Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda hesabat yığıncağı keçirildi

Tarix:6-02-2015, 22:52

Abşeron rayonunda hesabat yığıncağı keçirildi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014 cü ilin sosial iqtisadi inkişafın yekunlarına və 2015 ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Abşeron rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub.İclasda ötən il əldə olunan uğurlardan danışılb,qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Hesabat yığıncağının iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,xatirəsinə ehtiramlarını bildiriblər.Sonra 2014-cü ildə Abşeronda əldə edilən nəaliyyətləri əks etdirən stendlərə,eləcə də rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq oldu. 2014 cü il ərzində Abşeron rayonunda da mühüm layihələr həyata keçirilib,bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib.Bu barədə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda Abşeron rayon icra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.Məruzədə qeyd edilib ki,2014 cü ildə rayonda 3083 yeni iş yeri açılıb.Sənaye məhsulu istehsalı,nəqliyyatda yük daşımaların həcmi,tikinti-quruculuq işlərinin miqyası ötən dövrlə müqyisədə xeyli artıb. Rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 313 milyon manat investisiya yönəldilib. Bildirilib ki, Prezidenti İlham Əliyevin 2014-cü ili ölkəmizdə “Sənaye ili” elan etməsi ilə əlaqədar rayonda bu sahənin inkişafına ciddi önəm verilib, rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 114 milyon manatlıq məhsul istehsal ediblər .Hesabat dövründə pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 254 milyon manat təşkil edib.

Son illərdə ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonu da yeni inkişaf mərhələsini yaşayır .Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidən qurma işləri görülür.Dövlət başçısının Abşeron rayonuna etdiyi səfərlər bu bölgənin də taleyində mühüm rol oynayıb,rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib.İndi demək olar ki,rayonun hər bir yerində genişmiqyaslı abadlıq quruculuq işləri aparılıb,ətraf ərazilər yaşıllaşdırılıb.Yol infrastrukturu isə yenidən qurulub. Hesabat dövründə Prezident İlham Əliyevin sərəncamı ilə 7.6 km uzunluğunda Masazır-Saray-Novxanı və 33.7 km uzunluğunda Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yaşayış məntəqələrini birləşdirən avtomobil yolları istifadəyə verilib.Xırdalan şəhərindəki Heydər Əliyev prospekti yenidən qurulub,Həsən Əliyev küçəsi isə genişləndirilib. Hesabat dövründə Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissələrinin kənarı abadlaşdırlıb, müasir və zövqoxşayan üslübda yenidənqurma işləri aparılıb,burad ağac və gül kolları əkilib.Rayonda təhsil müəssisələrinin təmiri,yeni məktəb binalarının tikintisi davam etdirilib,onların maddi texniki bazası gücləndirilib.Hesabat dövründə Abşeronda 2 yeni məktəb binası ,4 məktəb üçünsə əlavə tədris korpusu tikilib istifadəyə verilib.2014 cü ilin fevral ayından Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəsisələrin inkişafı” proqramının icrasına başlanılıb,Abşeron rayonu da bu proqram çərçivəsində daxili imkanları hesabına 22 uşaq bağçasının tikintisinə başlayıb. Bunlardan artıq 4 ü istifadəyə verilib, Masazır kəndində tikilən 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür, 17 uşaq bağçasının tikintisi hazırda davam etdirilir. 2014-cü ildə ən əlamətdar hadisələrdən biri də valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli 13 mərtəbəli yaşayış binasının istifadəyə verilməsidir. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirak edib. 2014 cü ildə yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi ,Bayraq Meydanı,”Park Abşeron” əyləncə mərkəzi ,Xırdalan şəhər musiqi məktəbi,Şahmat məktəbi,rayonun Masazır qəsəbəsində 13 min tamaşa tutumlu beynəlxalq standartlara uyğun stadion Prezident İlham Əliyevin iştirakı ilə Abşeron əhalisinin istifadəsinə verilib. Vətəndaşlarımızın rifahını,onların yaşamasını hər zaman diqqət mərkəzində saxlayan dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Abşeronda park və xiyabanların salınmasına ciddi fikir verilir.12 hektar əhatə edən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında hər cür şərait yaradılıb.

Yığıncaqda ayrı ayrı sahələr üzrə hesabat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi hələ ötən əsrin 60-cı illərindən kənd təsərrüfatı rayonu kimi formalaşan Abşeron rayonunda da bu sahənin inkişafına təkan verəcəkdir. Hesabat məruzəsi yekdilliklə qəbul edildi. Sonda Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi
Abşeron rayonunda hesabat yığıncağı keçirildi



Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib