Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib

Tarix:12-02-2015, 22:11

Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib
16 dekabr 2014-cü ildə Azərbaycan respublikası təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə imzaladığı №1279 əmirdə qeyd edilir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.
Əmrdə qeyd edilib ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etməlidirlər. Əmrə əsasən, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanmalı, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməli, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkil edilməldidir.
Müvafiq qurumlar məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməlidir. Şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmali, müvafiq təbliğat işləri həyata keçirilməlidir.
Müəssisələr məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsini təmin etməlidirlər. Bununla yanaşı, məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqi müəyyən ediləcək və bu əsasda onların arasında sağlam rəqabət mühiti yaradılacaq.

Ümumtəhsil məktəb şagirdlərində kitabxanaya marağı artırmaq məqsədi ilə bir çox məktəblərdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Belə tədbirlərdən biridə 10 fevral tarixində Abşeron rayon Xırdalan şəhər 2 saylı tam orta məktəbdə təşkil olunmuşdur.Şagirdlərdə mütaliə vərdişlərinin təkminləşdirilməsi məqsədi ilə tədbir ölməz sənətkar Bəxtiyar Vahabzadəyə həsr olunmuşdur

Məktəbin dil və ədəbiyyat müəlliməsi Əliyeva Pərvinin qurduğu senari əsasında 5-ci sinif şagirdləri ilk önçə B.Vahabzadənin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etdilər.Sonra onun şeirlərini,şeirlərinə bəsdələnmiş mahnılarını səsləndirdilər.Daha sonra isə “ Gülüstan poeması ”nı səhnələşdirdilər
Digər şagirdlərində mütaliə sevgisini artırmaq məqsədi ilə onlarında tədbirdə qonaq qismində iştirak etmələrinə şərait yaradılmışdır.

Sonda tədbirdə iştirak edən məktəbin direktor müavinləri - Rasim Hüseyinov, Əsli Müstafayeva, Dilarə Əlisultanova , Elşən Quliyev,kitabxananın müdüri Rəhilə Babayeva,kitabxanaçı Arzu Kazımova və məktəbin dil və ədəbiyyat müəllimləri belə bir tədbiri təşkil etdiyi üçün məktəbin dil və ədəbiyyat müəlliməsi Pərvin Əliyeva öz minətarlığını bildirdilər.

Baş redaktor: Şamo Əliyev

Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib
Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib
Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib
Abşeronda məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi mövzusunda tədbir kecirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir