Gürcüstanın paytaxtı Tibilisi şəhərində Uşu-sanda üzrə yeniyetmələr, gənclər və kişilər arasında Beynəlxalq turnir keçirilib.Yarışda Abşeron idmançılarıda qüvvələrini sınayıblar. Belə ki, yeniyetmələr arasında Natiq Əliyev (20 kq), Amin Əlili (25 kq), Murad İmaməliyev (48 kq) birinci olublar. Gənclərin yarışında Natiq Məmmədzadə ikinci yerə sahib çıxıb.
Uşu-sanda üzrə 4 qat Avrasiya, 2 qat Avropa çempionu Elçin Eminov kişilərin yarışında qızıl medala sahib çıxıb. O, yarımfinalda erməni idmançısını məğlub edərək finala çıxıb. Avropa çempionu ilə bərabər 70 kq da çıxış edən Allahyar Şabanovda qızıl medal qazanıb. Elvin Eminov isə gümüş medalla kifayətlənib.
Baş redaktor: Şamo Əliyev