Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə voleybol üzrə oğlanlar arasında Abşeron rayon birinciliyi keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev oyunun qaydalarını izah edərək komandalara uğurlar arzulayıb.
Gərgin oyun şəraitində keçən yarışda I yeri Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin komandası, II yeri Aşağı Güzdək kənd tam orta məktəbin komandası, III yeri isə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin komandası tutub.
Sonda qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif ediliblər.
Tural Kazımlı