Söhbət Azərbaycan futbolunun tarixindən gedirsə, bu zaman Nazim Süleymanovla Vəli Qasımovun adı mütləq çəkilməlidir. Çünki məhz onlar Azərbaycanı onun hüdudlarından kənarda layiqincə təmsil ediblər. Süleymanov hazırda “Neftçi”də baş məşqçidir, Vəli Qasımov isə iş axtarışındadır.
Amma indiki mövqelərindən, tutduqları vəzifələrdən asılı olmayaraq, onlar Azərbaycan futbolunun tarix yazan şəxsləridir. Bizə həqiqətən də belə duetlər lazımdır.
Onlar sonuncu dəfə ilin ən yaxşılarının tədbirində görüşüblər. Şübhəsiz ki, biz bu məqamı diqqətdən qaçıra bilməzdik.