Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-02-2015, 00:31 Oxunub: 2641

Onlar Abşerona 74 qızıl medal gətirdilər

Onlar Abşerona 74 qızıl medal gətirdilər

İdman Azərbaycan xalqının həyatında, ictimai görüşlərində mühüm rol oynayır. Xalqımız ta qədim çağlardan indiyə qədər böyük bir idman mübarizəsinə şahidlik edib. Bilirik ki, Azərbaycanda idman günü-gündən inkişaf edən, təkmilləşən sahələrdən biri kimi diqqəti cəlb edir.

Abşeronda idman komplekslərinin inşa edilməsi gənclərin qarşısında yeni yollar açır. Bir neçə il əvvəl nəinki kənd və qəsəbələrdə hətda rayonun mərkəzi Xırdalan şəhərində idman kompleksi, idman salonları yox idi, var idisə də, bərbad vəziyyətdə idi. Amma bu gün hər şey dəyişib. Rayonun bütün kənd və qəsəbələrində idmançılar üçün şərait yaradılıb . Mən Masaızr kəndində 13 min tamaşaçı yerlik stadionun açılışını yaxından izlədim. Çox maraqlıdır ki, bir neçəil əvvələ qədər Abşeronluların heç ağlına gəlməzdi ki, belə bir möhtəşəm stadion olacaq və onun da açılışında dövlət başçımız iştirak edəcək. Dövlət başçısı həmin tədbirdə dedi ki, bu, Abşeron rayonunun həyatında çoxəlamətdar bir gündür: " Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.
Bütün bunlar bir daha təsdiqləyir ki, nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya idman kompleksləri və digər idman qurğularının inşası həm də bölgələrdə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. ".


Bugün Abşeron rayonunda rayon rəhbəri cənab Zakir Fərəcovun idmana və idmançılara diqqət və qayğısı rayonumuzda idmanın sürətlə inkişafına rəvac verir.

Rayonumuzda idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Abşeron rayonunda hal-hazırda müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilir və bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Dünya çempionatlarında, olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu çox sevindirici haldır. İldən-ilə Abşeron idmançılarının uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır".

2014-cü ildə Abşeron gəncləri idman sahəsində bir çox uğurlara imza atmışlar. İdmanın müxtəlif növləri üzrə rayon daxilində keçirilmiş turnirlərdə minlərlə abşeronlu gənc iştirak etmiş, ümumrespublika yarışlarında idmançılarımız 45 qızıl, 53 gümüş. 60 bürünc , dünya və avropa birinciliklərində isə 29 qızıl, 18 gümüş, 12 bürünc medal qazanmışlar.Ötən il istifadəyə verilən uşaq Şahmat idman məktəbi, Masazır kəndində 13 min tamaşaçı yerlik stadion rayonda idmanın daha da inkişafına təkan verəcəkdir.

Birşeyi qeyd edimki, İl ərzində qazandığı nailiyyətlərə görə Sərbəst güləş üzrə “İlin ən yaxşı idmançısı” nominasiyasının qalibi - Hacı Əliyev (böyüklər arasında dünya və Avropa çempionu) məhz Abşeron rayonunun gənc idmançısıdır

2015-ci il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki bu ildə tarixdə ilk dəfə keçiriləcək, həm də ölkəmizdə baş tutacaq I Avropa Oyunları, eyni zamanda, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı kimi mühüm əhəmiyyətli yarışlarda Abşeron idmançılarını ciddi sınaq gözləyir.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son 10 ildə rayon rəhbəri cənab Zakir Fərəcovun Abşeronda idmana və idmançılara diqqət və qayğısı idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rol oynayıb

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
20-09-2019, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib20-09-2019, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi