Xırdalan şəhərində yerləşən Şahmat Məktəbində yeniyetmələr arasında şahmat üzrə daxili təsnifat turniri keçirilib.
Abşeron rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi turnirdə 60-dən çox ( 21 nəfər qızlar) şahmatçı qüvvəsini sınayıb.
Turnir 3 qrupda İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilib.
Yarışda zəka sahibləri bütün dərəcələr üzrə mübarizə aparıblar .Oğlanlar və qızlar arasında keçirilən bu yarışda turnirin nəticələrinə əsasən, 3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, qalib gələn şahmatçılar kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bundan başqa, turnirdə qalib olanlara idman dərəcələri verilib.
Şamo Əliyev