"Atletiko Mineyro" ilə müqaviləsi ayın sonunda bitəcək Ronaldinyo karyerası ilə bağlı açıqlama verib. Braziliyalı futbolçu böyük ehtimalla müqaviləsini uzadacağını açıqlayıb.
"Bu barədə hələ rəhbərliklə danışmamışam. Amma hər halda müqaviləni uzadacağam. Gedişat bunu göstərir".
Qeyd edək ki, Türkiyənin nəhəng klublarından olan “Beşiktaş” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Elməddin Əmirov