Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Məqsədim Olimpiya oyunlarında qalib olmaqdır"

Tarix:19-04-2017, 14:57

"Məqsədim Olimpiya oyunlarında qalib olmaqdır"

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Seymur İsayev artıq 10 ildir ki, Karate-do ilə məşğul olur. Bu illər ərzində Seymur dəfələrlə müxtəlif nominasiyalı yarışlarda yüksək nəticələr əldə edib.

- İdmanla ilk tanışlığın harda və necə başladı?
- Mən II sinifdə oxuyanda ailəmlə birlikdə Naxçıvandan Bakıya köçdük. Yeni sinif yoldaşlarım karate ilə məşğul olurdular. Bu məndə böyük maraq yaratdı və bir gün mən də qərara geldim ki, yoldaşlarımla birlikdə məşq edim.

- Karate ilə bağlı gələcək arzun nədir?
- Karyeramı idman sahəsində davam etdirəcəm. Məktəbi bitirdikdən sonra Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmağı planlayıram. Hal-hazırda isə məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarında çempion olmaqdır. Buna çox ciddi şəkildə hazırlaşıram.

- Səncə yaxşı karateçi hansı xüsusiyyətlərə malik olmalıdır?
- Məncə nəinki karateçi, istənilən idman növü ilə məşğul olan idmançı həmişə sakitliyini qorumalıdır, döyüş zamanı isə rəqibini nə özündən güclü, nə də özündən zəif bilməlidir və sadəcə qələbə haqqında düşünməlidir.

- Olubmu ki, döyüş vaxtı tatamidə ağlamısan?
- Ağlamamışam, ancaq xatırlayıram ki, keçən il Respublika Çempionatı zamanı finala qədər bütün döyüşləri udmuşdum, finalda isə oyunun bitməsinə 3 saniyə qaldığı anda xəbardarlıq alaraq, oyundan kənarlaşdırıldım. Bu hadisə mənə çox pis təsir eləmişdi.

- Bəs sənin üçün unudulmaz döyüş hansı olub?
- 2015-ci il Dünya Çempionatı. Yarış Tiflis şəhərində keçirilirdi. Rəqibim də gürcü idmançısı idi və aramızda çox gərgin mübarizə gedirdi. Sonda 1 xal fərqlə III yerə layiq görüldüm.

- Başqa nə kimi uğurların var? Hansı medalları qazanmısan?
- Medallarım çoxdur. Bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib qələbə qazanmışam, Gənclər və Yeniyetmələr arasında keçirilən Respublika Çempionatının qalibi olmuşam, İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən beynəlxalq turnirdə II yerə çıxmışam. 2011-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Döyüş Sənətləri Olimpiadasında II yerin sahibi olmuşam.

- Elə idmançı varmı onunla döyüşməkdən çəkinəsən?
- Düzünü desəm çəkindiyim idmançı yoxdur. Ancaq yığma komandanın bir üzvü var, ikimiz də eyni çəkidə yarışırıq. Gah o udur, gah mən. Kimin daha güclü olduğunu söyləmək çətindir. Ona görə onunla yarışmaq mənə həmişə maraqlıdır.

- Əgər səhər yarışın olduğunu bilirsənsə, axşamdan nə edirsən?
- Səhərki döyüşü gözümün qarşısında canlandırıram, hansı fəndlərdən istifadə edəcəyimi planlayıram. Ancaq döyüş vaxtı gələndə hər şeyi unuduram. İllərdir nə qədər döyüşə çıxsam da, həyəcan keçmir, həmişə var.

- İdmandan başqa məşğuliyyətin varmı?
- Həm məktəb dərsləri, həm məşqlərim çox vaxtımı alır deyə əlavə məşğuliyyətə vaxt qalmır, ancaq yarışlara getdiyim ölkələr haqqında internetdə araşdırma aparmağı, yeni məlumatlar öyrənməyi xoşlayıram.
"Məqsədim Olimpiya oyunlarında qalib olmaqdır"

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir