Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Saray qəsəbə nümayəndəliyi hesabat verib

Tarix:27-01-2015, 21:11

Saray qəsəbə nümayəndəliyi hesabat verib

Adətən ili yola salarkan hər kəs ani olsa da keçənlərə nəzər yetirir, əldə olunan uğurlara sevinməklə yanaşı yeni ildə qarşıda duran məqsəd və görüləcək işləri müəyyənləşdirir, çünki ötən illərdə əldə olunan uğurlar gələcəyin daha böyük nailiyyətləri üçün zəmin yaradır.

26 yanvar 2015-ci il tarixində Saray qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon İcra hakimiyyətinin məsul işçiləri,qəsəbə bələdiyyəsinin sədri və aidiyyatı qurumlar iştirak edirdi.

Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov açaraq rayon rəhbəri cənab Zakir Fərəcovun rəhbərliyi altında Abşeronun bütün kənd və qəsəbələrində abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi Əli Axundov hesabat verərək qeyd etdi ki, qəsəbəmizdə 3 tam orta məktəb, 2 uşaq bağçası, 1 musiqi məktəbi, 1 xəstəxana, 2 rabitə evi, kitabxana, 3 aptek, şadlıq evi, 1 ATS, 7 saylı internat evi, 1 xeyir-şər evi, onlarca iaşə, ticarət və məişət obyektləri fəaliyyət göstərir.
Məhz bunun nəticəsidir ki, məktəblərimizdə təhsilin səviyyəsində, əhaliyə göstərilən xidmətlərdə keyfiyyət dəyişikləri olmuşdur, ötən dərs ilində məktəblərimizi bitirən 160 nəfər məzunlardan 71 nəfəri ali məktəblərə, 19 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur .Cari dərs ilində həmin göstəricilərin daha da yaxşılaşdırılması məqsəd kimi qarşıya qoyulmuşdur.
Qəsəbə ərazisində 4866 təsərrüfatda 22347 nəfər əhali yaşayır, həmçinin qəsəbədə 650 təsərrüfatda isə 2401 nəfər məcburi köçkün məskunlaşmışdır
Belə ki, nümayəndəliyin vəsaiti hesabına qəsəbənin mərkəzi küçələrindən olan V.Axundov, M.Hüseynzadə və M.Ə.Sabir küçəsinin bir hissəsinə küçə işıqları çəkilib sakinlərin istifadəsinə verilmişdir.
Qəsəbənin M.Ə.Rəsulzadə və M.Müşviq küçələrinin işıqlandırılması məqsədilə qoşabuynuzlu 127 yeni dirək alınmış və onların quraşdırılması üçün bünövrəsi qazılaraq, beton tökülmüşdür.
Qəsəbənin mərkəzində olan “Şəhidlər kompleksində” V.Axundovun barelyefi yerləşən parkda və onunla üzbəüz olan parkda mövcud olan ağaclar budanmış, gövdələri əhənglə ağardılmışdır. Eyni zamanda parkın işıqlandırılmasında yenidən qurma işləri görülmüşdür.
Yeni tikilmiş polis məntəqəsinin dam örtüyü vurulmuş, ətrafına daş və dəmirdən hasar çəkilmişdir.
1 saylı tam orta məktəbin 160 m² dam örtüyü yenilənmiş, məktəbin ibtidai sinif otaqlarının köhnəlmiş qapı - pəncərələri yeni plastik qapı-pəncərə ilə əvəz edilmişdir. 2 saylı tam orta məktəbin sanitar qovşağı əsaslı təmir olunaraq, daimi su ilə təmin olunmuşdur, 3 saylı məktəbin ön tərəfdən 1000 kvm ölçüdə olan həyətinə asfalt örtüyü salınmışdır.
S.Qazıyeva, M.Ələkbərov küçəsinin və 1 saylı tam orta məktəbə gedən yolun işıqlandırılması, yeni bələdiyyə binasının və, 2 uşaq bağçasının tikintisi üçün torpaq sahəsi ayrılmış, 6 qrupluq yeni uşaq bağçası-körpələr evinin tikilib istifadəyə verilməsi üçün tikinti işlərinə başlanılmışdır. Hazırda uşaq bağçasında tikinti işləri davam etdirilir.
S.Qazıyeva küçəsində mövcud olan yaşıllıq örtüyünün suvarılması məqsədi ilə 2470 metr məsafəyə diametri 40 mm olan plastik boru ilə su xətti çəkilmiş, küçəyə açılan qapılar boyanmış, mütəmadi olaraq küçə alaq otlarından təmizlənərək, bardurlar ağ rənglə ağardılmışdır.
Ötən dövr ərzində qəsəbənin inzibati ərazisində 600 ədəd xan çinarı, 1015 ədəd geparis ağacı və 500 ədəd müxtəlif növ ağac əkilmişdir.
Qəsəbə daxili yolların abadlaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, qəsəbə daxili küçələrə qırma daş və çınqıl tökülüb yayılmışdır .
M.Qaşqay küçəsinin 1300 kvm ölçüdə sıradan çıxmış asfalt örtüyünün yenidən bərpa olunmuş, M.Cəlal küçəsinə 1500 kvm məsafədə asfalt örtüyü salınmış, M.Müşviq döngəsinin 1200 kvm , Babək küçəsi və yeni məhəllədə 450 kvm məsafədə yol örtükləri hamarlanaraq qırma daş tökülüb yayılmışdır.
Qəsəbədə əhalinin içməli su təchizatı və kanalizasiya xidməti sahəsində də bir sıra işlər görülmüşdür.
Belə ki, H.Səmədov küçəsində su xətlərinin yenidən qurulması üçün diametri 70 mm-lik ana su xəttinin dəyişdirilməsi üçün 219 ədəd dəmir boru alınmışdır.
M.Ə.Rəsulzadə döngəsində 100 kvm məsafədə, Y.V.Çəmənzəminli küçəsində 400 metr məsafədə diametri 150 mm olan kanalizasiya xətti yeniləşdirilmişdir. M.Dilbazi küçəsində isə 400 m məsafədə diametri 150 mm boru ilə yeni kanalizasiya sistemi qurulmuşdur.
Əhalinin yanacaq qazı ilə təminatı sahəsində 585 abonentin evinə yeni qaz xətti çəkilərək sayğaclaşdırılmışdır. Baş verən qəzalar vaxtında aradan qaldırılmışdır.
Elektrik enerjisinin təminatı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 3100 metr məsafədə AS-50 naqil, 22500 metr məsafədə müxtəlif ölçülü SİB kabeli çəkilmişdir
04 kva-lıq 560 ədəd , 6-10 kva-lıq 18 ədəd yeni dayaq qoyulmuş və 6-10 kva-lıq 12 ədəd köhnə dayaq yenisi ilə əvəz edilmişdir.


04 ədəd KRN yağ açarı, köhnə mufta birləşdiricisi yenisi ilə əvəz olunmuşdur, 5 dəst sonluq muftası qoyulmuşdur, 3 ədəd köhnə transformator yenisi ilə əvəz olunmuşdur.
Bundan başqa 530 kq transformator yağı alınmış və 800 ədəd elektrik sayğacı quraşdırılmışdır.
“Qurban”, ”Ramazan” və “Novruz” bayramı ilə əlaqədar qəsəbədə yaşayan şəhid, tənha, kimsəsiz və az təminatlı ailələrə bayram sovqatları alınıb verilmişdir.
Toplantıdada çıxış edən Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova Abşeron rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən Abşeron rayonunun bütün kənd və qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Saray qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. V.Əbilhəsənova keçən il qəsəbədə bələdiyyə tərəfindən görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə tikintisinə başlanmış bağçanın və digər sosial yönümlü tikililər başa çatdırılacaqdır. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı başlanmış işlər davam etdiriləcək.
Yığıncaqda çıxış edən Saray qəsəbə 3 saylı orta məktəbin direktoru Təyyubə xanım qəsəbədə aparılan quruculuq və abadlıq işlərinə,təhsilə ayrılan diqqət və qayğıya görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsəbə sakinləri adından öz təşəkürünü bildirib
Məruzə ətrafında qəsəbə sakinlərindən Xuraman Əhmədova, Elçin Əhmədov, Ağamurad Zülfiyev və başqaları çıxış edərək öz münasibətlərini bildiriblər.

Hesabat yığıncağına Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov yekun vuraraq bildirdi ki, möhtərəm prezidentimizin Azərbaycanın inkişafına və qüdrətlənməsinə, beynəlxalq aləmdə mövqeylərinin möhkəmlənməsinə, rifahının yüksəlməsinə xidmət edən siyasəti xalqımız o cümlədən qəsəbəmizin sakinləri tərəfindən bütünlüklə bəyənilir və yekdilliklə müdafiə olunur.Biz abşeronlular cənab İlham Əliyevin rayonumuza diqqət və qayğısını həmişə hiss etmişik.2014-cü ildə rayonumuzun mərkəzi Xırdalan şəhərində açılmış , Heydər Əliyev parkının, Heydər Əliyev adına mərkəzin, Musiqi və Şahmat məktəbinin
açılışında möhtərəm prezidentimiz İlham Əliyev cənablarının iştirakı rayon ictimaiyyətinin yaddaşından silinməyəcəkdir.


Hesabat yığıncağının sonunda qərar layihəsi oxunduqdan sonra, sakinləri maraqlandıran suallar cavablandırılıb, yeni seçilmiş qəsəbə bələdiyyəsinin sədri və üzvləri sakinlərə təqdim olunub.

Baş redaktor: Şamo Əliyev

Saray qəsəbə nümayəndəliyi hesabat verib
Saray qəsəbə nümayəndəliyi hesabat verib
Saray qəsəbə nümayəndəliyi hesabat verib
Saray qəsəbə nümayəndəliyi hesabat verib
Saray qəsəbə nümayəndəliyi hesabat verib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib