İsrailin Tel-Əviv şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ikinci yarış günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Avropa çempionatında gümüş medala layiq görülüb.
Bu çəkidə yarışan digər cüdoçumuz Rüstəm Orucov ilkin mərhələdə uduzaraq medalsız qalıb.