Absheron Media
Haqqımızda Bizimlə əlaqə

30 illik münaqişəni Azərbaycan özü həll etdi

Tarix:8-11-2021, 13:58

30 illik münaqişəni Azərbaycan özü həll etdi


Azərbaycan regionda ilk ölkədir ki, cari ilin yanvar ayının 18-dən peyvəndləməyə başlayıb. Birinci dozanı demək olar ki, əhalinin əksər hissəsi vurdurub. 2-ci doza peyvəndləməni isə 18 yaşından yuxarı əhalinin 60 faizi alıb.

COVİD-19 virusunun yayıldığı vaxtdan bu xəstəliyə yoluxan insanların vaxtında müalicə alması üçün respublikamızda qısa müddət ərzində 4 min çarpayı sayı olan 13 yeni dövlət xəstəxanası açılıb. Laboratoriyalar istifadəyə verilib. Xəstəliyi yüngün keçirən əhali isə dövlət xəstəxanalarının nəzarəti altında müalicə olunur, pulsuz dərmanlarla təmin edilirlər.

COVİD-19 virusunun yayıldığı vaxtdan respublikamızda qabaqlayıcı tədbirlər görülüb və hələ də görülməkdədir. Belə ki, içtimai yerlər, parklar, idarə-müəssisələr, içtimai nəqliyyat, məktəb, uşaq bağçaları, içtimai-iaşə müəssisələri davamlı olaraq xüsusi məhlulla yuyulur. Respublikamızda bu dəhşətli virusdan qorunmaq üçün demək olar ki, bütün qayda-qanuna əməl edilir.

Ölkəmizdə peyvəndləmə tamamilə pulsuzdur. Vaksinlərin respublikaya gətirilməsi olduqca böyük xərc tələb etsə də hər bir Azərbaycan vətəndaşı bu vaksindən dövlət hesabına istifadə edir. Xalqımız bunu qiymətləndirir və hər kəs peyvəndlənmənin vacib olduğunu anlayır, könüllü olaraq bu peyvəndlərdən istifadə edir.

Hazırda Azərbaycanda iki növ peyvənddən istifadə olunur. Bunlar “Sinovac” və “Pfiver” dir.

Azərbaycan vaksinlərin ədalətsiz bölüşdürülməsinin həmişə əleyhinə olub. Bir çox ölkələr vaksin ala bilmədiyindən həmin ölkələrdə vaksinləşmə olduqca aşağı səviyyədədir, digər imkanlı ölkələr isə vaksinləri lazım olduğundan daha çox əldə edir və artıq bu ölkələrdə vaksinin 3-cü dozası vurulur.

Azərbaycan eyni zamanda vaksin almağa imkanı olmayan bir çox ölkələrin vaksinlə təmin olunmasını təşkil edib. Eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi bir çox ölkəyə maliyyə və humanitar yardımı göstərib. Yoxsul ölkələrə yardım məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon ABŞ dolları həcmində pul vəsaiti hədiyyə edib.

Azərbaycan bir sıra ölkələri qazla da təchiz edir.

Respublikamızın Prezidenti cənab İlham Əliyev: “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı, nə də soyuqdan donma var. Cənub qaz dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-ə dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir”.

Azərbaycan artıq Müzəffər ölkədir. 30 illik işğal, həsrət sona yetdi. Bu 30 illik münaqişəni nəhayət Azərbaycan özü həll etdi. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal edən zamandan BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri kağız üzərində qalmışdı. Azərbaycan bu qətnamələrin, bu danışıqların davamını gözləsə idi, torpaqlarımız demək olar ki, heç vaxt işğaldan azad edilməyəcəkdi. Odur ki, Ali Baş Komandanımızın əmri ilə Azərbaycan Ordusu 44 gün ərzində erməni quldurlarını əzəli-əbədi torpaqlarımızdan darmadağın edərək qovdu. Tarixi ədaləti bərpa etdi.

Prezident cənab İlham Əliyev: “Ermənistan yalnız status-kvonu möhkəmləndirmək, danışıqlar formatını yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi.

Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Bununla bağlı kifayət qədər sübut var”.

Artıq işğaldan azad olunmuş ərazilərdə güclü quruculuq, bərpa işləri gedir. Qaçqın və köçkünlər öz doğma dədə-baba yurdlarına tərəf üz tuturlar.

Bu gün artıq Azərbaycan danışıqlara getməyə hazırdır. Regionda sülhün, əmin-amanlığın bərpa olunması üçün, iqtisadi əlaqələrin yaradılması üçün çalışır. Bu danışıqlar Ermənistan tərəfi üçün sərfəli olar.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir