Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq

Tarix:20-11-2021, 09:25
Baxış Sayı:34

Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq


SSRİ -nin parçalanmasından sonra respublikaların heç birinin özünün ordusu yox idi. O cümlədən Azərbaycan da hələ ordu quruculuğuna başlamamışdr. Azərbaycanda demək olar ki, hakimiyyətsizlik idi. Hərc-mərclik baş alıb gedirdi. Bir çox qurumlar, partiyalar yaranmışdı ki, onların da başı hakimiyyət uğrunda mübarizəyə qarışmışdır.

Belə bir vaxtda Rusiya süni olaraq regionda Qarabağ problemini yaratdı və erməni yurdsuzları öz havadarlarının köməyi ilə silahlanmağa başladılar. Xaricdə yaşayan erməni diasporları tərəfindən yardım adıyla Ermənistana vaqonlarla, təyyarələrlə ağır və yüngül çaplı silahlar göndərilməyə başlandı.

Azərbaycanda baş verən siyasi böhrandan istifadə edərək erməni quldurları 1992-ci il may ayının 15-də Laçın və Şuşanı işğal etdilər. Kəlbəcər rayonunu mühasirəyə aldılar. Kəlbəcər batalyonu möhkəm müdafiə qura bilməyərək geri çəkilməyə məcbur oldu. Strateji cəhətdən bir neçə yüksəkliyi ələ keçirən erməni faşistləri kəndlərə soxularaq evlərə od vurdular, dinc kənd sakinlərini diri-diri yandırdılar. 2 aprel 1993-cü il tarixdə Kəlbəcər Ermənistan ordusu tərəfindən tamamilə işğal edildi.

İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 211 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu. Dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye tikintisi, mədəniyyət obyektləri, muzey və s. darmadağın edildi.

Təcavüz nəticəsində 24279 uşaq zərər çəkib, onlardan 734 nəfəri yetim qalıb.

Kəlbəcərdən olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 44 rayon və şəhərində məskunlaşıblar.

Ümummilli Lider Heydər Əliyev: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olublar. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yuvalarına qayıdacaqlar”.

O gün artıq gəldi. Uzun illərin həsrətinə son qoyuldu. Heydər Əliyevin siyasi varisi Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun yüksək hazırlığı nəticəsində Kəlbəcər düşmən işğalından azad edildi.

44 günlük vətən müharibəsi nəticəsində qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızın əksər hissəsini azad etdi. 2020-ci il noyabr ayının 10-da isə imzalanan üçtərəfli bəyanat nəticəsində Kəlbəcər rayonu siyasi yolla geri qaytarılmasına razılaşdırıldı.

25 noyabrda isə Kəlbəcər rayonu artıq erməni quldurlarından tamamilə təmizləndi. Bir güllə atmadan belə Ermənistan Kəlbəcəri boşaldaraq öz tarixi sahibinə qaytardı.

Respublika Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva gözəlliklər diyarı Kəlbəcərə səfər etdilər. Prezidentimiz burada üçrəngli dövlət bayragımızı qaldırdı.

Dövlət başçısı və birinci xanım Toğanalı – Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq tunelin təməlqoyma mərasimində iştirak etdilər.

Burada artıq sürətlə quruculuq işləri gedir. Yollar, tunellər çəkilir, Su Elektrik Stansiyaları istifadəyə verilir və bir çox infrastruktur layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpaqlarımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

**Şəhla Ağbulud**

Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Biz Kəlbəcərə düşmən ordusunu məhv edərək, qəhrəmanlıq göstərərək qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
Doğma torpaqlarımıza şəhidlərimizin canı, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
İki dövlət, bir millət modeli - Azərbaycan - Türkiyə...
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
YAP-ın qurultaylarında qəbil edilən qərarlar ölkəmizin inkişafı üçün əhəmiyyətli rol oynayıb
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir
30 illik münaqişəni Azərbaycan özü həll etdi
30 illik münaqişəni Azərbaycan özü həll etdi
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Müzəffər Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Müqəddəs baqyrağımızla fəxr edir, qürur duyuruq
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Qələbə - əldə olunan nəticələr və qarşıda duran vəzifələr
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Azərbaycan Ermənistanı “dairəvi masa”ya dəvət edir – Qarşılıqlı ehtiram və sərhədlərin tanınması naminə
Qubadlı dağları yenidən gülüstana dönür
Qubadlı dağları yenidən gülüstana dönür
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan qısa bir müddətdə Qoşulmama Hərəkatı üzvlərinin hörmətini və etimadını qazandı
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır
Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır