Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlin ən güclü idmançılarının siyahısı

Tarix:20-12-2013, 23:55

Gənclər və İdman Nazirliyi 2013-cü ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançılarını müəyyənləşdirib. Abşeron xəbər lent.az-a istinadən xəbər verir ki, “10-luğ”a bu il ərzində dünya və Avropa çempionatlarında, Yay Universiadasında və İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmiş idmançılarımız daxil ediliblər.

Bunlar aşağıdakılardır:



1. Elxan Məmmədov – cüdo üzrə dünya çempionu

2. Məhəmmədrəsul Məcidov – boks üzrə Avropa və dünya çempionu

3. Cavid Çələbiyev – boks üzrə dünya çempionu

4. Xetaq Qazyumov – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı

5. Teymur Məmmədov – boks üzrə Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı

6. Firudin Quliyev – ağırlıqqaldırma üzrə Yay Universiadasının qalibi, dünya çempionatının bürünc mükafatçısı

7. Radik İsayev – taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı

8. İlham Zəkiyev – paralimpiyaçı cüdoçular arasında Avropa çempionu

9. Orxan Səfərov – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı

10. Rafael Ağayev – karate üzrə Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi



Bundan başqa, şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması “İlin komandası” sayılıb. Qaliblər dekabrın 23-də “Buta” sarayında mükafatlandırılacaqlar. 2012-ci ilin yekununda ən yaxşı “20-lik” müəyyənləşdirilmişdi. Bu, ötən ilin “İdman ili” elan edilməsi və London Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış etmələri ilə bağlı idi.



Qeyd edək ki, daha öncə Elxan Məmmədov İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində də İlin idmançısı, şahmat yığması isə İlin komandası seçilib.

Abşeron xəbər

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır