Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib

Tarix:30-01-2015, 18:40

Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında Abşeron, Qubadlı, Xızı rayonlarının və Sumqayıt şəhərindən olan sakinləri qəbul etmişdir.

Qəbul zamanı Abşeron, Qubadlı, Xızı rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər əsasən mənzil təminatı, münasib işlə, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və digər məsələləri əhatə edib. S.Müslümov tərəfindən bir sıra şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmalarına, peşə reabilitasiyasına cəlb edilmələrinə, eləcə də araşdırılması müəyyən vaxt tələb edən məsələlərin qısa vaxtda araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib.

Həmçinin ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret iş yerləri müəyyən olunub və onların həmin iş yerlərində işlə təmin olunmalarına köməklik göstəriləcəyi bildirilib. Müharibə əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunmaq üçün yerli İcra Hakimiyyətləri tərəfindən növbəyə götürüldüyü diqqətə çatdırılıb, eləcə də bu və ya digər təminat növü ilə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbul zamanı ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı, minik avtomobilləri ilə təmin olunma barədə müraciətlər azlıq təşkil edib. S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qubadlı, Xızı rayonlarından və Sumqayıt şəhərindən qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Abşeron rayon ƏSMM-nə aparılıb gətirilmələri təmin edilib.

Səlim Müslümov , növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədi ilə ayrılan ilkin vəsait hesabına bu il ümumilikdə 1031 ədəd mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Nazir bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binasının, eləcə də reabilitasiya əhəmiyyətli bir sıra yeni sosial obyektlərin də istifadəyə veriləcəyini bildirib: “Bunlar onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi, 2015-ci il ərzində də bütün sosial proqramlar uğurla davam etdiriləcək və əhalinin sosial müdafiəsi sahəsində yeni mühüm addımlar atılacaq” deyə bildirmişdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir