Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
28-01-2015, 18:11 Oxunub: 1681

Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto

Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto

Yanvarın 10 – da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014- cü ilin sosial –iqdisadi inkişafının yekunlarına və 2015- cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda giriş nitqində qeyd etmişdir ki , keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014- cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Bizim tutduğumuz yol düzgün yoldur. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqdisadi və maliyyə böhranı , eyni zamanda bölgədə baş verən xöşagəlməz hadisələr Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Azərbaycan öz surətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqdisadi və sosial proqramlar icra olunmuşdur. Əminəm ki, bu il də görüləcəklər işlər nəticəsində Azərbaycan daha da güclənəcək .

Bütün nailiyyətlərimiz Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimizin müdrükcəsinə həyata keçirdiyi daxili və xarici siyasətinin məntiqi nəticəsidir
27.01.2015-ci il tarixdə saat 11.00-da Abşeron rayon Mədəniyyət evində Xırdalan şəhər İnzibati Ərazi Dairəsinin 2014-cü ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncaqda Abşeron rayon İcra Hakimiyyəti Başçısının I müavini İradə xanım Gülməmmədova, Ərazi İdarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quliyev, idarə,müəssisə və təşkilat rəhbərləri və 160 nəfər sakin iştirak edirdi

İclası giriş sözü ilə açan İcra Hakimiyyəti Başçısının I müavini İradə xanım Gülməmmədova qeyd edib ki, 2014- cü ildə rayonumuzun iqdisadiyyatı uğurla inkişaf etmiş , bütün göstəricilər müsbət və stabil olmuşdur. Rayon mərkəzi Xırdalan şəhərində abadlıq və quruculuq işləri daha da geniş miqyasda davam etdirilmiş , istehsal müəssisələrinin, sosial obyektlərin , çoxmərtəbəli coxmənzilli binaların tikintisinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu uğurların qazanılması ölkəmizdə aparılan sosial- iqdisadi inkişafın , ölkə prezidenti İlham Əliyevin regionların və sahibkarlığın inkişafına xüsusi önəm verməsinin , aqrar sektora dövlət qayğısının, eləcə də rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə son 9 ildə rayonda aparılan genişmiqyaslı və məqsədyönlü işlərin nəticəsində mümkün olmuşdur .
2014- cü il Xırdalan şəhəri üzrə daha uğurlu və yadda qalan olmuşdur. Ona görə ki, oktyabr ayının 3- də, müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Xırdalan şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin , əsaslı şəkildə tam yenidən qurulmuş mədəniyyət və istirahət parkının , orada Ulu Öndərin abidəsinin , Bayraq meydanının , “ Park Abşeron” əyləncə mərkəzinin , musiqi və şahmat məktəblərinin açılışında iştirak etmişdir. Mərkəzin açılışındakı çıxışında isə qeyd etmişdir:

- Mən əvvllər də burada olmağımı xatırlayıram və görürəm ki, Xırdalan şəhərində çoxlu işlər görülüb. Xıdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. Xırdalan gözəl, abad şəhərdir-qeyd edən möhdərəm Prezidentimizin on gün sonra imzaladığı sərəncamlara əsasən rayonumuzun 15 əməkdaşı fəxri adlara və “Tərəqqi “ medallarına layiq görülmüşlər. Bu gün burada iştirak edən və olmayan şəxsləri bir daha təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram .

Tədbirdə geniş məruzə ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Orucov demişdir:
Ötən il ərzində şəhərin 25- ci məhəlləsində 120 yerlik 24 saylı , Abşeron Gənclər Şəhərciyində 120 yerlik 25 saylı uşaq bağçaları, 1 saylı orta məktəbin həyətində 840 yerlik , 4 saylı orta məktəbin həyətində 400 yerlik əlavə tədris korpusları, Abşeron Gənclər Şəhərciyində isə 600 şagird yerlik yeni 10 saylı tam orta məktəb binası tikilib istifadəyə verilmişdir.

Olimpiya İdman Kompleksində və rayon Mərkəzi Xəstəxanasında tikinti- quraşdırma işləri davam etdirilməkdədir.

20- ci məhəllədəki 1 və 2 saylı, 27 – ci məhəllədəki 21 və 23 saylı beş mərtəbəli binaların dam örtükləri və fasadları tam dəyişilərək müasir üslubda və görkəmdə təmir olunmuşdur. İstər prospektdə , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmir olunaraq gecə işiqları ilə bəzədilmişdir.

Rayon mədəniyyət mərkəzi və kino –teatrın fasadları, dam örtükləri əsaslı şəkildə təmir olunaraq ətrafına bəzək kolları və qazon əkilmiş, M.Ə.Rəsulzadə küçəsi boyunca yerləşən gecə işiqlarına bəzəkli güldanlar bərkidilmişdir.

Şəhərə müasir görkəm verən yüksək mərtəbəli binaların tikintisi geniş vüsət almaqdadır . Hazırda şəhər ərazisində 20 yerdə yüksək mərtəbəli yaşayış binaları inşa olunmaqdadır.

Şəhərin Heydər Əliyev prospekti boyu , yəni rayon mədəniyyət evinin yaxınlığlında , 28-ci məhəllədə və Quşculuq Yaşayış Massivi ərazisindəki Nəvai küçəsinədək, M. Rəsulzadə və Qəşəm Aslanov küçələrinin kəsişdiyi sahədə , Qalubiyyə kücəsində, 13b saylı binaya bitişik sahədə , mühafizə zolağında yerləşdiyi üçün oradakı obyektlər sahibkarların razılığı əsasında sökülüb təmizlənmiş,yerində ağac, kol və yaşıl qazon əkilmişdir.

Heydər Əliyev prospektinin Quşçuluq Massivi ərazisində 360 kvm aqlay , Qəşəm Aslanov küçəsində 75 metr uzunluğunda, 300 kvm ölçüdə hörgü işi görülmüş, 385 kvm aqlay , Bakı- Sumqayıt yolunda isə 425 kvm aqlay, 120 kvm olçüdə aqaç hissələri vurulmuşdur.

Şəhərin Heydər Əliyev prospektində 71.260, Səttar Bəhlulzadə küçəsində - 6.900 , M.Ə. Rəsulzadə küçəsində 22.200 , rayon Polis şöbəsindən Zərifə Əliyeva küçəsi daxil olmaqla 23.800 ,Qalubiyyə 6.869, Əvəz Şəfiyev küçəsi 2003, və şəhər daxili yollara 11.200 kvm asfalt döşənmişdir. Prospektdə 800 ədəd müxtəlif növ ağac , 8.000 dekorativ gül əkilmiş , 380.5 kvm hasar hörülmüş , 520 metr səki daşı , 465.8 kvm tamet və 125 kvm aqlay vurulmuşdur.

M. Ə. Rəsulzadə küçəsində 3.085 ədəd dekorativ gül və kol , Zərifə Əliyeva küçəsində 800 metr uzunluğunda səki daşı, 2.400 kvm tamet, Qalubiyyə küçəsində isə 795 metr, uzunluğunda səki daşı və 2.390 kvm tamet qoyulmuşdur.

Quşçuluq Massivi ərazisində yerləşən Həzi Aslanov küçəsinin yenidən qurulması istiqamətində də iş davam etdirilmişdir. Həmin küçədə 2.000 metr uzunluğunda bardür qoyulmuş , 9.000 kvm asfalt döşənmiş , yolun kənarındakı hasarlara 3.250 kvm suvaq çəkilmiş , 3.550 kvm sulu boya ilə rənglənmiş. 17 ədəd elektrik dirəyinin yeri dəyişilmiş, 6 ədəd əlavə dirək basdırılmış,16 ədəd gecə işıqı quraşdırılmış, 240 kvm üzlük daş vurulmuşdur. Orada 350 ədəd şam, sərv və digər ağac, 450 ədəd bəzək kolları və müxtəlif gül və 4.500 kvm yaşıl qazon əkilmişdir.

Həsən Əliyev küçəsinin ətrafına isə 25.300 kubmetr torpaq daşınıb yayılmış, 340 kvm hörgü işi görülmüş, 500 kvm suvaq çəkilmiş, 160 metr uzunluğunda bardür qoyulmuş, 3.860 kvm sahə sulu boya ilə rənglənmiş, 160 kvm sahəyə yaşıl qazon əkilmişdir. Hazırda hər iki küçədə iş davam etdirilir

Bakı-Sumqayıt avtomobil yolunun ətrafının abadlaşdırılması məqsədilə 120.000 kubmetr torpaq daşınıb yayılmış, 4.790 ədəd ağac və 41.467 kvm qazon əkilmiş, həmin yolda 18.317 metr, Bakı- Şamaxı yolunda 95.150 kubmetr torpaq daşınıb yayılmış, orada 13.500 metr uzunluğunda plastik borularla su xətti çəkilmiş, ağaç və yaşıllıqların suvarılması məqsədilə su kranları quraşdırılmışdır.

Bakı -Sumqayıt avtomobil yolunun şəhər qəbristanlığı boyunca yerləşən şəbəkəli daş hasarın elektrik xətləri sıradan çıxdığı üçün 350 metr uzunluğunda kabel və 150 ədəd elektrik lampası yenisi ilə əvəz olunmuşdur. Eləcə də rayon Mərkəzi Poliklinikası ilə 1 saylı orta məktəbin arasındakı küçədə avtomobillərin bir tərəfli hərəkəti tənzimlənmiş, Heydər Əliyev prospektindəki 7 ədəd işiqforlar müasir görkəmli işiqforlarla əvəz olunmuşdur.

Həmin avtomobil yolundan Masazır körpüsü istiqamətində şəhərə daxil olan yola bitişik inşa olunmuş hasarlar və tikililər mühafizə zolağında yerləşdiyi üçün sakinlərin razılığı əsasında sökülüb geriyə çəkilmişdir. Orada 700 metr uzunluğunda 3.500 kvm ölçüsündə hörgü işi görülmüş, 2.250 kvm aqlay və 1.800 kvm kabançik vurulmuşdur. İş davam etdirilir.
Bakı -Şamaxı avtomobil yolunun şəhər istiqaməti boyunca 1.350 metr uzunluğunda , 7.800 kvm ölcüdə dəmir- beton bünövrəli hasar hörülmüş, 7.200 kvm aqlay və 600 kvm kabançik vurulmuşdur. Ərazidə 1.800 ədəd müxtəlif növ dekorativ ağac , bəzək kolları və 5.550 kvm ölçüdə qazon əkilmişdir.

Ümumilikdə il ərzində 11.537 ədəd müxtəlif ağac, 102.550 gül, 734 ədəd kol və 113.437 kvm qazon əkilmişdir. Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatı məqsədi ilə şəbəkədə təmir və genişləndirmə işləri görülmüş , müxtəlif markalı 6.900 metr naqil , 20.992 metr kabel , 1.022 metr SİP kabeli çəkilmişdir. Ayrı-ayrı məntəqələrdə sıradan çıxmış 3 transformator təmirdən sonra yerinə qoyulmuş , digər bir transformatorun əvəzinə başqa daha güclü trasformator quraşdırılmış, 1.455 kq yağ istifadə olunmuş, 21 mufta , 9 izolyator , 9 dəmir – beton və 10 ədəd dayaq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı əhalinin , xüsusilə 22 – ci məhəllə ,20 yanvar , S. Vurğun və M. Mirqasımov küçələrinin fasiləsiz elektrik enerjisi ilə təminatında çatışmamazlıqlar hələ də mövcuddur.

Rayon Qaz İstismarı sahəsi tərəfindən payız- qış mövsümünə hazırlıqla əlaqədar bir ədəd müasir tipli qaz tənzimləyici quraşfırılmış, şəhərin əsasən sənaye zonasında və digər ərazilərdə 4.775 uzunluqda yeni qaz xətti çəkilmiş , ümumilikdə əhali sektoru üzrə 1.023 yeni abonent qeydiyyata alınaraq təbii qazla təmin edilmişdir.

Əhalinin içməli suya olan təlabatını daha dolğun ödəmək məqsədilə Quşçuluq Yaşayış Massivində “ Su –Kanal Tikinti -1 “ MMC podratçı təşkilatı tərəfindən 2.607 , “ AN-İnşaat” MMC podratçı təşkilatı tərəfindən isə 28- ci məhəllədə 200 metr uzunluğunda yeni su xətti çəkilmişdir.

Hesabat döründə su və kanalizasiya xəttlərində 3.500-ə qədər qəza baş vermiş və təmir- bərpa işləri aparılaraq su itkisinin qarşısı alınmışdır. Lakin şəhərin 22, 25 və 26 –cı məhəllələrindəki kanalizasiya xəttləri yağmurlu günlərdə yağış sularının ötürülməsini çatdıra bilmədikləri üçün əhalinin narazılığına səbəb olur.

Bildirmək istəyirəm ki ötən ilin ortalarında Azərbaycan höküməti ilə Səudiyyə İnkişaf Fondu arasında “ Xırdalan şəhərinin su təcihizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişi “ imzalanmışdır.
Yola saldığımız ötən ildə də təlim- tərbiyyə müəssisələrində bir sıra müsbət işlər görülmüş ,uğurlu nəticələr əldə edilmiş , təlim –tərbiyyənin keyfiyyəti yüksəldilmişdir.

Ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərən Xırdalan şəhər 2 , 1 , 8 , 3 və 4 saylı tam orta məktəbləri nümunə ola bilər . Xırdalan şəhər 1 saylı orta məktəbin üç X1 sinfi üzrə 62 nəfərdən 54 nəfəri , 3 saylı orta məktəb –liseyi üzrə isə iki X1 sinfi üzrə 33 nəfərdən 31 nəfəri tələbə adını qazanmışdır.
Məzunların ali məktəblərə qəbulu zamanı 500- dən artıq bal toplayan 81 nəfər olmuşdur ki, onlardan 36 nəfəri Xırdalan məktəblərinin payına düşür. 600 və ondan yuxarı bal toplayan 33 nəfərdən 9- u Xırdalan 1 və 2 saylı orta məktəblərin məzunlarıdır
Qetd etməliyəm ki, rayon rəhbərliyinin , şəxsən Başçı cənab Zakir Fərəcovun yaxından köməkliyi ilə şəhərdə təhsil müəssisələrində genişmiqyaslı təmir- tikinti işləri aparılmışdır.
Şagird sıxlığının aradan qaldırılması məqsədilə 1, 4 və 7 saylı orta məktəbində əlavə tədris korpusları , Abşeron Gənclər Şəhərciyində yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Bu gün mövcud 10 orta məkəbdə 1.373 nəfər müəllim çalışır və 15.897 nəfər şagird təhsil alır
Uşaq bağçası – körpələr evlərinə də diqqət artırılmışdır.Belə ki, şəhərin 25- ci məhəlləsində 120 yerlik 24 saylı, Abşeron Gənclər Şəhərciyində də 120 yerlik 25 saylı uşaq bağcaları tikilib istifadəyə verilmiş, 28- ci məhəllədə 80 yerlik uşaq bağçasının tikintisi davam etməkdədir. Mövcud 9 üşaq bağçası – körpələr evində 1.200 nəfər uşağın təlim-tərbiyyəsi ilə 187 nəfər tərbiyəçi-müəllim məşğul olur.
Uşaq Gənclər İdman Məktəbinin də uğurları böyük olmuşdur. Məktəbin sərbəst güləşçisi Hacı Əliyev Finlandiya və Özbəkistanda keçirilən Avropa və Dünya birinciliyində 1 – ci yeri tutaraq 2 qızıl medal, Bolqarstanda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Türkan Nəsirova 1- ci yeri tutaraq 1 qızıl medal qazanmışdır. Məktəbin güləşçiləri 2014- cü ildə 77 , o cümlədən 21 qızıl , 23 gümüş və 32 bürünc medala layiq görülmüşdür.

Mədəni-maarif müəssisələrinin fəaliyyəti də canlandırılmış, əlamətdar və tarixi günlərdə, bayramlarda özfəaliyyət kollektivlərinin, respublikanın görkəmli muğam ustalarının və digər sənət adamlarının əhali qarşısında rəngarəng çıxışları olmuş, bir neçə dəfə atəşfəşanlıq təşkil olunmuşdur. V1 Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsində Xırdalan uşaq musiqi məktəbi muğam bölməsinin 3- cü sinif şagirdi Atlas Mehdiyevanın ifası “Qran Pri” mükafatına layiq görülmüşdür.
Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər ötən ildə də ardıcıllıqla davam etdirilmişdir. Xüsusi ilə səhiyyə xidmətinin maddi- texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər tibb işçilərinin fəaliyyətinə əlverişli şərait yaratmışdır. Respublika Prezidentinin tapşırığına
əsasən şəhərimizdə yaşayan bütün əhalinin də tibbi müayinədən mütəşəkkilliklə keçirilməsi uğurla başa çatmışdır.
Gigiyena və Epidemioloji nəzarət gücləndirilmiş, sanitariya təmizliyi vəziyyətinə vaxtaşırı reyd və yoxlamalar keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir. Bunun nəticəsidir ki, epidemioloju vəziyyətin sabitliyi təmin olunmuş, kütləvi yoluxucu epidemiyalara təsədüf olunmamışdır.

Şəhərin ərazisində ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının toxunulmazlığı nəzarətdə saxlanmışdır. Hüquq-mühafizə orqanları ictimaiyyətlə sıx əlaqədə fəaliyyət göstərməklə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili istiqamətində fəaliyyətlərini xeyli gücləndirmişlər.

Gənclərin hərbi xidmətdən yayınma halları müşahidə olunmamışdır. Hərbi xidmətə çağırış üzrə tapşırıqlar bir qayda olaraq vaxtında yerinə yetirilmişdir.

Şəhər ərazisində 3.512 ailə və ya 12.571 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların sosial-məişət qayğıları, rastlaşdıqları çətinliklərin və müraciətlərin operativ aradan qaldırılması rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Belə ki, Azbentonit zavodu və dəmir yolu yaxınlığındakı ərazidə yaşayan məcburi köçkünlər üçün yeni qaz xətti çəkilib istifadəyə verilmişdir.

Sonra rayon icra hakimiyyətinin başçısınının I müavini İradə xanım Gülməmmədova nümayəndəliyin hesabat məruzəsi və ümumilikdə hesabat ilindəki fəaliyyəti ilə bağlı fikirlərini bildirdi, tövsiyələrini verdi.İ.Gülməmmədova dövlət hakimiyyət orqanları ilə əhali arasında yaxınlaşmanın təmin edilməsində nümayəndəliyin xeyli işlər gördüyünü qeyd etdi, eyni zamanda görüləsi işlərin də çox olduğunu vurğulayaraq dedi: "Nümayəndəliklər bizim yaxın köməkçimiz olmalı, əhali arasında maarifləndirmə, məlumatlandırma işləri aparmalı, xoşagəlməz halların baş verməsinin qarşısını almalıdırlar. Onlar insanların, vətəndaşların inamını, etibarını qazanmalıdırlar. Belə olanda istənilən məsələ ilə bağlı müraciətlər də çoxalacaq. Bu müraciətlərə nümayəndəlik tərəfindən tədbir görməyə imkan olmadığı təqdirdə icra hakimiyyəti məsələyə müdaxilə etməlidir. Hesabat məruzəsindən göründüyu kimi, ötən bir il ərzində çox işlər görülmüşdür. Düşünürəm ki, nümayəndəlik qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərəcəkdir. Mən bu yolda sizə uğurlar arzulayıram”.

Digər çıxış edənlər ötən bir il ərzində Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin uğurlu cəhətlərini qeyd edərək onun işini, hesabat məruzəsini qənaətbəxş hesab etdilər. Sonda Rayon icra hakimiyyəti başçısının I müavininin təklif və tövsiyələri nəzərə alınaraq qərar layihəsi qəbul olundu.

Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto
Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto
Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto
Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto
Xırdalan şəhərində hesabat yığıncağı keçirildi-Foto
XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub