Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Fiziki qüsuru üstünlüyə çevirərək olimpiya çempionu olmağı hədəfləyən xanım.

Tarix:16-04-2018, 13:01

Fiziki qüsuru üstünlüyə çevirərək olimpiya çempionu olmağı hədəfləyən xanım.


"Orada çıxış edib, medal qazanaraq kürsünün ən yüksək zirvəsinə qalxıb, Olimpiya çempionu adını qazanmaq istəyirəm"

İdmançı dedikdə, hər kəsin ağlına sağlam bədənə sahib, cüssəli insan gəlir. Bu isə, heç də belə deyil. Elə insanlar var ki, fiziki məhdudiyyətləri olsa belə, bir çox sağlam insandan daha yaxşı məşq edir və hətta uğur qazanır.

Azərbaycanda da paraolimpiya idman növündə iştirak edən idmançılar az deyil. Onlar nəinki məşq edir, hətta Azərbaycanı dünyada təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Belə idmançılardan biri də Aynur Məmmədovadır.

Sağ əli anadangəlmə qüsurlu olan bu idmançı həyat sevgisini idmanda tapıb. Əməkdar idman ustası, ikiqat Dünya çempionu, ikiqat Avropa çempionu olan Aynur Məmmədova Azərbaycana uğurlarından danışıb.



— İdmançı olmazdan əvvəl hansı işlə məşğul idiniz?

— İdmana gəlməzdən əvvəl Azərbaycan Maliyyə İqtisad kollecində oxumuşam. Orada təhsil almaqla paralel "Əlil qadınlar cəmiyyətində" idarə heyətinin üzvü olaraq könüllü çalışırdım. 1996-cı ildən Azərbaycanda Paraolimpiya Komitəsi yarandı. Mən də 1998-ci ildən orada atıcılıq idman növü ilə məşğul olmağa başladım. O zaman heç yerdə işləmirdim, kirayədə qalırdım. Valideynlərimin, qardaşlarımın dəstəyi ilə yaşayırdım. Eyni zamanda bir çox QHT-lərin dəstəyi ilə xarici dillər, toxuculuq, kompüter kurslarına yazılmışam və bir çox biliklərə yiyələnmişəm.

— İdmanla məşğul olmaq sizin üçün çətin deyilmi?

— Dediyim kimi, idmana atıcılıqla başladım. Etiraf edim ki, bu idman növü mənə çətin idi. Sağ əlim olmadığı üçün silahı sol əlimlə tutmalı olurdum. Bu da çox çətin idi. Axı silah sağ əl üçün nəzərdə tutulub. Buna baxmayaraq, mübarizə aparırdım. Daha sonra taekvando idman növü ilə tanış oldum. Düşünmədən idman növümü dəyişmək qərarına gəldim. Bir çox müəllimlər əldən əlilliyi olan gəncləri öz komandalarına cəlb edirdilər. Mənə taekvandoya keçməyi Asim Xudiyev təklif etdi. Nəhayət, biz görüşdük və əməkdar məşqçi Əvəz Tağıyevin yanına gəldik. Beləliklə, mən ilk məşqlərə başladım və bu gün də orada məşq edirəm.

— İdman həyatınızda nəyi dəyişdi?

— Deyərdim ki, idman həyatımı yaxşılığa doğru çox dəyişdi, istər mənəvi xüsusiyyətlər olsun, istər maddi vəziyyət olsun. İdman mənim həyatımı dəyişdi, mən də neçə yüzlərlə insanların həyata baxışını dəyişdim. İdman mənə əzmkarlığı, mübarizliyi, vətənpərvərliyi, mərdliyi, səbir etməyi, şükür etməyi, yaxşını-pisi tanımağı, sağlamlığı, özüm kimi fiziki məhdudiyyəti olan insanların hər zaman qayğısını çəkməyi, onlara həyatı sevdirməyi öyrədib və hələ də öyrətməkdədir.


— Parataekvando üzrə dünya və Avropa çempionu olmusuz. İdman karyerasında son məqsədiniz nədir?

— Çəkdiyim əziyyət yerdə qalmadı, çox idmançıların arzusunda olan dünya və Avropa çempionu titullarını qazanmışam və hələ ki, karyeramı bitirməmişəm, çünki son hədəfim var. Qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları gəlir. Orada çıxış edib, medal qazanaraq kürsünün ən yüksək zirvəsinə qalxıb, olimpiya çempionu adını qazanmaq istəyirəm. Buna görə də hər gün məşqlər edirəm ki, bu iki ili tam formada qala bilim və istədiyim nailiyyəti əldə edim.

— Çətin deyilmi?

— Əslində çox çətindir, həm sağlamlığım buna imkan vermir, həm də yaş öz işin görür. Sağlamlığım dedikdə, hər bir peşəkar idmançının zədəsi olur. Məndə də həmçinin. Artıq iki ildir ayaq topuqlarımın hər ikisində burxulma var, müalicə etdirsəm də, yenə ağrılar var, amma hələ ki, məşqlərimi davam edirəm.

— İdmanı atandan sonra hansı işlə məşğul olmaq niyyətindəsiniz?

— Mən idmanı atmadan artıq iş qurmuşam. Məqsədim xüsusi qayğıya ehtiyacı olan uşaqlara, gənclərə dəstək olmaq, onların həyatda öz yerlərini tapmalarına kömək etməkdir. Artıq iki ildən çoxdur ki, "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyini təsis etmişəm. Sədr vəzifəsində çalışıram. Məqsədim fiziki məhdudiyyətli uşaqları fiziki göstəricilərinə uyğun paraolimpiya idman növünə yönəltmək, idmanda uğur, nailiyyətlər qazanmalarına kömək etməkdir. İdman karyeramı bitirdikdən sonra, fikrim belə insanlara kömək etmək, onlara nümunə olmaqdır.



İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib