Abşeron Rayon İcra Hakimiyyəti başçısının I müavini İradə xanım Gülməmmədova Xocalı şəhərindən olan şəhid ailələrinin nümayəndələrini qəbul edib.
Əvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən İ.Gülməmmədova 23 il öncə fevralın 25-dən 26-na keçən gecə azğın erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə strateji əhəmiyyətə malik Xocalıya hücum etdiklərini və tarixdə misli görünməmiş cinayət törədərək şəhərin dinc, əliyalın sakinlərinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirdiklərini bildirib. O, dünyanın onlarla dövlətində Xocalısoyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını söyləyib.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Abşeron rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda Xocalı köçkün ailələrinə maddi yardım təqdim olunub.
Qeyd edim ki,hal-hazırda Abşeron rayonunda 114 (467 nəfər) Xocalılı məcburi köçkün ailəsi məskunlaşıb
Baş redaktor: Şamo Əliyev