Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq

Tarix:18-11-2021, 11:52
Baxış Sayı:35

Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq


1993-cü ilin iyun-iyul aylarında işğalçı düşmən xaincəsinə Azərbaycanın dilbər güşələrindən olan, Qarabağın ən böyük şəhərlərindən biri Ağdama hücum etdi. 600 minlik Ermənistan Ordusuna qarşı düşməndən sayca xeyli az olan, könüllülərdən ibarət Azərbaycanın həmin vaxtı tam hazırlıqlı olmayan Milli Ordusu dururdu. 42 günlük döyüş nəticəsində erməni quldurları Ağdamın böyük hissəsini – Ağdam şəhərini və rayonun 90 kəndini işğal etdilər.

Ağdam uğrunda gedən döyüşlərdə 6 min nəfərə yaxın şəhid, 3531 nəfər əlil olub, 126 mindən çox ağdamlı öz yurd-yuvalarından didərgin düşüb. Bu rayondan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.

1993-cü il 29 iyul tarixdə Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər ərazilərindən ermənilərin qeyd şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib. Lakin bu qətnamə yalnız kağız üzərində qalıb.

Ermənistan bu və digər qəbul olunan qətnamələrə əhəmiyyət verməyib və təmas xəttlərimizi durmadan atəşə tutmaqda davam edirdi. Nəhayət Azərbaycan əks hücuma keçərək öz tarixi torpaqlarını işğaldan azad etdi. Ermənistan təslim olaraq kapitulyasiya aktına imza atdı. Ağdam rayonu və digər qeyd olunan Azərbaycan rayonları atəşkəs barədə bəyannaməyə görə azad edildi.

2020-ci il noyabr ayının 20-də Ağdamın 70 faiz işğal edilmiş ərazisi də bir güllə atılmadan belə erməni quldurları tərəfindən boşaldılaraq Azərbaycana təhvil verildi.

2020-ci il noyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Respublikanın birinci xanımı Mehriban Əliyeva Ağdama səfər etdilər. Cənab Prezidentimiz Ağdamda Azərbaycanın möhtəşəm üçrəngli bayrağını qaldırdı. Eyni zamanda Ali Baş Komandanımız Ağdam Məscidinə Məkkədən gətirdiyi “Qurani Kərim”i bağışladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edildi. Biz bu torpaqlara Azərbaycan xalqının şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq”.

Erməni vandalları 27 il müddətində işğal etdikləri füsünkar Ağdam rayonunu xarabalığa çevirib. Burada olan tarixi abidələr, türbələr, məscidlər, Pənah xana və nəslinə aid olan türbələr, Tarix Diyarşünaslıq Muzeyi, dünyada yeganə olan Çörək muzeyi, xatirə muzeyləri, məktəblər, xəstəxanalar, klublar, mədəniyyət ocaqları və s. dağıdılmış və talan edilmişdir.

Artıq Ağdamda xeyli təhlükəsizlik tədbirləri görülüb və burada quruculuq-abadlıq işləri gedir. Yerli sakinlər öz doğma yurd yerlərini görmək, ziyarət etmək üçün bu yerlərə səfər edirlər.

Çox keçməz ki, gözü yol çəkən ağdamlılar yenidən öz dədə-baba torpaqlarına qovuşarlar.

Şəhla Ağbulud

Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
30 illik münaqişəni Azərbaycan özü həll etdi
30 illik münaqişəni Azərbaycan özü həll etdi
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Qubadlı dağları yenidən gülüstana dönür
Qubadlı dağları yenidən gülüstana dönür
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır