Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

Tarix:23-01-2015, 00:02

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 

 

 

  Abşeron rayon Mehdiabad qəsəbəsi musiqi məktəbinin iclas zalında Rayon İcra Hakimiyyəti başçısının Mehidabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2015-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir.

 

  Hesabat yığıncağını Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərviz Süleymanov açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələrə toxunmuş, ölkə başçısının apardığı uğurlu siyasətdən danışmışdır.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehidabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Bayram İbrahimov ötən ildə Mehdiabad qəsəbəsində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Mehidabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin il ərzində gördüyü işləri ətraflı məruzə edən natiq demişdir:

 

—2014-cü ilin ötən dövrü ərzində rayonumuzda qarşıya qoyulmuş bütün tapşırıqlar səriştəli və bacarıqlı rayon rəhbərimiz çox hörmətli Zakir müəllim Fərəcov tərəfindən vaxtında və keyfiyyətli icra edilmiş, cari il Abşeron rayon üçün uğurlu və yaddaqalan olmuşdur.

Xüsusi ilə oktyabrın 3-də müqəddəs Qurban bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri çərçivəsində möhtəşəm H.Əliyev Mərkəzi İstirahət və Mədəniyyət Parkı, uşaq şahmat və Musiqi məktəbləri Masazır kəndi ərazisində 13 min nəfərlik tamaşaçı tutumu olan stadionunun açılışında iştirakı hər bir Abşeronlunun yaddaşına əbədi həkk olunmuşdur.

Hesabat ilində rayonun bütün kənd və qəsəbələrində həyata keçirilən geniş miqyaslı quruculuq - abadlıq işləri Mehdiabad qəsəbəsindən də yan keçməmişdir.

Qəsəbəmizdə mövcud olan orta məktəblərdəki şagird sıxlığı nəzərə alınaraq ötən il 400 şagird yerlik 3 mərtəbəli müasir təhsil avadanlıqları ilə təchiz edilmiş yeni tədris tipli 4№li tam orta məktəb tikilib istifadəyə verilmişdir. Hazırda həmin tədris müəssisəsində 488 şagird təhsil alır.

Ötən dövür ərzində ümumtəhsil məktəbləri və məktəbəqədər uşaq müəssələrinin tikintisi rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanmağının nəticəsidir ki, yerli bələdiyyənin daxili imkanları hesabına 6 qrupluq uşaq bağçasının tikintisinə başlanılmış, cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bildiyiniz kimi Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyeva hər rayonda daxili imkanlar hesabına azı iki uşaq bağçasının tikilməsinə təşəbbüs irəli sürmüşdür. Bu xeyirxah təşəbbüsə qoşulan Abşeron rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına cari ilin sonunadək azı 20 bağçanın tikilib istifayə verilməsini öhdəsinə götürmüşdür. Son 1 il ərzində rayonumuzda Xırdalan şəhəri Digah, Ceyranbatan qəsəbələri və Məmmədli kəndində uşaq bağçalarının körpələrin istifadəsinə verilməsi deyilənlərin bariz nümunəsidir.

Rayon rəhbərliyi tərəfindən məcburi köçkünlər yaşayan "Gənclər şəhərciyi” və "Qarant” yaşayış kompleksində yaşayan məktəb yaşlı uşaqların rahat təhsil alması unudulmamışdır. Hazırda həmin ərazidə 1200 şagird yerlik məktəbin tikintisi nəzərdə tutulmuşdur.

Qəsəbəmizdə bir neçə şadlıq evinin olmasına baxmayaraq əhalinin mərasim evinə böyük ehtiyacının olduğu şəxsən rayon rəhbəri tərəfindən nəzərə alınaraq 1000 kv m2 sahəsi olan 2 hissəli mərasim evi yerli bələdiyyə strukturunun köməyi ilə tikilib əhalinin istifadəsinə verilmişdir.

Qəsəbədə daxili yollarda yaranmış problemlərin aradan qaldırıması istiqamətində icra strukturları ilə birgə qəsəbə bələdiyyəsi daim fəaliyyət göstərmiş Ə.Cavad kücəsinin məktəb yanı ərazisinə 200 m-ə qədər əraziyə karbnonat, aqlay qırıntıları tökülüb yayılmışdır. Buda qəsəbənin şimalında yaşayan, ucqar məhəllələrin sakinlərinin razılığına, rahatlığına səbəb olmuşdur. C.Cabbarlı küçəsində 200 m ərazi çınqıl və asfalt qırıqları ılə bərpa edilmişdir. Qəsəbənin Sülh, Əhməd Cavad, Xəlil Rza, Ş.Qurbanov küçələrinə, "Əlillər” yoluna 10000 m2 asfalt salınmışdır. Asfaltın salınması üçün həmin küçələrə 30 maşın karbonat və asfalt qırıntıları tökülərək yayılmışdır. Asfalt çəkmək üçün qəsəbənin Xurşud Banu Natavan, Aşıq Ələsgər küçələrində yerli sakinlərin köməyi ilə hazırlıq işləri aparılmışdır. Bu il bələdiyyə tərəfindən qəsəbə küçələrinin asfaltlaşdırılması işləri davam etdiriləcəkdir.

"Abşeron şərab” Açıq Tipli Səhmdar Cəmiyyətinin qarşısına müəssisə tərəfindən 1200m2 əraziyə asfalt çəkilmişdir.

Hər il olduğu kimi qəsəbənin təhsil müəssisəələrində cari təmir işləri aparılmışdır.

Qəsəbə ərazisində epidomoloji vəziyyətinin sabitliyi təmin olunmuş kütləvi yoluxucu epidemiyalara təsadüf olunmamışdır. Məişət tullantılarının vaxtaşırı olaraq daşınması, yol kənarlarının təmizlənməsi mütəmadi olaraq təmin edilmişdir.

Mehdiabad-Fatmayı yolunun abadlaşdırılması ilə əlaqədar bələdiyyə tərəfindən 500 m uzunluğunda xüsusi səkilər düzəldilərək içərisinə 110 maşın torpaq, 4 maşın münbit gübrə daşınıb tökülmüş, 1000 ədəd gül və bəzək kolu, 150 ədəd dekorativ ağac əkilmişdir. Yolun bəzi yerlərinə 5 maşın asfalt tökülüb yayılmışdır. Yol kənarları gül-çiçək dekorativ kollar və ağac əkini ilə əhatə olunmuşdur. 1100 ədəd zeytun, xan çinarı, akasiya ağacları əkilmişdir.

Dövlət Proqramı çərçivəsində yeni su xəttlərinin çəkilişi zamanı 520 təsəırrüfat su ilə təmin olunmuşdur.

2014-cü ildə qəsəbənin içməli su ilə təhcizatında problemlər az olmuş, qəsəbə əhalisi təsdiq olunmuş qrafikə uyğun su təminatı ilə təmin olunmuşdur. İl ərzində daşıyıcı xəttlərdə 72 ədəd 80-100 mm-lik siyirtmə dəyişdirilmiş, kanalizasiya quyularının üzərinə 39 ədəd yeni qapaq "lyuk” qoyulmuşdur. Korrektorlarda su siyirtmələrində cari təmir işləri aparılaraq su sızmalarının qarşısı alınmışdır.

Məcburi köçkünlərin yaşayış massivlərində 1050 mənzilə smart sayğaclar quraşdırılaraq təbii yanacaq verilmişdir. 267 m yeni qaz xəttləri çəkilərək 200 fərdi yaşayış evinin qazlaşdırılması təmin olunmuş, smart sayğaclar qoyulmuşdur.

 

Qəsəbədə yaşayan əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq mədsədi ilə 2014-cü ilin müvafiq dövründə 7900 m yeni SİP xətt çəkilmiş, 5 ədəd 04 ayrıcı birləşdirilmiş, 104 ədəd 04 dayaq basdırılmışdır. 1 ədəd 160 kv transformator 250 kv transformatorla, yanmış 400 kv transformator yeni 400 kv transformatorla əvəz edilmişdir. Sıradan çıxmış 3 ədəd 250A, 6 ədəd 400A 04 ayrıcı, yüksək gərginlikli xəttlərdə yararsız 900m, Mehdiabad-3 hava xəttində 800m AS-50 naqili dəyişdirilmişdir. 1800 m AS-50 naqili ilə yüksək gərginlikli xətt cəkilmiş, 6 ədəd yüksək gərginlikli dayaq basdırılmışdır. 1 ədəd 400 kv transformatorda, 2 TM transformator mərkəzində, TM 3080268 yarımstansiyada cari təmir işləri aparılmışdır. Əhalinin vəsaiti hesabina yeni salınmış məhəllələrdə 3 ədəd 250 kv, 1 ədəd 400 kv transformator qoyulmuşdur.

Respublika Prezidentinin tapşırığına əsasən bütün əhalinin tibbi müayinədən mütəşəkkilliklə keçirilməsi qəsəbədə də uğurla başa çatdırılmışdır.

Ötən hesabat ili ölkə Prezidenti və rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olan təhsil sahəsi üçün də uğurlu olmuşdur. Yeni məktəbin tikilib istifadəyə verilməsi qəsəbə 1 №-li tam orta məktəbdə 4 növbəli dərs sistemindən 3 növbəli dərs sisteminə keçmişdir.

1 №-li tam orta məktəbdə 1288 şagird təhsil alır. Ötən il həmin məktəbi 91 məzun bitirmişdir. Məzunlardan 74 nəfər ali məktəblərə sənəd vermiş 54-ü ali məktəbə daxil olmuşdur ki, bu da əvvəlki illərə görə ən yüksək göstəricidir.

2 №-li tam orta məktəbdə hazırda 2 növbədə 430 şagird təhsil alır. Ötən il məktəbi bitirən 38 məzundan 12-si ali məktəbə daxil olmuşdur.

3 №-li tam orta məktəbdə hazırda 811 şagird təhsil alır. 2014-cü ildə məktəbi bitirən 15 məzundan 6-sı ali məktəbə daxil olmuşdur.

Ötən il 1 №-li tam orta məktəbin müəlliməsi Nəzifə Nuriyevanın "Əməkdar Müəllim”, 3 №-li tam orta məktəbin müəlliməsi Vüsalə Məmmədovanın "İlin Müəllimi” adına layiq görülməsi məktəblərdə təhsil səviyyəsinə nümunə olaraq təhsilə ayrılmış diqqət və qayğının qiymətləndirilməsinin təzahürüdür.

Göstərməliyəm ki, 1№-li tam orta məktəbdə sıxlığın yaşanması, 3 №-li tam orta məktəbin yaxın 1-2 ildə sıxlığa məruz qalmasını nəzərə alaraq həmin məktəblərdə əlavə tədris korpuslarının tikilməsi zərurəti yaradır.

Qəsəbəmizdə hazırda 22705 nəfər əhali yaşayır.

2014-cü ildə Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyində əhalinin qəbulu, müraciətləri, problemlərinin həlli istiqamətində əməli işlər həyata keçırılmışdir.

Hesabat dövründə imkansız ailələr, şəhid və əlil ailələri icra strukturları və yerli bələdiyyə tərəfindən diqqətdə saxlanılmışdır.

Qəsəbə sakinlərin telefona olan tələbatını ödəmək üçün 173 ədəd yeni telefon xətti çəkilmişdir. 517 abunəçi isə sürətli limitsiz internetə qoşulmuşdur.

 

Qəsəbədə Uşaq Musiqi məktəbi, Mədəniyyət evi, Kitabxana fəaliyyət göstərir ki, bu obyktlər içərisində musiqi məktəbini xüsusi qeyd etmək olar. Uşaq musiqi məktəbi qəsəbədə keçirilən mədəni kütləvi tədbirlərdə daim fəal iştirak edirlər

 

 Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2015-ci il üçün iş planını tərtib edərək Abşeron Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Biz fəaliyyətimizi buna uyğun olaraq davam etdirəcəyik.

 

  Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Əbülfət Nuriyev, 3№li tam orta məktəbin müəllimi, qəsəbə sakini İlqar Rüstəmov, 1№li tam orta məktəbin direktoru Pənah Babayev, Qəsəbə sakini Çingiz Hacıyev və digər qəsəbə sakinləri,ziyallıları məruzə ətrafında çıxış edərək 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 2014-cü ildə gördüyü işləri qənaətbəxş hesab etmişlər.

 

 Sonda yığıncağın işində iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Sərviz Süleymanov yekun sözü söyləmişdir.

 

      Baş redaktor Şamo Əliyev


Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 

Mehdiabadda hesabat yığıncağı keçirilmişdir

 


 

 

 

 

 


 

 

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir