Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
19-11-2013, 21:59 Oxunub: 963

Abşeron Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimi keçirilib

Abşeron Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimi keçirilib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Abşeron Olimpiya İdman Kompleksinin təməl qoymasında iştirak edib. İdman.com.az saytının məlümatına görə, cənab nazir mərasimində buları deyib:

“İdman ilində növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir. Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, avropa çempionalrı adını qazanacaqlar”.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir.

Tikinti üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 hektar torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri “El və En” Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir. Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulmuşdur.

Baş plana əsasən inşa ediləcək bina və qurğular:

Əsas bina 5 hissədən ibarətdir:

A Blokunun 1-ci mərtəbəsi 19x45,5 ölçüdə 1000 tamaşaçı yerlik Universal idman zalı, Ağır atletika zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçilər otaqları, idman avadanlığı otaqlarından, 2-ci mərtəbəsi Trenajor zalı (fitnes club), Boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından, inventar və texniki otaqlardan ibarətdir.

B Bloku (2 mərtəbəli giriş hissə) 1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı (reception) və mühafizə otağından , 2-ci mərtəbə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdir

C Blokunun zirzəmi mərtəbəsində Tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı, texniki otaq
1-ci mərtəbəsi 2 döşəkli 300 tamaşaçı yerlik Güləş zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqlarından və inventar otağı
2-ci mərtəbəsi Məşqçilər otağı və Şahmat klubundan ibarətdir.

D Blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilmişdir.

1-ci mərtəbəsi Üzgüçülük hovuzunun ölçüsü 25 x12,5 metr olan və 200 tamaşaçı yerlik tutumu olan Üzgücülük zalından ibarətdir.
Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində xolda yerləşən kafenin mətbəx otağı, anbarı, qabyuma otağı, personal otağı yerləşdirilmişdir.
2-ci mərtəbəsi isə Administrasiya otaqından ibarətdir.

E Blokunun 3 mərtəbəli, 38 çarpayı yerlik Mehmanxananın zirzəmi mərtəbəsində camaşırxana, utü otağı, texniki otaqlar və anbarlar, soyuducu və dondurucu kameralar, meyvə-tərəvəz anbarları və.s. köməkçi otaqlardan ibarətdir.
1-ci mərtəbəsində foye, qeydiyyat otağı(Reception) mətbəx və restoran, qabyuma və isti yemək hazırlama otağı, administrativ otaqlar, server otağından, yuxarı mərtəbələrdə İnternet klub, kitabxana və cəmi 8 ədəd 3 nəfərlik, 4 ədəd 2 nəfərlik, 4 ədəd 1 nəfərlik və 1 ədəd luks otaqlar vardır.

Baş plana əsasən inşa ediləcək digər binalar:

Əsas binanın xarici fasadının bir hissəsi funksional olaraq qayaya dırmanma üçün nəzərdə tutulmuşdur.

2000 nəfər tamaşaçı yerlik tribunası olan Futbol stadionu

Mini futbol meydançası
Basketbol meydançası
Voleybol meydançası
Tennis kortu
Skeyt park
Açıq meydançalar üçün soyunub-geyinmə binası
Yerüstü avtomobil dayanacağı
Kompleksi istiliklə təchiz edəcək Qazanxana binası
Transformator yarımstansiyası
İçməli və yanğına qarşı su anbarları
Gözətçi otağı

Əlavə olaraq Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və drenaj sisteminin quraşdırılması, ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur.
XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub