Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Novruz bayramı Abşeron rayonunda yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.

Tarix:17-03-2015, 13:02

Novruz bayramı Abşeron rayonunda  yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaq sevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimiqiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Abşeron rayonunda yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.



Xırdalan şəhər 1 nömrəli orta məktəbdə də Novruz bayramı böyük təmtəraqla qeyd edildi. Dəhlizlərdə bayram şirniyyatları və böyük səməni qoyulmuşdu.
Bayram mərasimini açan məktəbin direktoru Kamran Rzayev şənlik iştirakçılarını təbrik etdi, Novruzun tarixi və adət-ənənələri haqqında danışdı.
Şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərindən parçalar söylədilər, səhnəciklər göstərdilər. Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırdılar.
Milli geyimli şagirdlərin ifasında rəqs nömrələri göstərildi. Kosa ilə Keçəlin məzəli rəqsləri şagirdlərdə yazla qışın görüşü təəssuratını yaratdı.

Şənliyin sonunda Abşeron rayon təhsil şöbəsinin müdüri Nadir Ağayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. O dedi ki, Novruz el bayramıdır. Əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Novruz bayramının xalqımızın həyatındakı rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".



Bahar bayramının ruh yüksəkliyi ilə qeyd olunduğu daha bir məktəb 2 nömrəli orta məktəb oldu.Abşeron rayon Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunan “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib.Tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynləri iştirak ediblər.
Tədbiri açıq elan edən məktəbin direktoru Ədalət xanım Camalova şənlik iştirakçılarının bayramını təbrik etdi. Bildirildi ki, bahar öz gəlişi ilə sevinc gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı hisslərini artırır. Xalqımız bu bayrama çox böyük sevinclə hazırlaşır.
Məktəbin şagirdlərinin təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənib, musiqi nömrələri ifa olunub. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirib.

Novruz bayramı Abşeron rayonunda  yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.

İlaxır çərşənbə ərəfəsində 5 nömrəli orta məktəbdə bayram abu-havası xüsusilə hiss olunurdu.Abşeron rayon Xırdalan şəhər 5 nömrəli orta məktəbində Novruz bayramı münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Şahin Yusifov Novruz bayramı münasibəti ilə məktəbliləri və qonaqları təbrik edərək bu bayramın tarixi köklərindən danışdı.
Məktəbin rəqs və xor kollektivinin hazırladığı musiqili proqram və ədəbi-bədii kompozisiya qonaqlara zövqlü dəqiqələr yaşatdı.

Novruz bayramı Abşeron rayonunda  yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.
Novruz bayramı Abşeron rayonunda  yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.


Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib