Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi (Video)

Tarix:1-04-2015, 16:13



Dövlət Proqramının 6.2.5. yarımbəndinə müvafiq olaraq məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi məqsədilə məktəblilər arasında növbəti dəfə “Şahin” hərbi-idman oyunu keçirilmişdir.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Gənclər və İdman, Fövqəladə Hallar, Mədəniyyət və Turizm, Təhsil və Müdafiə Nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının və Respublika Veteranlar Şurasının birgə qərarı ilə 1996-cı ildən başlayaraq orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilir.
Abşeron rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Təhsil və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən mart ayının 29-da “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev hər il keçirilən “Şahin” hərbi idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük rol oynadığını nəzərə çatdırdı. Sonra çıxış edən Abşeron təhsil şöbəsinin metodisti Aslan Həziyev gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daim dövlətin diqqət mərkəzində olduğunu, bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini bildirdi.
Çıxışlardan sonra yarışa start verildi. Yarışda 30 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 420 nəfər 10-11-ci sinif şagirdi iştirak edirdi.
Yarışın nəticələrinə görə Saray 1 №-li tam orta məktəbin komandası I, Qobu 1 №-li tam orta məktəbin komandası II, Novxanı 1 №-li tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
1,2,3-cü yer tutmuş komandalara Abşeron rayon Gənclər və İdman idarəsinin diplomları və kubokları təqdim olunmuşdur və rayon birincisi Saray 1 №-li tam orta məktəbin komandası Xacmaz şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.


Baş redaktor: Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib