Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü anılıb

Tarix:25-02-2015, 17:28

Abşeron məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü anılıb

Abşeron rayonunda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də fevralın 25-də Xırdalan şəhər 2 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə məktəbin şagirdləri, məktəbin müəllim kollektivi, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə Xocalı soyqırımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən məktəbin direktoru Ədalət xanım Camalova bildirib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər şəhid olub, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər əsir götürülüb.
Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq 10-dək ölkə və ABŞ-ın 15-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.
Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.
Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Abşeron rayonunun hər yerində olduğu kimi Xocalı faciəsi Xırdalan şəh 5 saylı orta məktəbdə də anıldı. Tədbir başlamazdan əvvəl məktəbin foyesində təşkil olunmuş Xocalı ilə bağlı sərgiyə baxış keçirildi.
Sərgidə şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri də nümayiş olundu. Faciə ilə bağlı 4a və 4b sinifləri üzrə şagirdlərin hazırladığı divar qəzetləri də tədbirə gələnlərin diqqətini özünə cəlb etdi. Mərasimin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Şahin Yusifov çıxış edərək Xocalı faciəsindən geniş və ətraflı söhbət açdı: "Azğın erməni quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dünyada misli görünməyən bir faciə törətdilər. Bu faciə XX əsrin ən dəhşətli faciəsidir. Müstəqillik və azadlıq uğrunda mübarizələrin davam etdiyi bir məqamda xain qonşularımızdan da ağır zərbələr aldıq. Azərbaycan xalqı iki cəbhədə vuruşmalı oldu. Bir yandan daxili çəkişmələr, digər tərəfdən də xarici təcavüzlər insanlara baha başa gəldi. Hələ özünü təsdiq etməmiş bir dövlətin belə ağır sınaqlara hazır olmadığı açıq-aşkar hamıya məlum idi. SSRİ-dən ayrılmağın heyfini çıxan rus imperiyası isə Azərbaycana dərs vermək istədi. Odur ki, ölkədə bəzi boşluqlardan istifadə edərək, Xocalı şəhəri 366 saylı ikinci motoatıcı diviziyanın poliqonuna çevrildi. Xocalı sakinləri qışın şaxtalı və qarlı günündə, gecənin qaranlığında güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə qaçırdı. Şəhər alovlar içində yanırdı. Onların harayına gələn, onları düşmən pəncəsindən xilas etməyə çalışan neçə-neçə igid oğullarımız-Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəldi. O günlərin dəhşəti hələ də göz önündən getmir. Zalımın qara qılıncı günahsız insanların başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Göyün üzünü qanlı matəm buludları örtmüşdü. Dilsiz körpələrin ah-fəğanı göylərə yüksəlirdi. Düşmənlərin işgəncə torunda çırpınan ağ saçlı analar, körpə balalar al-qan içində inildəyirdilər. Bir sözlə tarixin ən qanlı səhifələri yazıldı o gecə... İnanırıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, Xocalıda tökülən qan yerdə qalmayacaq".
Abşeron rayon təhsil şöbəsinin nümayəndəsi Nisə Rzayeva çıxış edərək bildirdi ki, məktəbin şagirdlərinin hazırladıqları kompozisiyada ürək ağrıları əks olunub: "Rayon ərazisində çoxlu sayda tədbirlər həyata keçirilir. Arzu edirik ki, torpaqlarımız azad edilsin, şagirdlərimiz öz doğma yurd-yuvalarına qayıtsınlar və xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmasın".
Tədbirdən sonra şagirdlərin faciə ilə bağlı " Rafiq Yusifoğlunun Qərənfillər poemasına" hazırladıqları "Bəşəriyyətin Xocalı faciəsi" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına göstərildi. Məktəbin şagirdləri Xocalı faciəsini kompozisiyada yaşaya-yaşaya tədbir iştirakçılarına həmin gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə nail oldular.Qeyd edim ki tədbirin təşkilatşıları məktəbin müəllimələri Sevinc Həmidova və Nuranə Hümbətova idi.

Baş redaktor: Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib