Aprelin 15-də Topaz Premyer Liqasının XXIII turunun növbəti oyunları çərçivəsində “Sumqayıt” “Keşlə”ni minimal hesabla məğlub edib.
Birinci hissədə hesab açılmasa da ikinci hissənin əvvəlində meydan sahibləri B.Mustafazadənin vurduğu qolla önə keçib - 1:0. Qoldan on dəqiqə sonra M.İsayev hesabı bərabərləşdirib - 1:1. 81-ci dəqiqədə qonaqların yeganə qolunun müəllifi M.Isayev qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra hücuma atılan meydan sahibləri 83-ci dəqiqədə istəklərinə çatıblar, cinah ötürməsindən sonra E.Şahverdiyevin dəqiq zərbəsi "Sumqayit" klubunu yenə də önə çıxarıb. Qarşılaşma 2:1 "Sumqayit" klubun qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra sumqayıtlılar 39 xalla üçüncü pillədə yerlərini qoruyublar, "Keşlə" isə 18 xalla yeddinci yerdədir.
Tura "Zirə"-"Neftçi" derbi oyunu ilə yekun vurulacaq.