İstedadlı Əlillər İctimai Birliyi Xırdalanda “Xocalının anım günü” adlı tədbir kecirib (VIDEO,FOTO)
Tarix:23-02-2015, 03:43
İstedadlı Əlillər İctimai Birliyinin Abşeron Rayon Filialının və Xocalı Soyqrımını Tanıtım İctimai Birliyinin Abşeron rayon filialının birgə təşkilatçılığı ilə Qafqaz Unveristetində “Xocalının anım günü” adlı tədbir təşkil olundu. Tədbirdə Xocalı faciyəsini əks etdiren sərgiyə baxışdan sonra tədbirin təşkilatçıları və digər natiqlər Xocalı Soyqrımı haqqında geniş məruzə ilə çıxış etdilər. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin məsul şəxsləri, bir çox QHT-in rəhbərləri və nümayəndələri iştrak edirdi. Çıxış edənlər erməni cəlladlarının Xocalının dinc sakinlərinin başına gətirdikləri misli görünməmiş müsübətlərdən, məhv olmuş ailələrin faciələrindən, hələdə bu günə qədər taleyi məlum olmayan itgin və girovlardan danışdılar. O da xüsusi ilə vurğulandı ki, yaxın keçmişdə baş verən Xocalı Soyqrımına dünyanın aparıcı dövlətlərin və Beynəlxalq təşkilatların laqeyd yanaşması erməni faşizminin dahada azğınlaşmasına, minlərlə insanlrın ölümünə, on minlərlə insanların əlil olmasına, yüz minlərlə insanların qaçqın və məcburi köçgün düşməsinə səbəb oldu. Bu gün də Dünya Birliklərinin və Böyük dövlətlərin erməni terrorunu müdafiə etməsi bölgədə gələcəkdə baş verəcək bu kimi amansız cinayətlərin, soyqrımlarının olacağna rəvac verir.