda, qısa bir müddətdə Şuşa şəhərini azad etdilər. Təşvişə düşən ermənilər illərlə qurduqları istehkamları qoyub, itki verərək qaçmağa başladılar.

Ermənilərin özləri haqqında yaratdıqları mif darmadağın oldu.

Azərbaycan xalqının möhkəm birliyi, Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi, güclü siyasəti, sarsılmaz qətiyyəti,17 il ərzində keçirdiyi güclü strategiyası, Müzəffər Ordumuzun qüdrəti, igid, qəhrəman əsgərlərimizin vətənpərvərliyi sayəsində Azərbaycan xalqı zəfər çaldı. Müzəffər xalq oldu.

Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam, Laçın, Kəlbəcər qan tökülmədən, bir güllə belə atılmadan boşaldılaraq öz tarixi sahibinə geri qaytarıldı.

Bu gün qəhrəman Azərbaycan əsgərinin apardığı hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi taktikası bütün dünyada öyrənilir. Müzəffər Azərbaycan Ordusu hazırda dünyanın ən yaxşı 50 Ordusu sırasındadır.

15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması iki dövlət arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bəyannaməyə əsasən Naxçıvan Muxtar Respublikasına quru yollarla dəhliz açılacaq. Bu da Azərbaycan tarixində möhtəşəm bir hadisə olacaq.

44 günlük vətən müharibəsinin ilk günündən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bildirdi. Qardaş köməyi Azərbaycan xalqını, Azərbaycan əsgərini qələbəyə daha da ruhlandırdı.

Artıq işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri görülür. Yollar çəkilir, evlər, binalar tikilir. Bir çox infrasruktur layihələr həyata keçirilir. Artıq BMT-nin Qaçğınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında qaçğın və köçkünlərimiz geri qaytarılmağa başlanıb.

Tezliklə gözləri yolda qalan soydaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar.

Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir