Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Son illər Abşeron elm və təhsil sahəsində böyük uğurlar əldə edib

Tarix:24-02-2015, 03:23

Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib

Rayonumuzda təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində son 10 ildə xeyli iş görülür. Rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, onların tədris bazalarının gücləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilimizin uğurlu sabahına inamı daha da artırır.

XXI əsrin BMT tərəfindən “Təhsil əsri” elan edilməsi məktəblərimizin səviyyə və nüfuz etibarilə müasir dövrün tələblərinə cavab verməsini də şərtləndirir. Bu isə islahatların keyfiyyətindən və səmərəliliyindən asılıdır. O da unudulmamalıdır ki, müasir təhsil mühitinin formalaşdırılması üçün innovativ təhsil üsulları inkişaf etdirilməlidir. Bu baxımdan Abşeron rayonunun ümumtəhsil məktəblərində mühüm işlər görülür. Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılamağa çalışan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunun artırılması işində yüksək nəticələr əldə edən məktəblər və müəllimlər Abşeron təhsil sistemində yetərincədir. Bu uğurlu fəaliyyət isə dövlətimiz tərəfindən lazımınca qiymətləndirilir.
2014-cü ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür.
Təhsilə dövlət qayğısının bariz nümunəsidir ki, 2013/2014-cü dərs ilində Xırdalan şəhərinin “Abşeron Gənclər Şəhərciyi”ndə 600, Mehdiabad qəsəbəsində 400 şagird yerlik yeni məktəb binası tikilmiş, Xırdalan şəhər 1 saylı tam orta məktəbi üçün 840, 4 saylı tam orta məktəbi üçün 400, 7 saylı tam orta məktəbi üçün 240, Aşağı Güzdək qəsəbə tam orta məktəbi üçün isə 200 şagird yerlik əlavə tədris korpusları tikilərək istifadəyə verilmişdir. Bundan əlavə Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda təmir işləri davam etdirilir.
Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bağça tikintisi ilə bağlı təşəbbüsünə ürəkdən qoşulan Abşeron rayonunda ötən il daxili imkanlar hesabına 22 uşaq bağçasının tikintisinə başlanılmışdır. Xırdalan şəhərində iki, Ceyranbatan qəsəbəsində, Məmmədli kəndində uşaq bağçaları tikilərək artıq istifadəyə verilmiş, Masazır kəndində tikilmiş 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür. Rayonumuzun şəhər, qəsəbə və kəndlərində 17 uşaq bağçasının tikintisi hazırda davam etdirilir və mən əminəm ki, cari ilin sentyabr ayınadək istifadəyə verilməsi təmin ediləcəkdir.
Rayonumuzda təhsil sahəsinə göstərilən hərtəfli diqqət və qayğıya pedaqoji kollektivlərimizin səmərəli fəaliyyətləri ilə cavab vermələri bizi sevindir. Əvvəlki dərs ilində olduğu kimi bu ildə ali məktəblərə qəbul imtahanlarında rayon məktəblərinin məzunları yüksək nəticələr əldə etmişlər. Keçən dərs ilinə nisbətən qəbul faizi 3.5 faiz artaraq 65 faiz təşkil etmişdir ki, bu da respublika göstəricisindən yuxarıdır. Ötən il ali məktəblərə sənəd vermiş 1215 nəfər məzundan 785 nəfəri tələbə adına layiq görülmüş, onlardan 81 nəfəri 500-dən, 33 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Saray qəsəbə 3 saylı tam orta məktəbinin iki nəfər məzunu təhsildə qazandıqları nailiyyətlərə gərə Təhsil Nazirliyi tərəfindən qızıl və gümüş medallara layiq görülmüş, hər iki məzun yüksək balla ali məktəblərə daxil olmuşdur. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin məzunu Məlikova Aysel Ənvər qızı isə qadınlar arasında keçirilən karete üzrə Avropa çempionatında birinci yeri tutduğuna görə imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Qeyd etməliyəm ki, Xırdalan şəhər 1, 2 və 8 saylı, Qobu qəsəbə 3 saylı, Ceyranbatan qəsəbə 1 və 2 saylı, Saray qəsəbə 3 saylı, Mehdiabad qəsəbə 1 saylı, Güzdək, Hökməli qəsəbəsi,Məmmədli, Fatmayı kənd tam orta məktəbləri yüksək nəticələr əldə etmişlər.
Çox fərəhləndirici haldır ki, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2014-cü il tarixli Sərəncamına uyğun olaraq ötən il keçirilmiş müsabiqədə Xırdalan şəhər 2 saylı və Masazır kənd 2 saylı tam orta məktəbləri ilin ən yaxşı məktəbi adına, Mehdiabad qəsəbə 3 saylı tam orta məktəbin müəllimi Məmmədova Vüsalə Əsəd qızı və Masazır kənd 1 saylı tam orta məktəbin müəllimi Quliyeva Bilqeys Qüdrət qızı ilin ən yaxşı müəllimi adına layiq görülmüşlər. Bu yüksək nailiyyətlərə görə qeyd olunan məktəblərin kollektivlərini, müəllimlərimizi təbrik edirəm, onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıram.
Ötən il rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər təşkil edilmiş və 2014-ci ilin oktyabr ayından isə bu dərslərin Heydər Əliyev Mərkəzində xüsusi cədvəl və proqram əsasında keçirilməsi təmin edilmişir. Hazırda bu işlər davam etdirilir.
Öz möhtəşəmliyi, müasirliyi ilə seçilən Heydər Əliyev Mərkəzində bu gün xarici dil və kompyuter kursları, elektron kitabxana, foto studiya və rəsm dərnəkləri, müsabiqələr və bilik yarışlarının keçirilməsi üçün siniflər fəaliyyət göstərir.

Əlbəttə, yaradılan şərait, dövlətin göstərdiyi yüksək qayğı Abşeron təhsil işçilərinin qarşısında geniş perspektivlər açmaqla yanaşı, həm də böyük məsuliyyət qoyur. Vətənə layiq, bilikli və bacarıqlı övladlar yetişdirmək müəllimlərdən vətəndaş yanğısı ilə bərabər müasir təhsilə uyğun yeni yanaşma tərzi də tələb edir.

Baş redaktor: Şamo Əliyev

Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib
Son illər Abşeron elm və təhsil sahəsində  böyük uğurlar əldə edib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib