Bu gün əvəzedici heyətlər arasında keçirilən ölkə çempionatında XV tura yekun vurulub. İlk oyun günündə 1 matç baş tutub. “Qəbələ”ni qəbul edən “Rəvan” minimal hesablı qələbəyə sevinib. Oyunun taleyini meydan sahiblərinin futbolçusu Vüsal Qarayevin 83-cü dəqiqədə vurduğu yeganə qol həll edib - 1:0.
Qalan 4 oyun ikinci oyun günündə baş tutub. Lider "İnter" "Bakı"nı 3:1 hesabı ilə yenib. "Neftçi" eyni hesabla "Sumqayıt"a qalib gəlib. "Simurq" "Qarabağ"ı 2:1, "Xəzər Lənkəran" AZAL-ı 3:2 hesabı ilə məğlub edib.
XV tur
28 noyabr
Rəvan – Qəbələ 2:0
Qol:Vüsal Qarayev, 83-pen.
29 noyabr
Simurq - Neftçi 1:3
Qollar:Fərid Kərimzadə, 68 - Cavid Muxtarzadə, 40-pen. Mirabdulla Abbasov, 82. Məqsəd İsayev, 90+4.
Bakı - İnter 1:3
Qollar:Rəhman Hacıyev, 67 - İlqar Ələkbərov, 5. Ramil Mansurov, 34. Mirsahib Abbasov, 45.
Simurq - Qarabağ 2:1
Qollar:Ruslan Getman, 9. Kənan Hüseynov, 73-pen - Tural Rzayev, 64.
Xəzər Lənkəran - AZAL 3:2
Qollar:Zaman Mirzəzadə, 39. Cavid Bağırov, 52. Elvin Mirzəzadə, 89 - Aydın Qasımov, 77; 87.
Elməddin Əmirov